Metanol zavodunun tikintisi Azərbaycanda onlarla yeni zavodun inşasına təkan verəcək
30.12.2009 [09:49]
Bu yaxınlarda Bakıda Azərbaycanda metanol zavodunun inşası məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən “AzMeCo” şirkətinə 120 milyon ABŞ dolları həcmində kreditin ayrılmasına dair saziş imzalandı. Avropanın nüfuzlu maliyyə qurumunun heç bir dövlət və bank təminatı olmadan, Azərbaycanda özəl sektorun inkişafına maliyyə vəsaiti ayrılmasına ölkə mətbuatında geniş yer ayrıldı. “AzMeCo” şirkətinin İdarə Heyətinin sədri Nizami Piriyev mövzu ilə bağlı suallarımızı cavablandırır:
- Nizami müəllim, AYİB-in şirkətinizə belə etimad göstərməsinin səbəbi nədir?
- Məsələyə aydınlıq gətirmək üçün bu suala bir qədər əhatəli cavab vermək istərdim. Mən peşəkar inşaatçıyam, hələ sovet dövründə “BakıBaşTikinti”nin 2 saylı Tikinti İdarəsində mühəndis isləmişəm. 1990-cı ildə ailəmlə birlikdə Moskvaya köçdüm və uzun müddət Rusiyada yaşadım. Müxtəlif vəzifələrdə çalışdım, neft-kimya sənayesində tikinti işləri ilə məşğul oldum. 2007-ci ilin sonunda vətənə döndüm və burada Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verəcək “AzMeCo” şirkətini yaratdım, bu layihənin reallaşdırılmasına başladım. Bu şirkət Qazaxıstan və Türkmənistan da daxil olmaqla, regionda metanol və azot gübrələri istehsal edən ilk neft-kimya kompleksi olacaq.
2008-ci ilin əvvəlində zavodun təməli qoyuldu və hazırda burada işlərin, demək olar ki, 55 faizi tamamlanmışdır. Artıq 2010-cu ilin sonunda kompleksdə 1-ci mərhələdə nəzərdə tutulmuş ilk məhsulun istehsalına başlanılması gözlənilir.
Yeri gəlmişkən qeyd edim ki, mən eyni zamanda, Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye-Ticarət Palatasının (AAİSTP) sədriyəm. Təşkilatın əsas məqsədi Azərbaycanla Avropa arasında iqtisadi əlaqələrdə bir körpü rolunu oynamaqdır. Biz nəinki Azərbaycanda Avropa mallarının satılmasına şərait yaratmaq, eyni zamanda, Azərbaycanda istehsal olunan məhsulların Avropa bazarlarına çıxarılmasına yardımçı olmağa çalışırıq.
Bundan əlavə, əsas məqsədlərimizdən biri də Azərbaycan iqtisadiyyatına, özəl sektorun inkişafına Avropadan investisiyalar cəlb etməkdir.
Hər hansı bir yerli şirkətimiz, əgər bu şirkətin fəaliyyəti şəffaflıq prinsipləri üzərində qurulubsa və onun bütün maliyyə və digər sənədləri Avropa standartlarına uyğun bir şəkildə formalaşdırılıbsa, biznes layihələri ekoloji normalara uyğundursa, AAİSTP həmin şirkətlərə öz fəaliyyətlərini genişləndirmək üçün Avropa banklarından kredit alınmasında vasitəçilik edə bilər.
- Demək, bu işin “siftəsi”ni özünüz üçün etdiniz?
- Bunun da səbəbi var. Biz indiyədək AAİSTP-ni ölkədə geniş reklam etmirdik. Digər tərəfdən isə, bizim belə bir imkanımızın olmasına sahibkarı inandırmaq üçün, ilk addım kimi, bəli, “AzMeCo”nun layihəsi üçün Avropanın nüfuzlu maliyyə institutlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 120 milyon ABŞ dolları həcmində kreditin alınmasına nail olduq.
Layihə üçün Qaradağ rayonu ərazisində dovlət tərəfindən 25 hektar topraq sahəsi ayrılıb. Bunun 20 hektarında istehsal sahələri, qalan hissəsində isə nəqliyyat-logistika üçün şəbəkə, müxtəlif anbarlar, yükləmə-boşaltma məntəqələri və s. yerləşəcəkdir. Ərazidə istehsal prosesləri bir-biri ilə bağlı olan 6 zavodun inşası nəzərdə tutulur. Kompleksin tam dəyəri 1 milyard 100 milyon ABŞ dolları təşkil edir. Bunun 300 milyon dolları metanol zavodunun inşasına sərf olunacaq. İkinci mərhələdə üç zavodun- ammonyak, karbomid və formaldehid zavodlarının tikintisi nəzərdə tutulur. Sonra isə daha iki zavod- sirkə turşusu və melomin zavodları inşa ediləcəkdir. 2013-cü ildə bütün kompleksin tikintisi başa çatdırılacaq. Layihənin tam reallaşması üçün, AYİB-dən əlavə, digər Avropa bankları ilə də danışıqlar aparılır. AYİB-in ardından bir neçə Avropa bankları, o cümlədən, Qara dəniz Ticarət və İnkişaf Bankı, Almaniya, Hollandiya və s. ölkələrin bankları bizə 80 milyon ABŞ dolları həcmində kredit ayırmağa razılıq veriblər. Hazırda həmin banklarla danışıqlar davam etdirilir və kredit şərtləri dəqiqləşdirilir.
- Qayıdaq metanol məsələsinə. Bəzi mətbu orqanları “AzMeCo”nu ekologiyaya zərər verəcək zavod tikməkdə günahlandırır, bu belədirmi?
- Metanol təbii qazdan və sudan hazırlanır. İstehsal prosesində havaya hər hansı bir tüstü, yaxud zərərli maddələr buraxılmır. Belə ki, bütün istehsal prosesi qapalı şəraitdə aparılır. Burada kanalizasiyaya belə hər hansı bir maddə axıdılmır. Metanol zavodu ekoloji cəhətdən kimya zavodları arasında ən təmiz zavod hesab olunur. Yeri gəlmişkən qeyd edim ki, metanol yerə töküldükdə, təqribən 1 saat ərzində buxarlanıb gedir, su ilə rahat yuyulur, suda tez həll olunur. Mən hələ indiyədək metanolu pisləyən hər hansı bir alim, elmi dərəcəsi olan bir mütəxəssis rəyi ilə rastlaşmamışam. Dünyada elə bir alim yoxdur ki, metanolu gələcəyin alternativ enerji mənbəyi adlandırmasın. Əksinə, xarici ekspertlər metanol zavodu layihəsini “Azərbaycanda 2009-cu ilin sıçrayışı” kimi qiymətləndirirlər. Diqqət edin, benzinin tərkibində nə qədər çox metanol olarsa, onun oktanlığı artar, benzin yaxşı yanar, havaya atılan zərərli qazların həcmi azalar. Metanolun tərkibində oksigen olduğuna görə, benzinin mühərrikdə yanma prosesi daha da sürətlənir, mühərrikdən xaric olan tüstünün və zəhərli maddələrin miqdarı azalır. Bu da muxtəlif xəstəliklərin azalmasina səbəb olar. Əgər metanolu hər hansı bir bitki yağına qatsan, qatışıqdan qliserin maddəsini çıxardıqda, biodizel alınır. Başqa sözlə, biodizel yanacağının 10 faizi metanoldan ibarətdir. Başqa sözlə, hidrogen və oksigen daşıyıcısı olan metanol çox mühüm və lazımlı bir məhsuldur.
Qeyd edim ki, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda metanolla bağlı çox elmi işlər aparılır. Bizim alimlərimiz bu işə böyuk qiymət verirlər. O cumlədən, AYİB bu krediti bizə verməzdən öncə, dünyanın ən nüfuzlu elm qurumlarının ekspertlərinin rəyini öyrənib, metanolun nə qədər lazımlılığını bilib və bu işin gələcəyinə əmin olduqdan sonra, bizə kredit verməyi qərara alıb.
Məlumdur ki, AYİB dunyanın ən professional, nüfuzlu maliyyə qurumlarındandır. Belə bir kicik şirkətə, belə bir qurumun etibar etməsi, layihəmizin perspektivliyi və dövlətimiz üçün xeyirli olduğunu bir daha subut edir.
Bilirsiniz,yeni inqilabi fikirlər həmişə tənqidlə qarşılanır. Köhnə fikirli insanlar yenilikdən, islahatlardan, məsuliyyətdən qorxurlar.
Xatırladım ki, AYİB ətraf mühit məsələlərində çox sərt standartlara malikdir və bank hər hansı bir layihəni maliyyələşdirmək qərarını verməzdən öncə, ilk növbədə həmin layihənin bütün ekoloji tələblərə cavab verməsini istəyi. “AzMeCo”nun təqdim etdiyi layihə AYİB-in üstün tütdüğü bütün ekoloji tələblərə cavab verdiyi üçün bank tərəddüd etmədən onun maliyyələşdirilməsinə qərar verdi. Əminliklə deyə bilərəm ki, bizim yeni neft-kimya kompleksinin tikintisi zamanı dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan ekoloji standartlara riayət olunur.
- Bəs elə isə niyə indiyədək Azərbaycanda bu sahəyə maraq o qədər də böyüyk olmayıb?
- Birincisi, bu texnologiya cox bahalıdır. Keçmiş sovetlər ittifaqında bu texnologiya ABŞ və ya Avropa ölkələrindən alınırdı.
Digər tərəfdən isə metanol indiyədək respublikada istehsal olunmayıb, biz onu, eləcə də, karbomid məhsulunu xaricdən idxal etmişik. Keçmiş SSRİ respublikalarında, metanol, yalnız Ukrayna və Rusiyada istehsal olunub. Rusiyada 90-cı illərin axırında bir neçə metanol zavodu tikilməyə başlandı.Hətta yeni metanol zavodlarının tikilməsi indi də davam edir. Məsələn, Tatarıstanda belə bir kompleksin tikintisi üçün tender elan edilib. Qazaxıstanda isə metanol zavodunun tikintisi planlaşdırılır. Ukraynada cəmi bir zavod var. “AzMeCo” tam yeni texnologiyalar əsasında müasir bir kimya kompleksi yaradır. Metanol istehsalına başlanması ölkədə yeni bir kimya sənayesinin qurulmasına doğru atılmış bir addım deməkdir. Gələcəkdə, yerli investorlarımız bu xammal əsasında çoxlu sənaye müəssisələri yarada bilərlər.
Tutaq ki, yerli investorlarımız bizdən amonyakı alıb, ondan xammal kimi istifadə etməklə, başqa bir gübrə zavodu tikə bilərlər. Formaldehidi karbomidlə birləşdirib plastik kütlə ala bilərlər. Sirkə turşusu isə, xammal kimi, qida sənayesindən daha çox yüngül sənayedə, sintetik liflərin alınmasında, plastik kütlələrin istehsalında, eləcə də, trikotaj sənayesində istifadə olunur.
Qeyd edim ki, bizim kompleksdə istehsal olunan məhsullar Azərbaycanda 100-dən artıq zavod və fabrik üçün xammal bazası rolunu oynayacaq. Biz bu xammal bazasından istifadə etməklə regionlarda- Gəncədə, Yevlaxda, Lənkəranda onlarla yeni-yeni ekoloji cəhətdən təmiz fabrik və zavodlar qura bilərik.
- Yeri gəlmişkən, bu yaxınlarda AAİSTP-nin Londonda Azərbaycanın neft-kimya sektoru ilə baglı keçirdiyi tədbir ölkəmizə yeni sərmayələrin cəlb olunmasına kömək edəcəkmi?
- Palatamızın təşəbbüsü ilə AYİB-ın İdarə Heyətinin iclas zalında Azərbaycanın neft-kimya sektorunun inkişafına həsr olunmuş möhtəşəm tədbir keçirildi. Tədbirdə Londonda fəaliyyət göstərən dünyanın aparıcı bank və sığorta şirkətlərinin nümayəndələri iştirak edirdilər. Görüşün məhz İngiltərə paytaxtında təşkil olunmasının əsas səbəbi ondan ibarətdir ki, hazırda London dünyanın əsas maliyyə mərkəzlərindən biri hesab olunur və məqsədimiz də məhz Azərbaycanın neft-kimya sektorunda olan investisya imkanlarını dünyanın nüfuzlu bank və sığorta qurumlarının diqqətinə çatdırmaq idi və biz bu məqsədimizə çatdıq. Müzakirələrə gəldikdə isə, məruzələrdə biz əsas diqqəti Azərbaycanın neft - kimya sektorunda mövcud olan sərmayə imkanlarına yönəltdik. Deyə bilərəm ki, mövzularımız nüfuzlu bank və sığorta şirkətləri təmsilçilərində böyük marağa səbəb oldu və onlar Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər.
Qeyd edim ki, həmin toplantıda, Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye-Ticarət Palatasının fəaliyyəti və qazandığı uğurlar yüksək qiymətləndirildi və AİSTP-nin prezidenti cənab Vejpustik tərəfindən mənə Qızıl orden təqdim olundu. Bu mükafat bizim timsalımızda Azərbaycan iqtisadiyyatına, Azərbaycanda biznes mühitinə verilən yüksək qiymətdir.
Bütün bunlar Avropa iş adamlarının Azərbaycana olan marağının nəticəsidir və buna əsas səbəb isə, bu gün Azərbaycanda iqtisadiyyatın əsaslı şəkildə inkişaf etməsidir. Belə ki, Prezident İlham Əliyev cənablarının ölkədə həyata keçirdiyi iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan özünün inkişaf tempinə görə, nəinki Cənubi Qafqaz regionunda, eləcə də, Şərqi Avropa ölkələri arasında lider mövqedədir. ölkədə əlverişli investisiya mühiti yaradılıb. Beynəlxalq maliyyə institutları da, bir qayda olaraq, o ölkələrə sərmayə yatırmağa maraq göstərirlər ki, orada investisiyalar üçün münbit şərait olsun. Onlar elə ölkələrə dövlət və bank təminatı olmadan maliyyə vəsaitləri ayırırlar ki, həmin dövlətdə həm siyasi, həm də iqtisadi cəhətdən sabitlik bərqərar olsun, iqtisadi dirçəliş və inkişaf olsun. İnvestoru maraqlandıran ən başlıca cəhət sözsüz ki, ölkədə siyasi sabitliyin olmasıdır.
Baxmayaraq ki, bu gün Azərbaycan müharibə şəraitindədir, bu, müharibə riski müəyyən qədər investorları çəkindirən amildir, amma Azərbaycanla əməkdaşlıq davam etdirilir. Hesab edirəm ki, beynəlxalq maliyyə qurumları, eləcə də, ayrı-ayrı xarici investorlarla olan bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək və onların ölkəmizə investisiya yatırmaq marağını daha da artıracaq.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
