Əminəm ki, parlament seçkilərində qələbə bizim partiyamızın olacaq
05.02.2020 [09:37]
22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sərraf Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Sərraf müəllim, fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyiniz irəli sürülüb. Partiya rəhbərliyi tərəfindən belə bir yüksək etimadın göstərilməsi sizin üçün gözlənilməz olmadı ki?
- Mən öncə Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz cənab İlham Əliyevə, daha sonra isə partiyamızın İdarə Heyətində yer alan şəxslərə öz təşəkkürümü bildirmək istərdim. Çünki məhz onların qərarı ilə biz gənclər də partiyamızın parlament seçkilərində iştirak üçün təsdiqlədiyi siyahıda yer aldıq. Bu əslində Yeni Azərbaycan Partiyasının gənclərinə olan böyük etimadın əyani göstəricisidir.
Onu qeyd etmək istərdim ki, bu siyahıda adımın olması mənim üçün gözlənilən idi, amma namizədliyimin Bakı şəhərinin ən böyük rayonlarından biri olan Nəsimi rayonundan verilməsi gözlənilməz oldu. Partiyamızın bu qərarını ona görə gözlənilən hesab edirəm ki, mən 18 yaşımdan Ulu Öndər Heydər Əliyevin siyasi irsinin dəstəkçisi olmuşam və bu yolda daima partiya rəhbərliyi tərəfindən öz fəaliyyətimə görə irəli çəkilmişəm. YAP Nəsimi rayon təşkilatında çalışmışam, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyinin Ofisinin rəhbəri olmuşam, partiyamızın 2013-cü ildə keçirilən V Qurultayında çıxışçılardan biri olmuşam. Düşünürəm ki, məhz bu fəaliyyətim partiyamızın rəhbərliyi tərəfindən nəzərə alınıb və mənim adım bu siyahıya daxil edilib.
- Parlament seçkilərində partiyamızın namizədləri arasında gənclərə də üstünlük verilib. Bu barədə nə deyə bilərsiniz?
- Partiyamızın namizədləri açıqlananda özümlə bərabər, gənc dostlarımın da adını burada görüb çox sevindim. İnanıram ki, mənim kimi dostlarımın hər birinin də qəlbi bu etimada görə minnətdarlıq hissi ilə doludur. Çünki biz o siyahıda məhz partiyanın həyata keçirdiyi işlərdə imzası olan gənclərin adlarını gördük. Namizədlərin böyük əksəriyyətinin gənclərdən ibarət olması həm bizim, həm də digər gənclər üçün böyük stimuldur. Hesab edirəm ki, bu təşəbbüs əslində Prezidentimiz cənab İlham Əliyevə məxsusdur. Məhz cənab İlham Əliyev 6 dekabr tarixli çıxışında gənclərə üzünü tutaraq demişdir: “İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır”.
- Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı uğurlarla gedir?
- Keçirilən sonuncu parlament seçkilərindən sonra ötən illərə nəzər saldıqda Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlət quruculuğunda, ölkəmizin sosial-iqtisadi gücünün daha da artmasında, həmçinin qanunvericilik bazasının təkmilləşməsi işində böyük uğurlara imza atdığını düşünürəm. Heç şübhəsiz, bu uğurların memarı partiyamızın Sədri cənab İlham Əliyevdir. Cənab İlham Əliyevin “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” şüarı düşünürəm ki, partiyanın da fəaliyyətinə, sıralarının genişlənməsinə səbəb oldu və nəticədə Yeni Azərbaycan Partiyası da hər bir azərbaycanlının partiyasına çevrilə bildi. Əminəm ki, bu seçkilərdə də görülən işlərin müqabilində qələbə bizim partiyamızın olacaq. Çünki xalq hər şeyi görür və dəyərləndirməyi bacarır.
- Sərraf müəllim, seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Bu görüşlərlə bağlı təəssüratınız necədir?
- Seçicilərlə görüşlərimizdə çox qəribə bir situasiya ilə qarşılaşıram. Sanki məndən əvvəl kimsə getdiyim ailəyə, olduğum məhəlləyə gedib və cənab Prezidentin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası haqda orada təbliğat aparıb. Əslində, bu çox gözəldir. İnsanlarımız Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Azərbaycan insanı, Azərbaycan dövləti üçün nələr etdiyindən çox yaxşı xəbərdardır. Hansı şəhid ailəsinin qapısını döyürsən, hansı fiziki məhdudiyyətli sakini dindirirsən, istənilən şəxsə yaxınlaşırsan və Yeni Azərbaycan Partiyasının təmsilçisi kimi onu seçkiyə dəvət edirsən, o əvvəlcə dövlətin onlara göstərilən qayğısından ağızdolusu danışır. Sonra isə nəinki özü, hətta digərlərini də seçkiyə təşviq edərək onların seçkiyə getməsini və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməsini istəyir.
Dövlətimiz insanların nəinki sosial, ictimai, hətta şəxsi problemlərinin həlli üçün də əlindən gələni edir. Dövlətin, Heydər Əliyev Fondunun insanlarımıza göstərdiyi bu diqqət və qayğı bizləri də daha ürəklə təbliğat-təşviqat işi aparmağa sövq edir. Düşünürəm ki, partiyamızın Sədri İlham Əliyevin, partiyanın Sədr müavini, birinci xanım Mehriban Əliyevanın gördüyü işlər məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə ölkəmizin hər yerində qapıları taybatay açır. Belə bir yolun yolçusu olmaq bizlər üçün də şərəfdir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

