/ / Cəmiyyət həyatında siyasi partiyaların yerinin və rolunun artırılması istiqamətində əhəmiyyətli addımlar atılır
Cəmiyyət həyatında siyasi partiyaların yerinin və rolunun artırılması istiqamətində əhəmiyyətli addımlar atılır
18.04.2020 [10:31]
Fəzail Ağamalı: Dialoq təşəbbüsü siyasi partiyalarla hakimiyyət arasında sivil münasibətlərin inkişafına xidmət edən son dərəcə mühüm addımdır
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir, mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirir. Başqa sözlə, bu islahatlar müasir dövrdə Azərbaycanda iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, ekspertlərin də qeyd etdikləri kimi, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişiklikləri yaradacaq. Yeri gəlmişkən, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısı bu məsələlərə geniş şəkildə toxunub. Prezident İlham Əliyev siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulmasının əhəmiyyətini bir daha vurğulayıb.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ilə söhbətimiz bu barədədir.
- Fəzail müəllim, bildiyimiz kimi, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısı ölkəmizdə siyasi islahatların aparılmasının və siyasi münasibətlərin inkişafının əhəmiyyətindən geniş bəhs edib. Sizcə, siyasi islahatlar Azərbaycanda siyasi sistemin inkişafına necə təsir göstərəcək?
- Bilirsiniz ki, 2018-ci ilin prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyev iqtisadi, sosial, hüquqi və siyasi sahələrdə mühüm islahatlara start verdi. İlk növbədə, hökumət yeni simalardan təşkil edildi, Nazirlər Kabinetində, Prezident Administrasiyasında struktur dəyişiklikləri aparıldı, bu istiqamətdə mühüm sərəncamlar imzalandı. Bunların içərisində, əlbəttə ki, siyasi sistemin konfiqurasiyasının yenidən formalaşdırılması, cəmiyyət həyatında siyasi partiyaların yerinin və rolunun artırılması üçün mühüm addımlar atılmasını da xüsusi qeyd etmək lazımdır.
Fevralın 9-da keçirilən parlament seçkilərinin nəticəsində hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa 8 siyasi partiya Milli Məclisdə parlamentdə təmsil olunmaq hüququ qazandı. Ölkə Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında siyasi münasibətlərin inkişafı ilə bağlı mühüm fikirlər söylədi və qarşıda duran vəzifələrin üzərində dayandı. Cənab Prezidentin siyasi iradəsinin məntiqi nəticəsi olaraq parlament rəhbərliyində digər partiyalar da təmsil olunmaq hüquq qazandı. Bu, o deməkdir ki, siyasi sistemdə təkcə YAP-ın deyil, digər partiyaların da imkanlarının genişlənməsinə şərait yarandı.
Ölkə Prezidentinin Sədrliyi ilə aprelin 14-də 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədə bir daha bildirildi ki, bütün sahələrdə olduğu kimi, siyasi sahədə də islahatlar davam edəcək, dərinləşəcək. Yəni bu günə qədər atılan addımlar bundan sonra daha geniş xarakter alacaq. Beləliklə, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycanda digər partiyaların da cəmiyyət həyatında yeri və rolu artırılır. Bununla yanaşı, bu prosesdə onların məsuliyyətini artırmaq üçün imkanlar yaranır. Artıq Milli Məclisin rəhbərliyində təmsil olunan siyasi partiyalar YAP-la bərabər siyasi proseslərdə eyni məsuliyyət daşıyırlar.
Göründüyü kimi, partiyaların potensialı səfərbərliyə alınaraq Azərbaycanda siyasi sistemin möhkəmlənməsinə və inkişafına töhfələr vermək üçün yeni imkanlar yaranıb. Bu imkanlar, şübhəsiz ki, yaxın zamanlarda ciddi nəticələr verəcək.
Siyasi sistemin inkişafına yeni töhfələr vermək üçün əlavə imkanlar yaranıb
- Azərbaycan Prezidenti müşavirədə siyasi dialoqun ölkəmizə fayda verəcəyini qeyd edib. Ümumiyyətlə, siyasi dialoq siyasi partiyaların cəmiyyətdəki rolunu hansı səviyyədə artıracaq?
- Qeyd edim ki, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət başçısının tapşırığı ilə parlamentdə təmsil olunan və olunmayan siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirib. Əslində bu, dövlətin, hakimiyyətin bütün siyasi partiyalarla dialoqunun başlanğıcı kimi qiymətləndirilməlidir. Mən də dəvət əsasında Ədalət Vəliyevlə görüşmüşəm və görüş zamanı müxtəlif məsələlərlə bağlı açıq fikir müdaləsi aparmışıq. Hesab edirəm ki, siyasi dialoq ölkə Prezidentinin siyasi iradəsini ifadə edir və bu, siyasi partiyalarla hakimiyyət arasında sivil münasibətlərin yaranmasına və inkişafına xidmət edən son dərəcə mühüm addımdır. Beləliklə, yuxarıda qeyd etdiyim kimi, siyasi sistemin inkişafına yeni töhfələr vermək üçün əlavə imkanlar yaranıb.
Radikal müxalifət düşərgəsi cəmiyyətimizdə normal, sivil dialoq aparılmasında maraqlı deyil
- Bəzi müxalifət partiyaları isə dialoqdan imtina edib. Sizcə, onların siyasi dialoqdan imtina etməsinin səbəbləri nədir?
- Təəssüf ki, “Müsavat” və AXCP bu dialoqa normal münasibət ifadə etmədi, bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirdilər. Bu da onların dialoqa maraqlı olmadıqlarını ortaya qoydu. Bəlli oldu ki, bu düşərgə cəmiyyətimizdə normal, sivil dialoq aparılmasında, onun davamlı olmasında maraqlı deyil. Onlar üçün başlıca mübarizə forması radikalizmdir, anarxizmdir, hərc-mərclik və avantüradır. Bu davranış həmin təşkilatların təkcə dialoqdan imtina etməsi anlamına gəlmir, bütün məsələlərdə özünü göstərir.
Həyata keçirilən tədbirlərə kölgə salmağa, insanlarda inamsızlıq yaratmağa çalışan radikallar cəmiyyəti anarxiyaya sürükləmək istəyirlər
- Fəzail müəllim, bütün dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası ilə güclü mübarizə aparıldığı vaxtda radikal müxalifət, “beşinci kolon” təmsilçiləri ölkəmizdə bu istiqamətdə görülən işlərin üzərinə kölgə salmağa, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışırlar. Buna münasibətiniz necədir?
- Pandemiya ilə əlaqədar yaranmış bu çətin durumda Əli Kərimli və onun ətrafında olan adamlar, bütövlükdə, AXCP, “Milli şura”, eləcə də Cəmil Həsənli, Qənimət Zahid və Sevinc Osmanqızı bütün imkanlarını Azərbaycana qarşı çevirməkdədirlər. Onlar pandemiya şəraitində dövlətin bu problemlə mübarizə tədbirlərinin vacibliyini önə çəkmək əvəzinə, həyata keçirilən tədbirlərə kölgə salmağa, insanlarda inamsızlıq yaratmağa və xalqla iqtidar arasında birliyi pozmağa çalışırlar. Bununla da, əslində, həmin düşərgə cəmiyyəti anarxiyaya sürükləmək istəyir.
Təbii ki, Azərbaycan xalqı onların bu çağırışını qəbul etmir. Bu ünsürlərin Azərbaycan cəmiyyətində yeri və rolu yox səviyyəsindədir. Onlar, sadəcə olaraq, bu gün bir otaq, bir kompüter, bir mikrofon səviyyəsində özlərini ifadə edən anarxistlərdir. Bu adamlar “beşinci kolon" olaraq erməni lobbisinin, antiazərbaycançı qüvvələrin içərisində yer alır və onların tapşırıqlarını yerinə yetirməkdədirlər. Həmin düşərgənin ölkəmizdəki siyasi dialoqdan imtinasının mayasında da bu amil dayanır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36

