Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə güclü birlik və həmrəylik nümayiş etdirir
17.07.2020 [08:19]
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, son günlər dövlət sərhədində təxribat törədən işğalçı Ermənistanın silahlı qüvvələrinə Azərbaycan Ordusu tərəfindən layiqli cavab verildi. İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev baş verən hadisələrlə bağlı fikirlərini bildirib. Bu barədə nə deyə bilərsiniz?
- Məlumdur ki, Ermənistan silahlı qüvvələri iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribat törədərək qəflətən hərbi postumuza artilleriya atəşi açıb və mövqelərimizi ələ keçirməyə cəhd göstərib. Düşmən tərəfin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində bir neçə hərbiçimiz həlak olub və yaralanıb. Eyni zamanda, şəhidlər versək də, ordumuz bu dəfə də düşmənin hərbi bölmələrinə sarsıdıcı zərbələr endirib, dövlət sərhədlərimizi rəşadətlə qoruyub.
Ümumiyyətlə, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Son illərdə biz bunun dəfələrlə şahidi olmuşuq. 2016-cı ilin Aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin fonunda müşahidə olunanlar bunu bir daha təsdiq edir. Bu günlərdə düşmən ölkənin mediasında, sosial şəbəkələrdə yayılan xəbərlərdən də məlum olur ki, Ermənistan Tovuz istiqamətində törətdiyi təxribatın layiqli cavabını alıb, canlı qüvvə və texnika sarıdan daha böyük itkilərə məruz qalıb.
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Onlara sarsıdıcı zərbələr endirildi. Dövlət başçısının qeyd etdiyi kimi, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. Beləliklə, şəhidlərimizin qısası alındı.
Əlbəttə ki, bu döyüşlər Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bu döyüşlər işğalçılara növbəti xəbərdarlıqdır ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Erməni tərəfi başa düşməlidir ki, sülh yolu ilə, xoşluqla torpaqlarımızdan çıxmasalar ordumuz onlara öz yerini göstərəcək. Artıq ordumuzun gücünə də yaxşı bələddirlər.
- Azərbaycan xalqı və cəmiyyəti dövlətimizə, ordumuza güclü dəstək nümayiş etdirdi. Bu amili necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, milli birlik, taleyüklü məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirmək Azərbaycan xalqını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Biz Azərbaycan xalqının ümummilli məsələlərdə bütün vahid mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Bu da son nəticədə dövlətimizin gücünü artıran mühüm strateji faktor qismində çıxış edir.
Xalqımızın sıx həmrəylik nümayiş etdirdiyi ümummilli məsələlərdən biri də Dağlıq Qarabağ problemidir. Dövlət və cəmiyyət bəhs olunan problemin həllində vahid mövqedən çıxış edərək prinsipial yanaşma ortaya qoyur - torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz təmin olunmalıdır.
Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmən təxribatının qarşısını qətiyyətlə alması cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradıb. 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Müharibə şəraitində yaşadığımız indiki dövrdə orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Eyni zamanda, bugünlər xalqımız şəhidlərimizə böyük ehtiram nümayiş etdirdilər.
Cənab Prezident Nazirlər Kabinetinin iclasında bildirdi ki, bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Sözsüz ki, bu məsələdə bütün xalqımız həmrəydir. Xalqımızın bir arzusu var ki, bu da torpaqlarımızın işğaldan azd olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bu yolda, vətəndaşlarımız döyüşə getməyə hazır olduğunu bildirirlər.
Yeri gəlmişkən, qeyd edim ki, hadisələr baş verən günlərdən millət vəkili kimi təmsil etdiyim Ağstafa rayonundayam. Rayon əhalisi bu hadsiələrlə bağlı Prezidentimizi və ordumuzu dəstəklədiyini qətiyyətlə bəyan edir. İnsanlar torpaqlarımızın azadlığı uğrunda döyüşə getmək üçün müraciət edirlər. Bilirsiniz ki, bu döyüşlərdə Ağstafa rayonu da şəhidlər verdi. Biz şəhidlərimizin dəfnində iştirak etdik, onların ruhu qarşısında baş əyirik. Ordumuz şəhidlərin qanını yerdə qoymadılar, onların qisasını aldılar.
- Xalqın vətənpərvərlik ruhunu, orduya dəstəyini ifadə edən aksiyalardan öz məqsədləri üçün sui-istifadə edən dairələr də var. Buna münasibətiniz necədir?
- Bu, təəssüf doğuran haldır. Bütün xalqımızın dövlətimizə, Prezidentimizə və ordumuza dəstək nümayiş etdirdiyi halda, kiçik bir qrupun təxribat törətməsi qəbul olunmazdır. Biz bu təxribatı iyulun 14-də gördük. Onların bu qanunsuz hərəkətləri düşmənlərimizin maraqlarına uyğundur. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayılıb. Şübhəsiz ki, bütün bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır.
Sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində təxribat, qarşıdurma yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək binaya maddi ziyan vurması, polislərə qarşı müqavimət göstərilməsi vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası,Vətən yolunda canını fəda edən şəhidlərin ruhuna hörmətsizlikdir.
Ölkəmizdə müstəqilliyimizin ilk illərində hərc-mərclik dövrü hər kəs yaddaşındadır. 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, ayrı-ayrı şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınaq doğurur. İndiki dövrdə cəmiyyətimiz səfərbər olunmalı, ziyalılarımız, ictimaiyyətin fəal nümayəndələri belə pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında dediyi kimi, bu hadisəyə hüquq müstəvisində qiymət veriləcək, təxribatı törədənlər qanun qarşısında cavab verəcəklər.
Azərbaycan güclü dövlətdir. Respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. İstər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Bu yolda bütün səylərimizi səfərbər etməliyik.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

