/ / Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisədir
Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisədir
16.03.2021 [09:45]
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov www.yap.org.az saytına müsahibə verib:
- Şahin müəllim, məlum olduğu kimi, martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Sizcə, qurultayın keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisədir. Qurultayda Prezident, YAP-ın Sədri İlham Əliyev geniş proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayındakı çıxışında vurğuladığı kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olub.
Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Hər birimiz şahidik ki, son 17 il ərzində dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarında deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilib, mühüm hadisələr baş verib.
Həmçinin Yeni Azərbaycan Partiyasının VI qurultayından keçən 3 il ərzində ölkəmizdə prezident, bələdiyyə və parlament seçkiləri keçirilib. Əlbəttə ki, bu seçkilərin ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri var. Belə ki, məhz bu seçkilərdən sonra ölkəmiz yeni siyasi islahatlar mərhələsinə qədəm qoydu. Etiraf olunmalıdır ki, son illər Azərbaycanda bütün sahələrdə əldə olunmuş uğur və nailiyyətlərdə bu islahatların böyük rolu var.
Həmçinin keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Bu vəziyyət isə əlbəttə ki, hərbi əməliyyatların aparıldığı dövrdə ölkədə sabitlik və siyasi həmrəyliyin təmin olunması baxımından son dərəcə mühüm amil kimi çıxış etdi. Ümumilikdə isə əgər biz son 17 ildə ölkəmizdə gedən proseslərə xronoloji ardıcıllıqla nəzər salsaq görərik ki, bütün bu illər ərzində Azərbaycan Prezidenti tərəfindən qarşıya konkret hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, ölkə bu hədəflərə çatırdı və ondan sonra qarşıya yeni hədəflər qoyulurdu. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edildi, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və əsas məsələ - ölkəmizin ərazi bütövlüyünün bərpası təmin olundu.
- Bəzi siyasi partiyaların Yeni Azərbaycan Partiyasına birləşməsini necə dəyərləndirirsiniz?
- Ölkəmizdəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olub. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir. Şübhə yoxdur ki, bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Deyə bilərik ki, ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Bu inteqrasiya siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə gətirib çıxaracaq. Məhdud resurslara malik partiyaların kifayət qədər güclü siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyaların üzvləri üçün yeni imkanlar yaradacaq. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaq.
Eyni zamanda, siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə nail olmaq məqsədi daşıyır. Ölkədə partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına müsbət təsir göstərəcək.
Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamı ifadə edir.
- Yeni Azərbaycan Partiyasında gənclər də fəal şəkildə təmsil olunurlar. Bu barədə nə deyə bilərsiniz?
- Partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda çıxışı zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin şücaəti, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyətinin vacibliyi oldu. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Ulu Öndər Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan biri idi. Prezident İlham Əliyev də Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə, uğurlu bir gənclər siyasəti modeli yaranıb. Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında da gənclər prosesin mərkəzindədirlər.
Bu gün gənclər kifayət qədər yüksək postlarda təmsil olunurlar. Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, YAP-ın yeni formalaşan İdarə Heyətində də kifayət qədər gənc təmsil olunub. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin xüsusi şücaətinə toxunan dövlətimizin başçısı bundan sonrakı dövrdə də vətənimizin daha da inkişafı üçün gənclərimizin üzərinə böyük yük düşdüyünü qeyd edib. Vətən müharibəsi zamanı şücaət göstərən gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclər olub. Burada Ulu Öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” kəlamı yada düşür. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlətimizin başçısının fəaliyyətinin bütün istiqamətlərində ən önə çıxan anlayışın Vətən sevgisi olduğunu gördü, belə yetişdi.
Prezident İlham Əliyev, həmçinin Qarabağın bərpasında, Böyük Qayıdışın icrası zamanı partiyanın gənclərinin də fəal şəkildə iştirak etməli olduğunu, xüsusilə vurğuladı. Düşünürəm ki, ətrafında kifayət qədər böyük gənclər ordusu toplayan Yeni Azərbaycan Partiyası bütün bu proseslərdə yaxından iştirak edəcək və üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. Bütövlükdə, hesab edirəm ki, bundan sonrakı dövrdə də partiya fəaliyyətini müasir dövrün tələblərinə uyğun quracaq, daha böyük uğurlar qazanacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

