Azərbaycan xalqı böyük qələbə qazandı
12.11.2020 [09:07]
Milli Məclisin deputatı Elman Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında bəyanat imzalanıb. Bu bəyanatı necə dəyərləndirirsiniz?
- Həqiqətən də, Azərbaycan xalqı böyük qələbə qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin etdilər. Bu müqəddəs mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Qeyd edim ki, Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. Bununla da, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi çox mühüm hadisədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu müjdəsi Azərbaycan xalqı tərəfindən böyük coşğu ilə qarşılandı. 28 ildən artıq müddətdə işğal altında olan mədəniyyətimizin beşiyi Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, həm də çox böyük mənəvi məna daşıyır.
Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Hesab edirəm ki, bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycana maksimum sərf edən sənəddir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Razılaşmaya əsasən, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunlarının çıxarılması barədə öhdəliklər götürür.
Beləliklə, məcburi köçkün olan insanlarımızın 30 illik həsrətinə son qoyulur, onlar öz doğma torpaqlarına qayıdacaqlar. Təkçə onlar yox, Dağlıq Qarabağ ərazisindən məcburi köçkün olan vətəndaşlarımızın da doğma yurdlarına qayıtmaları təmin olunacaq. Vacib bir məqam da ondan ibarətdir ki, imzalanmış bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bu o deməkdir ki, Qarabağa heç bir status, muxtariyyət verilmir. Eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Bununla da, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda, türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa edilir.
İmzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Bu o deməkdir ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Yəni bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Bununla da, başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
- Qazanılmış bu qələbədə ölkəmizin ötən illər ərzində keçdiyi böyük inkişaf yolu nə dərəcədə rol oynayır?
- Azərbaycanın bu siyasi qələbəni qazanmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Eyni zamanda, son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin inkişafına mühüm təsir edir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində vacib rol oynadı. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan ötən illər ərzində bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Məhz aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycan bugünkü qələbəyə nail oldu.
- Siz parlamentdə Dağlıq Qarabağ bölgəsindən olan seçiciləri təmsil edirsiniz. Bu gün onların əhval-ruhiyyəsi necədir?
- Bəli, mən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən Milli Məclisin deputatı seçilmişəm. Özüm Xocalıda dünyaya gəlmişəm. Xocalı işğal olunana qədər orada çalışmışam.
Təbii ki, təmsil etdiyim ərazilərin əhalisi bu gün qələbə əhval-ruhiyyəsindədir. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük qələbələrə imza atdı. Bu gün həmin bölgələrdən olan insanlar doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. İnanırıq ki, bu prosesə tezliklə başlanılacaq. Həmin bölgələrimiz yenidən qurulacaq, insanlarımız xoşbəxt, firavan öz torpaqlarında yaşayacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

