Yeni Azərbaycan Partiyasının fəaliyyəti Avropa Xalqlar Partiyasında yüksək qiymətləndirilir
16.12.2009 [09:23]
Milli Məclisin deputatı Asəf Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Asəf müəllim, bu yaxınlarda Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin tərkibində Almaniyada səfərdə olmusunuz. Səfər haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.
- Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun rəhbərliyi ilə partiyanın nümayəndə heyəti Avropa Xalqlar Partiyasının (EPP) dəvəti ilə 2009-cu ilin 8-10 dekabr tarixləri arasında bu qurumun Almaniyanın Bonn şəhərində keçirilən növbəti qurultayında iştirak edib. Qeyd edim ki, Avropa Xalqlar Partiyası 1976-cı ildə yaradılıb və Avropa partiyalarını birləşdirən bir qurumdur.
Qurultayda 39 ölkənin 71 siyasi partiyasının 1500 üzvü təmsil olunub. Tədbirdə müxtəlif məsələlər müzakirə edilib. O cümlədən, qurumun rəhbərliyinə növbəti seçkilər keçirilib. Avropa Xalqlar Partiyasının fəaliyyətdə olan prezidenti, tanınmış siyasətçi, əslən belçikalı Vilfred Martens nümayəndələrin 92 faizinin səsini alaraq yenidən partiyanın rəhbəri vəzifəsinə seçilib.
- Məlum olduğu kimi, səfər çərçivəsində YAP nümayəndə heyəti Avropa Xalqlar Partiyasının rəhbərliyi ilə görüşüb. Görüşdə əsasən hansı məsələlər müzakirə olunub?
- İlk olaraq, qurultaydan bir gün öncə dekabrın 8-də Bonn şəhərində Avropa Xalqlar Partiyasının prezidenti Vilfred Martenslə görüş olub. Görüşdə Avropa Xalqlar Partiyasının prezident kabinetinin rəhbəri İngrid Qusens, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Nikola Bric və şöbənin məsləhətçisi Xuan Maqaz iştirak ediblər. Bizim tərəfimizdən isə YAP Sədrinin müavini Əli Əhmədovla yanaşı, mən və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov iştirak edib. Görüş zamanı YAP və Avropa Xalqlar Partiyası arasındakı əlaqələrin perspektivləri, Cənubi Qafqaz bölgəsindəki siyasi vəziyyət və partiyalar arasında əlaqələrin səviyyəsi, digər birgə maraq doğuran məsələlər müzakirə edildi. Görüşdə prezident V.Martens Avropa Xalqlar Partiyasının Azərbaycana olan marağını, ölkəmizin Cənubi Qafqazın və ümumiyyətlə, Avropanın təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etdi. Həmçinin, o, YAP-ın bu quruma daxil olması ilə əlaqədar yaxın gələcəkdə ölkəmizə Avropa Xalqlar Partiyasının araşdırma qrupunun gələcəyini vurğuladı və şəxsən özünün bu qrupla Bakıya gəlmək arzusunu ifadə etdi.
Onu da qeyd edim ki, 2 həftə öncə Avropa Xalqlar Partiyasının nümayəndələri, həmçinin, Nikola Bric və Xuan Maqaz ölkəmizdə səfərdə olublar və onlar Bakıda müxtəlif səviyyəli, o cümlədən, YAP-ın Sədr müavini Əli Əhmədov, partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin üzvləri ilə görüşüblər. Bu, onların ölkəmizə ilk səfəri idi və buradan müsbət təəssüratlarla ayrıldıqlarını bildirdilər.
- Səfər çərçivəsində daha hansı görüşlərdə iştirak etmisiniz?
- Dekabrın 9-da Konrad Adenuer Fondunun (KAF) baş katibinin müavini Gerhard Valterslə görüş keçirildi. Bilirsiniz ki, bu fond həm Almaniyada, həm də Avropa ölkələrində kifayət qədər nüfuza sahibdir. Görüşdə KAF-ın fəaliyyəti haqda geniş məlumat verildi və KAF ilə YAP arasında əlaqələrin yaradılması müzakirə olundu. Belə əlaqələrin ilkin mərhələdə gənclər səviyyəsində yaradılması KAF tərəfindən məqsədəuyğun hesab edildi və onların bu məqsədlə qrant ayıra biləcəkləri qeyd olundu. Əli Əhmədov bildirdi ki, YAP bu təklifi dəstəkləyir və məqsədəuyğun hesab edir.
Həmin gün YAP-ın nümayəndə heyəti Almaniya Bundestaqında Xristian Demokratlar və Sosial Demokratlar Birlikləri blokunun xarici əlaqələr üzrə sözçüsü, Xristian Demokratlar Birliyinin gənclər təşkilatının rəhbəri Filip Misfelderlə görüşdü. Görüşdə qeyd olunan qurumlarla YAP arasında əlaqələr müzakirə edildi. Bundan başqa, Almaniyanın Xristian Demokratlar Birliyi Partiyasının icraçı katibi Klaus Şüllerlə görüş keçirildi. Bu görüşdə isə Klaus Şüller XDB fəaliyyəti və xüsusən beynəlxalq münasibətləri haqda məlumat verdi, habelə, YAP-ın Azərbaycandakı fəaliyyəti ilə yaxından maraqlandı. Əli Əhmədov isə həm ölkəmiz haqqında, həm də YAP haqqında geniş məlumat verdi. Hər iki tərəf qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın müsbət nəticələr verəcəyini söylədi. Eyni zamanda, Avropa Parlamentinin və Xristian Demokratlar Birliyinin üzvü Elmar Brokla görüş keçirildi. Dekabrın 9-da Avropa Xalqlar Partiyasının Baş katibi Antonio Lopeslə də görüşümüz oldu. Bu görüşdə regionda olan siyasi vəziyyət, Avropa Xalqlar Partiyasının beynəlxalq əlaqələri, Cənubi Qafqazda vəziyyət və digər ümumi maraq doğurdan məsələlər müzakirə edildi. Biz bir daha bəyan etdik ki, YAP Avropa Xalqlar Partiyasına müşahidəçi qismində üzv olmaq niyyətindədir.
- Bayaq qeyd etdiniz ki, Avropa Xalqlar Partiyasının rəhbərliyinin ölkəmizə səfər etməsi gözlənilir. Səfərdə məqsəd nədən ibarətdir?
- İlk olaraq onu deyim ki, biz səfər çərçivəsində və ondan əvvəl baş tutmuş görüşlərimizdə də müşahidə etmişik ki, Avropa Xalqlar Partiyası rəhbərliyində həm ölkəmizə, həm də YAP-a isti münasibət mövcuddur. Səfərə gəldikdə isə, Avropa Xalqlar Partiyasının rəhbərliyi münasibətləri yenidən gözdən keçirmək, ölkəmizdə baş verən hadisələri, mövcud siyasi reallığı yerində müşahidə etmək istəyir.
- Asəf müəllim, ümumiyyətlə, Avropa Xalqlar Partiyasının fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Qeyd edim ki, Avropa Xalqlar Partiyası Avropa Birliyinin ən böyük qrup partiyasıdır və Avropanın aparıcı partiyalarını özündə birləşdirir. Avropa Xalqlar Partiyasına Avropa Birliyinə üzv olan dövlətlərin sağ-mərkəz yönümlü siyasi partiyaları üzvdür. Yəni bu təşkilat özündə şəxsləri deyil, partiyaları birləşdirir. Bu qrupa Avropanın 39 ölkəsini təmsil edən 74 partiya daxildir. Onların arasında 18 hökumət başçısı təmsil olunur. Almaniyanın baş naziri Angela Merkelin təmsil olunduğu Xristian Demokrat Partiyası, eləcə də Fransanın prezidenti Nikola Sarkozi, İtaliyanın baş naziri Silvio Berluskoni kimi siyasətçilərin rəhbərlik etdiyi partiyalar bu qrupun üzvləridir. Avropanın İspaniya, Portuqaliya, Niderland, İsveç kimi dövlətləri də bu qrupda təmsil olunurlar. Eyni zamanda, Avropa Xalqlar Partiyası Avropa Parlamentində 250-dən çox deputatla təmsil olunur ki, bu da həmin qurumda ən böyük fraksiyadır. Yeri gəlmişkən qeyd edim ki, Avropa Birliyinin baş katibi, Avropa Parlamentinin və Avropa Komissiyasının rəhbərləri də bu partiyada təmsil olunurlar. ümumiyyətlə, bu təşkilat Avropada çox böyük nüfuza malik olan qrup partiyasıdır.
- Bəs Avropa Xalqlar Partiyasına üzvlük məsələsində hansı prinsiplər əsas götürülür?
- Qrupun nizamnaməsinə görə, bu partiyaya tam hüquqlu üzv kimi Avropa Birliyi dövlətlərinin təmsilçiləri daxil ola bilər. Bu, başlıca şərtdir. Amma digər dövlətlər müşahidəçi statusunda təmsil olunmaq imkanına malikdir. Belə ki, Avropa Birliyinin üzvü olmayan yeddi ölkədən sağ-mərkəz istiqamətli siyasi qüvvələr bu partiyada müşahidəçi qismində iştirak edirlər. Məsələn, MDB-dən Ukraynadan prezident Viktor Yuşşenkonun və baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi partiyalar qrupda müşahidəçi statusundadır. Bundan başqa, Albaniya, Belarus, Bosniya-Hersoqovina, Türkiyə kimi dövlətlərin də partiyaları Avropa Xalqlar Partiyasında müşahidəçi kimi təmsil olunurlar.
- Azərbaycanda ən böyük siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası da Avropa Xalqlar Partiyasına müşahidəçi statusu ilə üzv olmaq niyyətindədir. Qeyd etdiniz ki, səfər zamanı bu məsələ müzakirə olundu. YAP-ın bu təşəbbüsü qarşı tərəfdə necə dəyərləndirilir?
- Avropa Xalqlar Partiyasının rəhbər şəxsləri YAP-la əməkdaşlığa maraqlı olduqlarını bildiriblər. Müəyyən əməkdaşlıq mərhələlərindən sonra YAP-ın quruma üzvlük məsələsinə baxılacaq. ümumiyyətlə, bu qurum elə partiya ilə əməkdaşlıq edir ki, onun siyasəti qaneedici olsun. Avropa Xalqlar Partiyasının Azərbaycanla əməkdaşlığının kökündə məhz bu amil durur. Burada söhbət insan hüquqlarından, demokratik prinsiplərdən gedir. YAP-la əməkdaşlıq etmək istəyi o deməkdir ki, partiyamızın daxili və xarici siyasəti qarşı tərəfi qane edir. Qeyd edim ki, gələcəkdə bu istiqamətdə müzakirələr davam etdiriləcək. Görüşlərimiz zamanı belə bir fikir də səsləndi ki, onlar Azərbaycanı sadəcə, enerji ölkəsi kimi görmürlər, eyni zamanda, ölkəmizdə Avropa dəyərlərinin inkişafını müşahidə edirlər. Avropa dəyərləri nə geoqrafik, nə də fiziki anlayışdır. Avropa dəyərləri bir düşüncə tərzidir. Bu düşüncə tərzi də YAP-ın fəaliyyətində və siyasətində öz əksini tapır. Ona görə də, YAP Avropa Xalqlar Partiyasına üzv olmağa maraqlıdır. Bu baxımdan, Azərbaycan da həmin qurum üçün cəlbedicidir. ölkəmizdə aparılan uğurlu siyasət, iqtisadi inkişaf Avropada təqdir olunur. Həmçinin, ölkəmiz özünü etibarlı tərəfdaş kimi də təsdiq edib. Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rol Avropa Xalqlar Partiyası tərəfindən yüksək qiymətləndirilir.
- ümumiyyətlə, Avropa Xalqlar Partiyasına müşahidəçi statusu ilə qoşulmağın YAP üçün əhəmiyyəti nədən ibarətdir?
- Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçib. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlara imza atır. YAP nəinki ölkəmizin, eyni zamanda, Cənubi Qafqaz bölgəsinin ən böyük siyasi qüvvəsidir.
Bilirsiniz ki, partiyamızın geniş beynəlxalq əlaqələri mövcuddur. Dünyanın bir sıra nüfuzlu partiyaları ilə ikitərəfli və beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlıq edirik. Bu baxımdan çox nüfuzlu Avropa Xalqlar Partiyasında müşahidəçi statusu ilə təmsil olunmaq böyük əhəmiyyət kəsb edir. Bu, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi ilə yanaşı YAP-ın fəaliyyəti haqqında da Avropaya geniş bilgilər verəcək.
Bu fakt onu da sübut edir ki, biz Avropa dəyərlərinə sadiqik. Avropada aparıcı siyasi güc olan quruma üzv olmaq istəyi ilə biz Avropa dəyərlərini, insan hüquqlarını, demokratik dəyərləri yüksək tutduğumuzu nümayiş etdiririk. Eyni zamanda, dünyanın aparıcı partiyalarının sıralarına qoşulmaq istiqamətində addımlar atırıq.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
