Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü tezliklə bərpa edəcəyinə inanırıq
02.10.2020 [09:21]
Milli Məclisin deputatı Pərvin Kərimzadə www.yap.org.az saytına müsahibə verib:
- Pərvin xanım, məlum olduğu kimi, bir neçə gün öncə işğalçı Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat etdi, yaşayış məntəqələri, dinc sakinlər ağır texnikalardan atəşə tutuldu. Azərbaycan Ordusu bu təxribata cavab olaraq əks-hücum əməliyyatı həyata keçirir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycana qarşı yeni hücumlar edən işğalçı Ermənistan hökuməti, nəinki bölgədə, Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə olduğunu bir daha göstərdi. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan növbəti dəfə - sentyabrın 27-də səhər saatlarından Azərbaycana qarşı hücuma keçdi və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə aldı.
Müzəffər Azərbaycan Ordusu məkrli düşmənin çoxsaylı təxribatlarına cavab olaraq cəbhəboyu əks-həmləyə keçib. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri, Murov zirvəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənərək azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Ordumuzun zəfər yürüşü davam edir.
- Ermənistan indiyə qədər mövcud status-kvonu qoruyub saxlamağa çalışıb. Bu məsələdə dünya birliyinin işğalçıya qarşı susqun yanaşması nə dərəcədə rol oynayır?
- Bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistanın saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimi əsl xislətini göstərməkdə davam edir. İşğalçı Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməsi, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması, Azərbaycanın əzəli-əbədi torpaqlarında təxribat törətməsi, dinc sakinlərə atəş açması dünya ictimaiyyətinin gözü önündə baş verir.
Təəssüflər olsun ki, bugünkü reallıqları əks etdirən faktları görməyən, daha doğrusu, görmək istəməyən beynəlxalq təşkilatlar işğalçı Ermənistanın başına sığal çəkməklə məşğuldurlar. Faşist ideologiyasına xidmət edən işğalçı Ermənistanın terror əməlləri ilə bağlı beynəlxalq təşkilatlar əməli addımlar atmalı, dünya ictimaiyyəti ermənilərin insanlığa zidd əməllərini pisləməlidirlər.
Dəfələrlə dövlət sərhədimizi pozmağa çalışan ermənilərin qarşısı anında Azərbaycan Ordusu tərəfindən alınıb. Hər zaman ölkəmizin ərazi bütövlüyünü təmin etmək qüdrətinə malik olan Azərbaycan Ordusunun uğurlu əməliyyatları Paşinyan hakimiyyətinin revanş götürmək cəhdini puç edib.
Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiya faşizm siyasəti yürüdən ölkənin hakimiyyətdə olan şəxslərinin riyakar, ikiüzlü olmasını gizlətmək, hakimiyyətdə qalmaq üçün yeganə çıxış yolu olduğunu bir daha təsdiq etdi.
- Ermənistanın təcavüzkar və təxribatçı addımlarının beynəlxalq müstəvidə ifşa olunması istiqamətində görülən işləri necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Müvafiq dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də dünya ictimaiyyətini erməni təxribatları və vandalizmi haqqında mütəmadi olaraq məlumatlandırır. Dünya ictimaiyyəti görür ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələri və çağırışları heçə sayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir.
Ölkə Prezidenti İlham Əliyev bir neçə gün əvvəl BMT Baş Assambleyasının 75-ci sessiyasi çərçivəsində keçirilən tədbirlərdəki çıxışlarında Ermənistanın təxribatlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, Prezident Ermənistanın məqsədinin yeni təxribatlar törətmək və işğal siyasətini genişləndirmək olması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdi. İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi. Həmçinin işğalçı Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığı beynəlxalq icimaiyyətə çatdırıldı. BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasın keçirildiyi bir dövrdə işğalçı Ermənistan öz məkrli planından əl çəkmədi, təxribatlarını davam etdirdi.
Müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad edəcək. Dövlət-xalq-ordu birliyi sayəsində Azərbaycan bayrağı Şuşada dalğalanacaq!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

