Qazaxıstan və Azərbaycan strateji tərəfdaş ölkələrdir
16.12.2009 [09:30]
Dövlət müstəqillinə qovuşduqdan sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstan Respublikasıdır. ötən müddət ərzində ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmaqdadır. Digər tərəfdən isə, ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın səviyyəsi xeyli genişlənib, hər iki ölkənin dövlət başçıları qarşılıqlı surətdə Bakıda və Astanada rəsmi səfərlərdə olub, ticarət dövriyyəsinin həcmi xeyli artıb. İndi Azərbaycanın xarici ticarət əlaqələrində Qazaxıstan ön sıralardan birini tutur. “Bizim qonaq” rublikamızın növbəti iştirakçısı Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetovdur.
- Cənab səfir, ilk öncə icazə verin, kollektivimiz, eləcə də qəzetimizin oxucuları adından Sizi Qazaxıstan Respublikasının dövlət müstəqilliyinin 18-ci ildönümün münasibəti ilə təbrik edək. Azərbaycanın müstəqilliyini ilk tanıyan Asiya dövlətlərdən biri də Qazaxıstan olub. ötən müddət ərzində ölkələrimiz arasındakı diplomatik əlaqələrin səviyyəsindən razısınızmı?
- İcazə verin, 16 dekabr - Qazaxıstan Respublikasının dövlət müstəqillik günü münasibəti ilə təbrikləriniz üçün qəzetinizin kollektivinə, çoxminli oxucu ordusuna və ümumiyyətlə bütün Azərbaycan xalqına öz dərin ehtiramımı bildirim.
1991-ci ilin 16 dekabr tarixində xalqımız üçün XX əsrdə ən önəmli siyasi hadisələrdən biri baş verdi. Qazaxıstan dövlət müstəqilliyinə qovuşdu. Məhz, bu tarix, Qazaxıstanın tarixində dönüş nöqtəsinə çevrildi, ölkənin iqtisadi inkişafının əsasını qoydu, onu dünya birliyinin həqiqi üzvünə çevirdi. İndi Qazaxıstan nəinki Asiyanın, eləcə də dünyanın nüfuzlu dövlətlərindən biridir. Nəzərinizə çatdırmaq istərdim ki, 2010-cü ilin yanvar ayından Qazaxıstan ATƏT-ə sədrlik missiyasını həyata keçirəcək. ölkələrimiz arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin 27 avqust tarixində qoyulub. 1994-cü il dekabrın 16-dan Bakıda Qazaxıstan Respublikasının səfirliyi fəaliyyət göstərir. öz növbəsində Azərbaycan Respublikası da 1 mart 2004-cü il tarixində Astana şəhərində diplomatik nümayəndəliyini açıb. Mən Qazaxıstan Respublikasının Azərbaycanda sayca dördüncü səfiriyəm və ötən ilin yanvar ayından Azərbaycanda diplomatik fəaliyyətimi davam etdirirəm.
İki ölkə arasındakı diplomatik münasibətlərdən danışarkən, ilk növbədə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında konstruktiv siyasi dialoq qurulub. Qazaxıstan və Azərbaycan regional və beynəlxalq xarakterli aktul məsələlərdə mövqe yaxınlığı nümayiş etdirilər.
ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, İKT, İƏT, MDB, TüRKSOY və s. kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyirlər.
Bundan əlavə, Azərbaycan və Qazaxıstanın dövlət rəhbərləri bir sıra məsələlərdə, ilk növbədə Dağlıq Qarabağ münaqəşəsinin həllində, Əfqanıstan, İraqdakı vəziyyət və digər beynəlxalq və regional xarakterli məsələlərdə eyni mövqedən çıxış edir, onların BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar qərarlarına uyğun şəkildə həll olunmasına çalışırlar.
2008-ci ildə Azərbaycan Respublikası Qazaxıstanın ATƏT-ə sədrliyə namizədliyini dəstəkləyib, eyni zamanda Azərbaycan Qazaxıstanın bir sıra beynəlxalq təşkilatlarda göstərdiyi təşəbbüsləri dəstəkləməkdə davam etməkdədir. Azərbaycan rəhbərliyi Qazaxıstanın regionda həm siyasi, həm də ticari-iqtisadi baxımdan ən etibarlı tərəfdaş olduğunu dəfələrlə qeyd edib.
İkitərəfli əlaqələrimizdə neft-qaz sektorunda əməkdaşlığın inkişaf etdirilməsi prioritet sahələrdəndir. ölkələrimiz enerji sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Buna misal olaraq ölkələrimiz arasında Qazaxıstanda hasil olunan neftin Xəzər dənizi vasitəsi ilə Azərbaycan ərazisindən keçməklə “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəməri ilə dünya bazarlarına nəqlini nəzərdə tutan müqaviləni göstərmək olar. Bu sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri zamanı, 2006-cı ilin iyun ayında imzalanıb. Sözügedən müqavilə hər iki ölkənin iqtisadiyyatının inkişafı, eləcə də regional əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir.
ölkələrimiz arasında digər mühüm əməkdaşlıq sahəsi Xəzər dənizinin hüquqi statusu ilə bağlıdır. Məlum olduğu kimi, bu məsələdə ölkələrimizin mövqeyi üst-üstə düşür və Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin milli sektorlara bölünməsinə dair müvafiq saziş imzalanıb.
Digər tərəfdən isə Qazaxıstan və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinə nəzər salsaq, ölkələrimiz arasında münasibətlərin hansı səviyyədə olduğunu görə bilərik. ötən müddət ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bir neçə dəfə Qazaxıstanda müxtəlif rəsmi və işgüzar səfərdə olub, eyni zamanda Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev də Azərbaycana bir neçə dəfə səfərlər edib. Bu səfərlər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra müqavilələr imzalanıb ki, onlar ölkələrimiz arasında əməkdaşlığın möhkəm təməlini təşkil edir. Bundan əlavə, İlham Əliyev cənabları Azərbaycan Prezidenti seçildikdən sonra bir neçə dəfə Qazaxıstanda səfərdə olub, bu səfərlər zamanı iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair bir sıra sazişlər imzalanıb.
Hesab edirəm ki, yuxarıda sadalanan səfərlər, bu səfərlər zamanı imzalanan sənədlər Qazaxıstanla Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək.
- Cənab səfir, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana son səfərini necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, cari ilin oktyabrın 2-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəldi. Səfər çərçivəsində iki ölkənin dövlət başçılarının əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə, nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirildi. Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.
Görüşlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirildi. Həmin sənədlər bunlardır: “Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə”, “Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz infrastrukturunun obyektlərinin birgə istifadəsi haqqında Memorandum”, “Transxəzər layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə əlaqədar birgə fəaliyyət haqqında Müqavilə”, “Kazmunayqaz” Milli Şirkəti Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı-Qara dəniz neft kəməri üzrə əməkdaşlığa dair Niyyət Memorandumu”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 1992-1993-cü illər ərzində müxbir hesabları üzrə hesablaşmalara keçidə kimi və ondan sonra ticarət-iqtisadi münasibətlər nəticəsində yaranmış borcun ödənilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Saziş”.
Mərasimdən sonra dövlət başçıları mətbuat üçün birgə bəyanatla çıxış etdilər. Bəyanatda dövlət başçıları Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş ölkə olduqlarını bir daha qeyd etdilər. Həmin gün Prezident Nursultan Nazarbayev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər etdi. Məlum olduğu kimi sammitdə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevdən başqa, Türkiyə Prezidenti Abdullah Gül və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev da Naxçıvana gəlmişdilər.
Hesab edirəm ki, bu səfər həm ölkələrimiz arasında, həm də türkdilli ölkələr arasında əməkdaşlığın günlənməsinə öz töhfəsini verəcək.
- Cənab səfir, ölkələrimiz arasında dostluq əlaqələrindən danışdınız. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Astananın tutduğu mövqe oxucularımız üçün də maraqlı olardı...
- Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladığı gündən bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həllinə tərəfdar olduğunu bəyan edib və indidək bu mövqeyində qalmaqdadır. Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan siyasi danışıqların BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə və ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsinə tərəfdardır.
- Sadalananlardan da göründüyü kimi ölkələrimiz arasında siyasi əlaqələr ən yüksək səviyyədə inkişaf edib. Bəs bunu iqtisadi əlaqələrimiz haqda söyləmək mümkündürmü?
- Keçirilən yüksək səviyyəli görüşlər, eləcə də dövlət təşkilatları arasındakı intensiv görüşlər ölkələrimiz arasında həm siyasi dialoqun, həm də iqtisadi əməkdaşlığın dərinləşməsi üçün kifayət qədər zəmin yaradıb.
2008-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi umumilikdə 465,6 milyon ABŞ dolları təşkil edib ki, bu da 2005-ci illə müqayisədə (150,3 milyon) 3 dəfədən də çoxdur. Qazaxıstandan Azərbaycana əsasən buğda, taxıl məhsulları, müxtəlif kimya məhsulları, qara və əlvan metallar ixrac olunur. Qazaxıstan isə öz növbəsində Azərbaycandan yanacaq-energetika kompleksi və kimya sənayesi məhsulları, və digər mallar idxal edir. Dünyada iqtisadi böhrana baxmayaraq, cari ilin 9 ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 189,7 milyon dollar təşkil edib ki, bu, ümumilikdə heç də pis göstərici deyil.
Eyni zamanda, iki dost və qardaş ölkə olan Azərbaycanla Qazaxıstan arasında ticarət əlaqələrin həcminin daha da artırılması üçün böyük imkanlar var. Hesab edirəm ki, ölkələrimizin regionları arasında birbaşa iqtisadi əlaqələrin yaradılması və gücləndirilməsi ticarət dövriyyəsinin artmasına öz müsbət təsirini göstərəcək. Heç də təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana son səfəri zamanı digər müqavilələrlə yanaşı, Sumqayıt şəhəri ilə Aktau şəhərinin qardaşlaşması haqda birgə bəyənnamə də imzalanıb.
- Sizcə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ilk növbədə hansı addımların atılması vacibdir?
- Azərbaycan enerji sahəsində , nəqliyyat və kommunikasiya, eləcə də bir sıra digər sahələrdəki layihələrin reallaşdırılmasında Qazaxıstanın perspektivli tərəfdaşıdır. Bundan əlavə, ölkələrimiz iqtisadi yönümlü bir sıra beynəlxalq və regional təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Qazaxıstan Azərbaycan üzərindən Qara dəniz vasitəsi ilə Avropa bazarlarına çıxmaqda maraqlıdır. Bu zaman təkcə neft və qazın ixracı deyil, eyni zamanda quru yüklərin daşınmasına da maraq göstərir. Eyni zamanda Qazaxıstan da Azərbaycan üçün Orta Asiya respublikalarına, çinə, Şərqi Rusiyaya və Cənubi-şərqi Asiya dövlətlərinə çıxmaq üçün əlverişli nəqliyyat ölkəsi rolunu oynayır. Bütün bunlar onu göstərir ki, hər iki ölkə iqtisadi əməkdaşlığın yeni formalarının tapılmasında maraqlıdırlar.
Sözsüz ki, nəqliyyat sahəsində əməkdaşlıqda Avropa-qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) prioritet təşkil edir.
Bundan əlavə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial imkanlarımız vardır. 2007-ci ildə Qazaxıstandan ölkəyə idxal olunan taxıl məhsullarının saxlanılması üçün Bakıda 500 min ton tutumu olan taxıl anbarı inşa edildi. Bu, ölkənin taxıla olan tələbatının ödənilməsində mühüm rola malikdir.
Perspektiv layihələrdən danışarkən, Bakı ilə Aktau arasında Xəzər dənizinin dibi ilə çəkiləcək fiberoptik kabelin inşası layihəsini qeyd etmək olar ki, bu da rabitə xidmətinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcək.
Bundan əlavə, hazırda biz səfirlik olaraq, əsas diqqətimizi ölkələrimizin ixrac potensialının artırılması istiqamətində yeni yolların axtarılıb tapılmasına yönəltmişik. Bu zaman qarşılıqlı surətdə ixrac olunan malların çeşidlərinin artırılması çox vacibdir. Hesab edirəm ki, regionlarımız arasında iqtisadi əlaqələri genişləndirməklə, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmini arzu olunan səviyyəyədək yüksəltmək mümkündür.
- Cənab səfir, bəs ölkələrimiz arasında mədəni əlaqələrinin səviyyəsini necə qiymətləndirisiniz?
- Qazaxıstan ilə Azərbaycan arasında mədəni əlaqələr yüksək səviyyədə inkişaf edib. Dövlət başçıları arasında dinamik görüşlərin keçirilməsi - Qazaxıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunun göstəricisi və qarantıdır. Qazaxıstan Azərbaycanla hərbi-siyasi əməkdaşlıq, Azərbaycanın dənizçilik məktəblərində milli kadrların hazırlanmasına, eləcə də humanitar-mədəni sahədə əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Qazaxıstanda 100 mindən artıq azərbaycanlı (Qazaxıstan respublikasının vətəndaşları) yaşayır və əmək fəaliyyəti göstərir, onlar öz həyatlarından razıdırlar. Bu, ölkələrimiz arasında əməkdaşlıqda bir körpü rolunu oynayır.
Hazırda Bakıda Heydər Əliyev adına “Azərbaycan-Qazaxıstan” dostluq cəmiyyəti fəaliyyət göstərir, hansı ki, hələ 1993-cü ildə - Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra yaranıb. ümummilli lider Heydər Əliyev bu təşkilatın Fəxri sədri seçilmişdir. Bundan əlavə, “Dədə-Qorqud” dastanının yaranmasının 1300 illiyi münasibətilə türk xalqlarının birliyinə xidmət edən “Dədə Qorqud - Böyük Yol” beynəlxalq mükafatı təsis edilib. Həmin mükafatın ilk sahibləri iki dövlətin liderləri - Heydər Əliyev və Nursultan Nazarbayev olublar.
Xalqlarımız arasında mədəni əlaqələrin gücləndirilməsində tanınmış şəxsiyyətlər- Oljas Suleymenov, Anar, çinqiz Abdullayev, Oqtay Mirqasımov, Fərhad Xəlilov, eləcə də Böyük vətən müharibəsinin iştirakçısı, əfsanəvi polkovnik Qussman Japparov və başqalarının misilsiz xidmətləri olub. Hesab edirəm ki, xalqlarımız arasında bu sahədə əməkdaşlıqda böyük perspektivlər var.
Digər tərəfdən isə, bu gün Azərbaycan və Qazaxıstan təkcə iqtisadi sahədə deyil, eyni zamanda mədəni, elmi, təhsil, səhiyə, idman və turizm sahədə böyük potensiala malik olan ölkələrdir və son zamanlar iki ölkə arasında bu istiqamətlərdə əməkdaşlıqda bir dinamizm hiss edilməkdədir.
Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də Qazaxıstan və Azərbaycan prezidentlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcək.
- Səmimi söhbət üçün təşəkkür edirik.
- Mən də öz növbəmdə qəzetinizin kolektivinə yaradıcılıq uğurları arzulayır, çoxminli oxucu ordusuna isə xoş arzularımı çatdırıram.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

