Qələbə gününü səbirsizliklə gözləyirik!
01.10.2020 [09:28]
Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:
- Eldar müəllim, son günlər Azərbaycan Ordusu işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı həyata keçirir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Təcavüzkar Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu işğal nəticəsində 1 milyondan çox həmvətənimiz öz doğma yurdlarından didərgin düşüb. 30 ildir ki, bu işğal davam edir. Beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən münaqişənin həlli ilə bağlı sənədlər qəbul olunsa da, Ermənistan buna məhəl qoymur. Bunun bir səbəbi də ondan ibarətdir ki, sənədlərin qəbul olunmasına baxmayaraq, onların icrası istiqamətində Ermənistana heç bir təzyiq göstərilmir. Ona görə də Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir, həmin ərazilərdə Azərbaycana məxsus hər şeyi məhv edir.
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə işğalçı dövlət təxribatlarını daha da artırdı, faktiki olaraq danışıqlar prosesini pozdu. Sentyabrın 27-də isə səhər saatlarında işğalçı Ermənistanın hərbi birləşmələri yenidən təxribat törədərək döyüş mövqelərimizi, yaşayış məntəqələrini və dinc insanları hədəfə alaraq ağır artilleriyadan atəşə tutublar. Bu hadisə bir daha Ermənistanın təcavüzkar niyyətindən əl çəkmədiyini, Azərbaycana qarşı işğal siyasətini davam etdirmək məqsədində olduğunu bir daha təsdiqləyir. Ermənistan hakimiyyətinin, baş nazir Paşinyanın, müdafiə nazirinin və digərlərinin bəyanatları bu faktı sübut edir. Ancaq Azərbaycan dövləti, Silahlı Qüvvələrimiz işğalçılara layiqli cavab tədbirlərinə başladı. Erməni hərbi birləşmələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb, Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks-hücum tədbirləri nəticəsində düşmən geri otuzdurulub, onun xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
- Yaranmış vəziyyətlə əlaqədar işğalçı Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Sizcə, burada təcavüzkar dövlətin məqsədi nədir?
- Məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsində belə hadisələr baş verir. Bir tərəfdən Ermənistanda daxili vəziyyətin böhranlı həddə çatması, digər tərəfdən Azərbaycanın son zamanlar əldə etdiyi beynəlxalq uğurlar mənfur qonşumuzu çox narahat edir. Ermənistan hərbi bölmələrinin növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Vəziyyətin bu həddə çatmasında birbaşa Ermənistan günahkardır.
Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın yeni təxribat planları haqqında dünya ictimaiyyətini məlumatlandırdı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında işğalçı Ermənistana layiqli cavab veriləcəyini bəyan etdi. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycanın işi haqq işidir. Təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Dövlətimizin başçısı İlham Əliyev sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında təmas xəttində baş verən son hadisələrlə bağlı sualları əsaslandırılmış şəkildə cavablandırdı və Ermənistanın işğalçılıq siyasətini, təxribatçı hərəkətlərini bir daha ifşa etdi.
Hesab edirəm ki, hazırkı vəziyyətlə bağlı beynəlxalq birlik obyektiv münasibət bildirməli, Ermənistanın təcavüzkar siyasətini pisləməlidir. Beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmasını tələb etməlidirlər.
- Hazırkı vəziyyətdə Azərbaycan cəmiyyətində yüksək vətənpərvərlik əhval-ruhiyyəsi hökm sürür. Vətəndaşlar könüllü surətdə döyüşə gedib torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək istəklərini ifadə edirlər...
- Bilirsiniz ki, sentyabrın 28-dən ölkəmizdə hərbi vəziyyət elan olunub. Hesab edirəm ki, ölkədə hərbi vəziyyətin elan edilməsi çox doğru qərardır və butün imkanlarımız torpaqlarımızın işğaldan azad edilməsinə yönəldilib. Cəbhədən sevindirici xəbərlər davam edir. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Goranboy istiqamətində isə Murovdağ yüksəkliyi, eləcə digər bir sıra strateji yüksəkliklər azad olunub.
Şübhə yoxdur ki, rəşadətli ordumuz tərəfindən bu proses davam etdiriləcək və biz yeni qələbə xəbərləri eşidəcəyik. Onu da qeyd edim ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirirlər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək olduğunu bir daha nümayiş etdirir. Xalqımız bu məsələdə yekdil mövqedədir, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli ordumuza güclü dəstək nümayiş etdirir. Vətəndaşlar silaha sarılaraq torpaqlarımızın işğaldan azad olunmasında iştirak etməyə hər an hazır olduqlarını bəyan edirlər.
Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Tezliklə bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq! Həmin günü səbirsizlikə gözləyirik!
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

