Siyasi partiyalar arasında dialoqun davam etdirilməsi olduqca vacibdir
16.04.2020 [11:21]
Sabir Rüstəmxanlı: Çünki burada niyyət və məqsəd sabitlik, vətəndaş həmrəyliyi və milli birliyin gücləndirilməsidir
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir, mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirir. Başqa sözlə, bu islahatlar müasir dövrdə Azərbaycanda iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaradacaq. Yeri gəlmişkən, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısı bu məsələlərə geniş şəkildə toxunub. Prezident İlham Əliyev siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulmasının əhəmiyyətini bir daha vurğulayıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə söhbətimiz bu barədədir.
- Sabir müəllim, bildiyimiz kimi, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısı ölkəmizdə aparılan siyasi islahatların əhəmiyyətini vurğuladı. Eyni zamanda, siyasi dialoq mühitini müsbət qiymətləndirərək bildirdi ki, siyasi dialoq ölkəmizə böyük fayda gətirəcək. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
- Ümumiyyətlə, Prezident İlham Əliyevin müşavirədəki çıxışında təkcə siyasi partiyalar arasında münasibətlər, siyasi dialoq deyil, ölkəmizin həyatının çox geniş mənzərəsi əks olunub. Dövlət başçısının çıxışında qeyd olunan məsələlərin hamısı vacibdir. Bu baxımdan, Prezident İlham Əliyev hakimiyyətlə siyasi partiyalar arasında münasibətlər, siyasi dialoq, partiyaların Milli Məclisdə təmsilçiliyi haqqında fikirlərini geniş şəkildə bildirdi. Əlbəttə ki, atılan bu addımlar Azərbaycan cəmiyyətində müsbət qarşılanır. Çünki burada niyyət və məqsəd sabitlik, dialoq, vətəndaş həmrəyliyi və milli birliyin gücləndirilməsidir. Dövlət başçısı çıxışında bu məsələlərə çox geniş toxundu. Prezident ölkədə aparılan islahatlardan danışaraq qeyd etdi ki, əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Ona görə də siyasi dialoq hər zaman vacibdir. Mövqeyimiz belədir ki, siyasi partiyaların dialoq məsələsində vahid mövqe nümayiş etdirmələri vacibdir.
- Dövlət başçısı çıxışında, həmçinin parlamentin və onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsilçiliyini siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addım kimi dəyərləndirib…
- Bəli, Prezident İlham Əliyev müşavirədəki çıxışında müxalifətin yeni tərkibli parlamentdə təmsilçiliyini xüsusi vurğuladı. Bilirsiniz ki, Milli Məclisin Sədrinin müavinlərindən biri, həmçinin komitə və komitə sədrlərinin müavinləri arasında müxalifət partiyalarının nümayəndələri var. Dövlət başçısı bildirdi ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Qeyd etdiyiniz kimi, Azərbaycan Prezidenti bu amili siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addım kimi qiymətləndirib. Prezident İlham Əliyev qeyd edib ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri olaraq hesab edirəm ki, siyasi dialoqun qurulması və davam etməsi zəruridir. Bizim cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, milli birliyin güclənməsi üçün bütün bunlar son dərəcə vacibdir. Əslində, bu mövqe Vətəndaş Həmrəyliyi Partiyasının bütün fəaliyyəti dövründə yürütdüyü siyasətdir. Çünki belə bir fəaliyyət ölkəmizin bugünkü və gələcək maraqları ilə üst-üstə düşür. Vətəndaş həmrəyliyi və milli birlik olmadan ölkənin inkişafı və problemlərin həlli mümkün deyil. Xüsusilə, müharibə şəraitində olduğumuzu nəzərə alsaq, deyə bilərik ki, ölkədə vətəndaş həmrəyliyi son dərəcə vacibdir.
- Sabir müəllim, məlumdur ki, siyasi dialoqdan imtina edənlər də var. Hansı ki, onlar vaxtilə hakimiyyətdə olduqları dövrdə respublikamızı dərin böhrana və xaosa sürükləmişdilər. Prezident İlham Əliyev müşavirədəki çıxışında bu məsələyə də toxundu. Bu barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyim kimi, milli həmrəylik və birlik üçün dialoq zəruridir. Bilirsiniz ki, əvvəllər də iqtidarla müxalifət arasında siyasi dialoq aparılıb. Hazırda isə bu məsələ keyfiyyət baxımından daha da təkmilləşdirilib.
Mən düşünürəm ki, hər hansı şərt irəli sürmədən dialoq olmalıdır. Amma dialoq zamanı şərtlər irəli sürülə bilər. Dialoqun pozulmasına yönələn addımlar isə, əslində, ölkənin xeyrinə ola biləcək proseslərə mane olmaq deməkdir. Ona görə də dialoqdan qaçmaq, imtina etmək lazım deyil. Ölkəmizdə siyasi dialoqun davam etməsi milli maraqlarımıza uyğundur.
- Radikal müxalifət, “beşinci kolon” koronavirus pandemiyasından da öz məqsədləri üçün istifadə etməyə çalışır. Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi fonunda onların bu cür davranışını necə qiymətləndirirsiniz?
- Bütövükdə, Milli Məclisdə təmsil olunan siyasi partiyaların, o cümlədən Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi ondan ibarətdir ki, bu gün koronavirus pandemiyası bütün dünya üçün bir imtahandır. Hazırda bütün ölkələr koronavirusla mübarizə aparır, bu imtahandan az itkilərlə çıxmağa çalışırlar. Azərbaycanda da bu istiqamətdə çoxlu sayda tədbirlər həyata keçirilir.
Bizim mövqeyimiz ondan ibarətdir ki, bu problemdən siyasi məqsədlər üçün istifadə etmək olmaz. Azərbaycan vətəndaşları bu məsələdə vahid mövqedən çıxış etməlidirlər. Doğrudur, müəyyən dairələr var ki, hansı vəziyyət olursa-olsun, ondan öz məqsədləri üçün istifadə edirlər. Yaxşı da olsa, tənqid edirlər, pis də olsa. 30 ilə yaxın müddətdə Azərbaycanda xeyli dəyişikliklər baş verib. Amma kimlərsə yenə də yalnız tənqid edirlər. Bəlkə, kimsə kimdənsə incikdir, şəxsi problemi və ya qisasçılıq hissi var. Bu da onların mövqeyidir. Lakin bütün bunların Azərbaycan cəmiyyətinə təsiri yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

