Ana səhifə »  Müsahibə »  Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir
A+   Yenilə  A-
Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Jalə xanım, Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev növbəti əfv Sərəncamı imzalayıb. Bu Sərəncamın əhəmiyyəti nədən ibarətdir?
- Hər bir günümüz, hər bir həftəmiz tarixi, yaddaşlara həkk olunacaq hadisələrlə doludur. Hər gün, hər həftə demək olar ki, tarix, yazılır. Zəfər üstünə Zəfər, Qələbə üstünə Qələbə gəlir, əlavə olunur. Yaradan da, yazan da, yazdıran da yenə də Azərbaycan dövləti, yenə də onun Qalib, Müzəffər Ali Baş Komandanıdır! Bəli, ötən 10 günümüz, son bir həftəmiz də xalqımız, millətimiz, dövlətimiz üçün tarixi, əlamətdar hadisələrlə zəngin, bol oldu. Hər biri haqqında da ayrıca danışmaq, qeyd etmək lazımdır.
Birinci hadisə növbəti əfv Sərəncamı ilə sevinclərə sevinc qatılmasıdır. Ötən həftənin ən yaddaqalan, ən əlamətdar hadisələrindən biri təbii və heç şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti əfv Sərəncamının imzalanmasıdır. Bu, Ali Baş Komandanın imzasını atdığı-sayca 36-cı əfv Sərəncamıdır. Ümumiyyətlə, daim fəaliyyətində humanizm, ədalət prinsiplərini rəhbər tutan Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından və 2003-cü ildə Onun kursunun layiqli davamçısı cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra bu və ya digər cinayət əməllərinə yol vermiş və öz əməllərindən səmimi şəkildə peşman olmuş insanlar bağışlandı, əfv edildi. İstər amnistiya aktları, istərsə də əfv sərəncamları ilə onlarla, yüzlərlə, minlərlə insan azadlığa buraxıldı, ailələrinə qovuşdu, həm özlərinin, həm də ailələrinin sevinclərinə sevinc qatıldı. Bu, humanizmin, ədalətin, humanistliyin zirvə nöqtəsidir. Əfv etmək, bağışlamaq da hər kəsə nəsib və xas olan yüksək keyfiyyətlər, ali dəyərlər deyil. Bu, son dərəcədə müdrik, humanist, adil və aqil insanlara, dövlət adamlarına, liderlərə xas olan xüsusiyyətlər, keyfiyyətlərdir. Yalnız Heydər Əliyev kimi, İlham Əliyev kimi, Mehriban Əliyeva kimi insanlar, dövlət və siyasət adamları bu dəyərlərin, bu keyfiyyətlərin daşıyıcıları ola bilərlər. Bəli, məhz onların humanistliyi, ədalətliliyi, insanpərvərliyi, xeyirxahlığı sayəsində minlər, on minlər, yüz minlər öz azadlığına, ailəsinə qovuşub, qovuşdurulub. Bəli, Novruz bayramı günlərində növbəti əfv Sərəncamını imzalamaqla ölkə Prezidenti bir daha özünəməxsusluğunu, böyüklüyünü, ucalığını, müdrikliyini nümayiş etdirdi, məhbus ailələlərinin sevincinə sevinc, bayramına bayram qatdı.
- Daha bir əlamətdar hadisə isə Qarabağda, Şuşada bayram tonqalının yandırılması idi. Bu barədə nə deyə bilərsiniz?
- İşğaldan azad edilən torpaqlarımızda, yurd yerlərimizdə, can Qarabağımızda yenə də tarixlər yazılır. Bir deyil, iki deyil, beş deyil, on deyil. Bəli, növbəti Qələbə, növbəti Zəfər qazanılır, növbəti tarix yazılır və yazıldı, özü də xalqımız, dövlətimiz üçün ən əlamətdar günlərdə, İlaxır çərşənbəsi, Novruz bayramı günlərində. Qarabağımıza, Füzulimizə, Hadrutumuza, Şuşamıza növbəti səfərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandanımız ailə üzvləri - birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birlikdə son 28 ildə Şuşamızda, bütövlükdə Qarabağmızda ilk bayram, Novruz tonqalını yandırdılar, qaladılar. Bu, adi bayram tonqalı deyildi, bu, qəlblərdə, könüllərdə yenidən alovlandırılan yurd, Vətən sevgisi, düşmənin və onun havadarlarının kinli köksünə basılan, damğalanan növbəti dağ idi. Bu, düşmənə növbəti zərbə, növbəti gözdağı, növbəti Qələbənin, növbəti Zəfərin elanı, müjdəsi, təntənəsi, nümayişi idi. Hər kəsə və hər kəsə Qarabağın Azərbaycana aid olduğunun, ondan ayrılmazlığın, ondan qopmağın və qoparılmağın qeyri-mümkünlüyünün bəyanı, xəbərdarlığı idi.
Bəli, biz Qarabağlıyıq, biz Qarabağdayıq, biz dağlı-aranlı Qarabağlı - vahid Azərbaycanlıyıq. Kimsə bir daha murdar əlləri ilə bizi Qarabağımızdan ayıra, qopara bilməz və bilməyəcək. 44 gündə olduğu kimi, “Dəmir yumruq” yenə də öz yerində, öz gücündədir, “Domokl qılıncı” tək cəmi düşmənlərin başı üzərindədir. Ali Baş Komandanın dediyi kimi, biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. “2004-cü ildən başlayaraq, hər il Mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi”, - deyən Ali Baş Komandanımız bəyan etdi ki, bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Bəli, hər il Novruz bayramı ərəfəsində hamımız fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik. Biz Şuşanı, digər yurd yerlərimizi bərpa edəcəyik, mütləq bərpa edəcəyik.
Artıq bərpa işlərinə də start verilib. Quruculuq işləri başlayıb, infrastruktur layihələrinə start verilib. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır. İndi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Eyni zamanda, bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Və qürur hissi ilə deyirik: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” Azadlığın, bayramın mübarək, can Azərbaycanım! Səninik, səninləyik, səndən ayrı bir günümüz ola bilməz!
- Ölkəmizin daha bir uğuru BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsidir...
- Düz bir ildir ki, dünyamızın başı üzərini növbəti qara buludlar alıb, insanlıq, bəşəriyyət növbəti imtahanla sınanır. Koronavirus adlı bəla “çağırılmamış qonaq” kimi qapımızı, qapılarımızı kəsdirib. Bütün önləyici, qabaqlayıcı addımlara rəğmən, ölkəmiz, dövlətimiz, xalqımız da koronavirus adlı bəla ilə mübarizəyə səfərbər olunub, “gizli düşmən”lə mübarizədədir və bu məsələdə, bu savaşda da tarix yazıb, yenə və bir daha nümunə, təcrübə, örnək olub. Dünyanın aparıcı ölkələrinin qarşısında az qala aciz qaldığı bəla ilə mübarizədə Azərbaycan dövləti ölkə Prezidentinin son dərəcədə müdrik və uzaqgörən siyasəti ilə bir çox uğurlara imza atıb, pandemiyanın fəsadlarının qarşısının alınmasında böyük yol, məsafə qət edib. Eyni zamanda, dünyaya, bəşəriyyətə bu bəla ilə mübarizədə əl uzadıb, növbəti maddi və mənəvi yardımını göstərib.
Ümumdünya Səhiyyə Təşkilatına, Türk Şurası və Qoşulmama Hərəkatına üzv olan dövlətlərə, digər beynəlxalq qurumlara maddi yardım edib, öz xeyirxahlığını bir daha nümayiş etdirib. Ölkə Prezidentinin BMT Baş Assambleyasının Xüsusi sessiyasının çağırılması təşəbbüsünə 130-dan çox ölkə dəstək verib və son aylar ərzində ayda bir neçə dəfə bu istiqamətdə dünyanın bir saylı qurumunun iclasları, sessiyaları, toplantıları keçirilib, bir daha Azərbaycana minnətdarlıq ifadə olunub. Bəli, elə bu günlərdə, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Belə ki, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Eyni zamanda, qətnamə pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edən qətnamə, bu xüsusda, Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.
Həmçinin adıçəkilən qətnamə BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir. Onu da qeyd edək ki, qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı. Bu yerdə onu da xüsusi olaraq qeyd edək ki, sözügedən qətnamənin qəbulu ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüsünün də qısa müddət ərzində qlobal dəstək qazandığını göstərir. Həmçinin ölkə başçısının təşəbbüsünə uyğun olaraq, bəhs olunan qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilmişdi.
Bəli, daha bir uğur, daha bir İlham Əliyev Zəfəri, daha bir İlham Əliyev Qələbəsi! Bəli, cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sözü eşidilir, fikri, iradəsi, əzmi, mövqeyi nəzərə alınır, onunla hesablaşılır. Bəli, artıq diktə edən bizik-Müstəqil, Qalib, Müzəffər Azərbaycan! Yol da bizimdir, iz də bizimdir, Qələbələr də, Zəfərlər də bizimdir! Bizim olanı da kimsə bizdən ala bilməz!

 
  • Oxunub:  3840  |  
  • Tarix:  30-03-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb
16 May 10:13
Sabah əyani tədris qismən bərpa olunur
16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır
14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+15 +20