/ / Azərbaycan qadınları bütün dövrlərdə mərdlik, cəsarət və ictimai əhəmiyyətli məsələlərdə fəallıq nümayiş etdiriblər
Azərbaycan qadınları bütün dövrlərdə mərdlik, cəsarət və ictimai əhəmiyyətli məsələlərdə fəallıq nümayiş etdiriblər
08.01.2010 [01:21]
Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimovadır.
- 2009-cu il Azərbaycan ictimaiyyəti, ictimai-siyasi arenada fəaliyyət göstərən insanlar üçün kifayət qədər məhsuldar oldu. ümumxalq səsverməsi, bələdiyyə seçkilərinin keçirilməsi, ölkədə “Uşaq ili” çərçivəsində mühüm tədbirlərin reallaşması və digər layihələr bunun bariz nümunəsidir. Məhəbbət xanım, ölkənin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biri kimi qadınlarımızın ictimai-siyasi proseslərdə iştirakını necə dəyərləndirirsiniz?
- Müasir Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal iştirak edir, həmçinin, dövlət idarəçiliyində də yüksək səviyyədə təmsil olunurlar. O ki qaldı yaxın keçmişdə qalan bələdiyyə seçkilərinə, bununla bağlı olaraq YAP Qadınlar Şurası respublikamızın bütün bölgələrində partiyamızın üzvü olan qadınlarla görüşlər təşkil etmişdi. Təkcə paytaxtda deyil, ucqar rayonlarımızda da qadınlarımız ölkədəki ictimai-siyasi prosesləri diqqətlə izləməklə kifayətlənmir, öz mövqelərini də ortaya qoyurlar. Günün reallığı baxımından xanımlarımızın bələdiyyələrdə təmsilçiliyi prioritet məsələ sayılır. Bu səbəbdən də qadınların bələdiyyələrdə təmsilçiliyinin artması təqdirəlayiq haldır. Bildiyiniz kimi, ötən seçkilərdən fərqli olaraq bu dəfə daha çox qadın namizədlər irəli sürülmüşdü. Əvvəlki bələdiyyə seçkilərində qadınların bu prosesdə iştirakı 3-4 faizlə ifadə olunurdusa, builki seçkilərdə partiyamızın irəli sürdüyü namizədlər arasında qadınlar 27,8 faiz təşkil edir. Qarşıdan parlament seçkiləri gəlir. ümid edirəm ki, qadınlarımız bu seçkilərdə də fəallıq nümayiş etdirəcəklər.
Azərbaycan qadınları bütün dövrlərdə mərdlik, cəsarət və ictimai əhəmiyyətli məsələlərdə fəallıq nümayiş etdiriblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz fəaliyyəti dövründə ölkənin ictimai-siyasi həyatında qadınların rolunu yüksək qiymətləndirib. Qadınların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etmək məqsədilə, Ulu öndər Heydər Əliyevin Fərmanına əsasən Qadın Problemləri üzrə Dövlət Komitəsi (hazırkı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradıldı. Bu istiqamətdə atılan məqsədyönlü addımlardan biri də Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının yaradılması olub. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə qadınlarımızın dövlət idarəçiliyində, eləcə də, Milli Məclisdə təmsilçiliyi, ümumiyyətlə, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Bu gün dövlət başçısı İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də Ulu öndərimizin siyasi kursunu layiqincə davam etdirir. Həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti də bütün qadınlara örnəkdir. Milli muğamımızın dünya miqyasında təbliği, milli-mədəni dəyərlərimizin qorunub saxlanması istiqamətində görülən işlər, təhsilin, səhiyyənin inkişafına olan diqqət və qayğı Mehriban xanımı Azərbaycan qadınının layiqli təmsilçisinə çevirib. O, Azərbaycan xalqının, xüsusilə də Azərbaycan qadınının mədəniyyətini, intellektini, mərhəmətini, nurunu, gözəl ailə sahibəsi olmasını tərənnüm edir.
- Bildiyimiz kimi ictimai-siyasi fəaliyyətlə yanaşı, siz həm də 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimisiniz. Bir səhiyyə işçisi olaraq sizcə, bu sahədə vəziyyəti necə qiymətləndirmək olar?
- Əvvəlcə onu deyim ki, bu gün Azərbaycanda köklü şəkildə dəyişikliklər aparılmaqdadır, sürətli və davamlı inkişaf mövcuddur. Dahi öndərimiz tərəfindən əsası qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən qlobal, məqsədyönlü və ardıcıl siyasət bütün sahələrdə öz bəhrəsini verməkdədir. Məhz bu siyasət sayəsində ölkəmiz inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur. Azərbaycan günü-gündən müasirləşir, cəmiyyətin demokratikləşməsi, əhalinin müxtəlif qrupları arasında milli birliyin olması istiqamətində uğurlu addımlar atılır. İstər təhsil, istər mədəniyyət, istər idman, istərsə də səhiyyə sahəsində böyük inkişaf mövcuddur. Mədəniyyət ocaqlarının, səhiyyə mərkəzlərinin yenidən qurulması və tikilməsi, dini ocaqların bərpası istiqamətində əsaslı tədbirlər həyata keçirilib.
Bu gün ən ucqar kəndlərdə belə tibb ocaqları tikilib əhalinin istifadəsinə verilir. Təmir-bərpa işləri ilə yanaşı, tibb müəssisələri müasir standartlara cavab verən avadanlıqlar ilə təchiz olunur. Bildiyiniz kimi, bu gün dünyada “donuz qripi” kimi tanınan A(H1N1) virusu hökm sürməkdədir. Bir müddət bundan öncə A(H1N1) virusuna yoluxan 8 yeniyetmə bizim səhiyyə müəssisəsində tamamilə müalicə olunublar. ümumiyyətlə, respublikamızda “donuz qripi”, “quş qripi” adı ilə tanınan xəstəliklərin müalicəsi üçün əlverişli şərait mövcuddur. Əvvəllər biz “quş qripi” xəstəliyinin törədicisi olan H5N1 virusunu dəqiqləşdirmək üçün Böyük Britaniyanın paytaxtı Londondakı laboratoriyalara müraciət edirdik. Bu isə uzaq məsafə baxımından analiz cavablarında dəqiqliyin bir qədər itməsinə, həmçinin, müalicə prosesinin müəyyən qədər ləngiməsinə gətirib çıxarırdı. Hazırda bu iş Respublika Taun Əleyhinə Stansiyada yüksək səviyyədə həyata keçirilir. Stansiyadakı ən müasir texniki imkanlar vasitəsilə xəstəliyin diaqnostikası asanlıqla təyin edilir ki, bu da işimizin uğurla həyata keçməsinə zəmin yaradır.
- Məhəbbət xanım, ölkəmizdə gender bərabərliyi məsələsi də aktual mövzulardan biridir. Bu sahədə mövcud durumu necə xarakterizə edərdiniz?
- ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində ardıcıl olaraq addımlar atılır. Amma bir sıra bölgələrdə müəyyən problemlərlə hələ də rastlaşırıq. Bölgələrimizdə, həmçinin, Bakı kəndlərində qızların erkən yaşda nikaha girməsi faktları mövcuddur. Buna həm də bir həkim kimi qarşıyam, çünki 13-14 yaşında ailə quran qızlar hələ tam olaraq formalaşmır. Bundan başqa, bu yaşda nikaha cəlb olunmaqla təhsildən də yayındırılırlar. Və nəticədə də gələcəyin anası savadsızlaşdırılır. Azərbaycanın tarixindən, ədəbiyyatından xəbəri olmayan bir ananın savadlı uşaq böyütməsi də şübhə altına alınır. Bu yaşda ailə qurmaq həm fiziki, həm də psixoloji cəhətdən yolverilməzdir. Bu faktor eyni zamanda, dünyaya gələn körpələrin sağlamlığını sual altına alır. Buna laqeyd yanaşmaq olmaz. Bu sağlam gələcəyə zərbədir. Azərbaycan xalqı hər zaman elmi və zəkası ilə seçilib. Belə bir xalqda deqradasiya getməsinə yol verə bilmərik. Digər tərəfdən, hüquqi cəhətdən də erkən nikah qanunvericiliyə ziddir. Yeni qurulan ailədə uyğunsuzluq baş verərkən, bu və ya digər səbəblərdən boşanmalar ortaya çıxarsa qadının hüquqları pozulur. Və boşanmaların hamısında ən böyük əziyyət də məhz uşaqların çiyninə düşür.
Əksər hallarda ailələr qızlarının belə erkən yaşda ailə qurmalarını imkansızlıq ilə əlaqələndirirlər. Yəni, ailədə olan qız uşağına yük kimi baxırlar. Bu məsələni aradan qaldırmaq üçün istərdim ki, əvvəllər mövcud olan axşam məktəblərinin fəaliyyəti bərpa olunsun. Belə olduğu halda səhərlər ailələrinin maddi vəziyyəti aşağı olan qızlar çalışarlar, axşamlar da bu kimi məktəblərdə təhsillərini davam etdirərlər. Bu, həm də gənc yaşda olan oğlanlara da şamildir. Belə olduğu təqdirdə onlar da çalışmaqla bərabər, müəyyən peşəyə də sahib olarlar. Bu istiqamətdə məktəblərdə həkimlər, hüquqşünasların iştirakı ilə maarifləndirmə işləri aparılmalıdır.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

