Rabitə xidmətləri tariflərinin endirilməsi davam etdiriləcək
05.12.2009 [09:15]
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ölkədə rabitə və informasiya texnologiyaları sektorunun hazırkı vəziyyəti, inkişaf perspektivləri, tarif siyasətinin tətbiqi, bu sahənin elektronlaşdırılması, texnoparkların yaradılması, 3G sisteminin tətbiqi və s. aktual məsələlərlə bağlı “APA-Economics”ə müsahibəsi:
- Azərbaycanda kosmik sənayenin inkişafı ilə bağlı Sərəncama əsasən hansı işlər aparılıb və gələn il bu istiqamətdə hansı tədbirlərin görülməsi gözlənilir?
- Kosmik sənayenin yaradılması və inkişafı ilə bağlı ölkə başçısının Sərəncamına əsasən dövlət proqramı hazırlanaraq təsdiq edilib, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Əlaqələndirmə Şurası yaradılıb və proqramın icrasına başlanılıb, ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı tender keçirilib və qalib müəyyənləşdirilib. Tenderdə Fransa, ABŞ, Yaponiya və Rusiya peyk şirkətləri iştirak edib, hazırda qalib şirkətlə müqavilənin imzalanması üçün hazırlıq işləri görülür.
Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılmasından sonra dövlət qurumlarının peyk rabitəsinə olan tələbatı təmin ediləcək, bölgələrdə əhalinin teleradio yayımına artan tələbatı ödəniləcək, ölkənin beynəlxalq rabitə kanallarının sayının artırılması ilə dayanıqlı alternativliyin təmin edilməsi, yüksək sürətli internetin təmin edilməsi və s. həyata keçiriləcək.
Azərbaycanın telekommunikasiya peykinin Avropa, Asiya və Afrikanı əhatə edəcəyini nəzərə alaraq bu regionlar arasında tranzit informasiyanın ötürülməsi nəzərdə tutulur. Bununla belə, milli televiziya proqramlarının, o cümlədən regionlardakı TV proqramların bir paketdə toplanaraq telekommunikasiya peyki vasitəsilə ötürülməsi nəzərdə tutulur ki, bu da Azərbaycanın bütün TV kanallarının bir istiqamətdən qəbulu üçün imkan yaradacaq.
Bu istiqamətdə işlərin davam etdirilməsi üçün gələn il telekommunikasiya peykinin istehsalına başlanılması, yerüstü idarəetmə mərkəzinin qurulması, peyk təşkilatları ilə koordinasiya işlərinin və Dövlət Proqramında qeyd olunan digər işlərin həyata keçirilməsi nəzərdə tutulur.
- “Xalq kompüteri” layihəsi çərçivəsində digər sosial qruplara güzəştli kompüterlərin təqdim edilməsi nə vaxt gözlənilir?
- RİTN Təhsil Nazirliyinin dəstəyi, HP, “Microsoft” və yerli “Bestcomp” şirkətinin iştirakı ilə cari ilin aprelindən “Xalq kompüteri” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarının güzəştli şərtlərlə lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterlər əldə etməsinə şərait yaratmaq, bunu ölkə miqyasında tətbiq etməklə bölgələrdə İKT-dən istifadəni genişləndirməklə “rəqəmsal fərqin” azalmasına, informasiya cəmiyyəti və e-hökumətin formalaşdırılmasına xidmət etməkdir. Bu baxımdan layihə “Elektron Azərbaycan” Dövlət Proqramına və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərə uyğundur.
Layihə çərçivəsində 12 aylıq faizsiz kredit şərti ilə lisenziyalı proqram təminatı ilə təchiz edilmiş bir neçə növ kompüter təqdim edilir. Bu kompüterlər bazar qiymətindən təqribən 25-40% aşağıdır və kompüter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər, RİTN-in qurumları tərəfindən isə 100 saatlıq internet kartı təqdim olunur. Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu “Azərpoçt” MMC tərəfindən həyata keçiriləcək.
Pilot mərhələnin 6 ayı ərzində 3500-dən çox müəllim kompüterlərə sahib olub ki, bu da layihəyə cəmiyyətdə tələbatın olduğunu göstərir. Bu il noyabrın 17-də “Xalq kompüteri” layihəsinin pilot mərhələsinin başa çatması və əsas mərhələyə start verilməsinə dair mətbuat konfransı keçirilib. “Xalq kompüteri” layihəsinin əsas mərhələsində iştirakçı dairəsini genişləndirərək layihəyə ali məktəb müəllimləri və tələbələri, həkimlər və digər peşə nümayəndələrinin də cəlb edilməsi planlaşdırılır.
- Milli Texnoparkın yaradılması layihəsi çərçivəsində hansı işlər aparılır və layihənin reallaşdırılmasına nə vaxt başlanacaq, həmçinin hansı maliyyə güzəştlərinin tətbiqi planlaşdırılır?
- Respublikamızda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun dayanıqlı inkişafının təmin edilməsi, alternativ gəlir mənbələrinin yaradılması, yerli bazarların xarici investisiyalar üçün cəlbediciliyinin artırılması, habelə ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı məqsədilə İKT və elektron istehsal üzrə Xüsusi İnnovasiya Zonalarının (XİZ) yaradılması vacib amillərdən biri hesab oluna bilər.
Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, yalnız istehsalın təşviqinə yönəlmiş XİZ-lərin yaradılması bir sıra hallarda gözlənilən nəticələri vermir. Bu baxımdan Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, ABŞ-ın aparıcı məsləhətçi şirkəti olan “Booz Allen Hamilton”la birgə hazırlanmış “Regional innovasiya zonası” layihəsində innovasiyalı sahibkarlığa təkan verəcək texnoparkların, elektron avadanlıqları və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazarın, region ölkələrinə geniş elektron xidmətlərin göstərilməsini təmin edəcək Qərblə Şərq arasında tranzit informasiya məkanının, həmçinin insan resurslarının inkişafına xidmət edəcək universitetin yaradılması nəzərdə tutulub. Layihənin həyata keçirilməsi ölkə iqtisadiyyatında İKT-nin xüsusi çəkisinin artmasına, xarici və yerli şirkətlərin, eləcə də potensial investorların ölkənin İKT bazarına cəlb edilməsinə, respublikada elektron avadanlıqların istehsalı və ixracı üzrə yeni iş yerlərinin yaradılmasına, ən əsası isə ölkənin ixrac potensialını artırmaqla Azərbaycanın regionun İKT mərkəzinə çevrilməsinə xidmət edəcək.
Sözügedən layihənin texniki-iqtisadi əsaslandırma sənədləri 2007-ci ildə dövlət başçısına təqdim olunub, layihəyə aidiyyəti dövlət strukturlarında baxılıb və bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının müsbət rəyləri alınıb. Həmçinin, Azərbaycan Prezidentinin “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 3 iyun 2009-cu il tarixli Fərmanı ölkə iqtisadiyyatının prioritet sahələri üzrə xüsusi iqtisadi zonaların yaradılması üzrə hüquqi baza yaratmaqla bərabər, bu istiqamətdə aparılan işlərin sürətləndirilməsinə əhəmiyyətli təkan verib. Bu baxımdan ölkəmizdə prioritet istiqamətlərə uyğun XİZ-lərin tətbiqi zamanı “Regional innovasiya zonası”nın yaradılması məsələsinə baxılması üçün hökumətə müraciət edilib.
- Trans-Avrasiya Super İnformasiya Magistralının yaradılması üzrə real işlərin icrasına nə zaman başlanacaq və layihədə hansı şirkətlər iştirak edəcək?
- Avrasiya ölkələri arasında Trans-Avrasiya Super İnformasiya Magistralının yaradılması təşəbbüsü ilə ilk olaraq Azərbaycan çıxış edib. Bu magistral İKT-nin yüksək inkişaf səviyyəsi ilə seçilən iki nəhəng regionu (Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı) birləşdirməklə təxminən 20 ölkəni əhatə edəcək. Layihənin konsepsiyası aparıcı beynəlxalq məsləhətçi şirkət olan “Booz&Co Company” tərəfindən hazırlanıb və 2008-ci ilin noyabr ayında keçirilmiş “Bakutel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində BMT, RRB, TAE konsorsiumu və 17 ölkənin yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə təşkil olunmuş Regional Nazirlər Toplantısında təqdim edilib. Hazırda layihənin reallaşdırılması və beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri və beynəlxlq təşkilatlarla birgə işlər görülür. Avrasiya regionunda “rəqəmli fərqliliyi” aradan qaldırmaq və ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərələrindən bəhrələnməsi məqsədilə Azərbaycan hökuməti sözügedən layihənin BMT-nin Baş Assambleyasında müzakirə edilməsinə və Assambleyanın 28 oktyabr 2009-cu il tarixli qərarının qəbul olunmasına nail olub. Artıq növbəti mərhələdə real işlərin görülməsi istiqamətində müvafiq addımlar atılacaq.
- Azərbaycanda, o cümlədən Bakıda NGN şəbəkəsinin əhatə dairəsi neçə faiz təşkil edir? Bakıda və regionlarda analoq ATS-lərin tam olaraq NGN texnologiyasına keçidi nə vaxt başa çatacaq?
- Hazırda respublikanın rayonlarını əhatə edən “Aztelekom” İB-nin şəbəkəsi üzrə ümumi montaj tutumu 700 min nömrə, o cümlədən analoq stansiyaların tutumu 132 min nömrə təşkil edir. Birlik üzrə elektronlaşma səviyyəsi 82%-dir, bundan 58 min nömrə, yəni 8,3% NGN avadanlığı ilə təmin olunmaqla istismardadır.
Gəncə, Sumqayıt şəhərləri və Göyçay rayonunda analoq ATS-lərin NGN avadanlığı ilə əvəz olunması üzrə tender keçirilib və 2010-cu ildə qeyd olunan avadanlıqlar üzrə montaj işlərinə başlanacaq (ümumilikdə - 101 min nömrə). Hazırda Salyan, Ağsu, Ağdaş, Biləsuvar, Kürdəmir, Şəmkir TKQ-lərində 54 834 nömrə tutumlu analoq stansiyalar fəaliyyət göstərir. Regionların inkişaf proqramına uyğun olaraq, qeyd edilən rayonlar üzrə analoq stansiyaların EATS-lə əvəz olunması 2010-2013-cü illər ərzində mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub.
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) üzrə NGN tipli ATS-lərin tutumu 190 min nömrə təşkil edir ki, bu da BTRİB şəbəkəsinin 28,5%-ni təşkil edir. Rekonstruksiyası 2009-cu ilin sonunda başa çatacaq ATS-lərin də tutumu nəzərə alınarsa, onda bu göstərici 2009-cu ilin sonunda 45% təşkil edəcək. Bakı şəhərində analoq tipli ATS-lərin tam olaraq NGN tipli ATS-lərlə əvəzlənməsinin başa çatdırılması 2010-cu ilin I yarısında nəzərdə tutulub.
- Beynəlxalq ekspertlərin rəyinə görə, Azərbaycanda 3G şəbəkəsinin inkişafı və bazarda tətbiqi Mərkəzi Avropa ssenarisinə əsasən həyata keçiriləcək. Sizin bu mövqeyə münasibətiniz necədir?
- “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələri nəzərə alınmaqla “Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə Planı” işlənib hazırlanıb və Radiotezliklər üzrə Dövlət Komissiyasının (RTDK) müvafiq qərarı ilə təsdiq edilib. Təsdiq olunmuş tezlik planına görə, respublikamızda genişzolaqlı radiorabitə xidmətləri üçün İMT/UMTS sisteminin tətbiqi planlaşdırılır. Məlumat üçün bildirmək istəyirəm ki, UMTS sistemi hazırda bir çox Avropa ölkəsində tətbiq edilərək, abunəçilərin uyğun tələbatlarını ödəməkdədir.
- Operatorların təqdim edəcəyi bu xidmətlər üçün tariflərin hansı səviyyədə olacağı gözlənilir və RİTN-ə bununla bağlı təkliflər göndərilibmi?
- Respublikamızda tətbiq olunan mobil telefon danışığı tariflərinin bir qismi digər rabitə xidməti tariflərindən fərqli olaraq, birbaşa dövlət tərəfindən tənzimlənmir, yəni Azərbaycan Tarif (Qiymət) Şurası tərəfindən təsdiq edilmir və həmin tarifləri mobil operatorlar bazara uyğun olaraq sərbəst şəkildə müəyyənləşdirirlər. Bununla əlaqədar hələlik operatorlar tərəfindən RİTN-ə təkliflər təqdim edilməyib. Lakin düşünürəm ki, qeyd olunan xidmətlərin tarifləri həmin xidmətlərin təşkilinə çəkilən xərclərə və beynəlxalq təcrübəyə uyğun olaraq müəyyənləşdiriləcək və təbii ki, bazardakı tələb-təklifə əsasən dəyişəcək.
- Bildiyiniz kimi, WIMAX, CDMA/EVDO, WCDMA/HSDPA və digər standartlar əsasında 3G şəbəkəsinin yaradılması mümkündür. Bununla bağlı olaraq Azərbaycanda WIMAX texnologiyasının tətbiqi üçün ayrıca lisenziyanın verilməsi nə qədər düzgündür?
- Qeyd olunduğu kimi, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına 3-cü nəsil (3G) mobil rabitə xidmətləri daxil edilib. Bununla yanaşı, bildirmək istəyirəm ki, respublikamızda WIMAX texnologiyasının tətbiqi üçün “Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə Planı”na və “Azərbaycan Respublikasının radioxidmətləri arasında tezlik zolaqlarının ayrılması cədvəli”nə uyğun olaraq RTDK tərəfindən artıq bir neçə şirkətə müvafiq tezlik resursları ayrılıb və hazırda şəbəkələrin qurulması işləri aparılır. Bir şirkət tərəfindən şəbəkənin qurulması işləri başa çatdırılıb, uğurlu test-sınaq işləri həyata keçirilib və yaxın vaxtlarda 802.11e standartlı, sürəti 10 Mbs olan mobil WIMAX internet xidmətlərinin, ilkin olaraq Bakı şəhəri və Abşeron yarımadasında, növbəti mərhələdə isə respublikanın digər bölgələrində abunəçilərin istifadəsinə verilməsi planlaşdırılır.
Qeyd olunan xidmətlər istifadəyə verildikdən sonra şəbəkənin mövcud durumu, xidmətlərdən istifadə və onlara olan tələbat, eyni zamanda tələb olunan tezlik resursları təhlil edilərək, bu xidmətlər üzrə əlavə şəbəkələrin quraşdırılması məsələsinə baxılacaq.
- Dünya praktikasında artıq gələn il operatorlar 4G texnologiyasının tətbiqinə hazırlaşır. Azərbaycanda 4G texnologiyasına keçidi nə vaxt gözləmək olar?
- Məlumat üçün qeyd edim ki, hazırda 4G texnologiyasının 3G texnologiyası ilə müqayisədə tələb olunan sürətlə (stasionar və hərəkətli), tam gücü ilə və mövcud resurslarla işləməsi üçün dünyanın bir sıra aparıcı operatorları tərəfindən test-sınaq işləri aparılmaqdadır. İlkin nəticələrə görə, xidmətlərin ən yaxşı halda 2010-cu ildən pilot layihə kimi istismara verilməsi gözlənilir. Respublikamızda 4G texnologiyasının tətbiqinə beynəlxalq təcrübə təhlil edildikdən sonra başlanması nəzərdə tutulur.
- Yeni ildə rabitə xidmətləri tariflərinin endirilməsi siyasəti davam edəcəkmi? Bu siyasət növbəti mərhələdə, internet tariflərini çıxmaqla, hansı xidmətlərə aid olacaq və nə vaxt gözlənilir?
- RİTN tərəfindən telekommunikasiya operatorları ilə birgə mütəmadi olaraq tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədilə təkliflər hazırlanır və baxılması üçün Tarif (Qiymət) Şurasına təqdim edilir. Növbəti ildə də bu istiqamətdə müvafiq addımın atılacağı və çevik tarif siyasətinin yürüdüləcəyi nəzərdə tutulur.
- Məlum olduğu kimi, mobil rabitə operatorlarının şəbəkəsində hər bir zəngin maya dəyəri ilə mövcud qiyməti arasında böyük fərq var. Bu da o deməkdir ki, bu xidmətlərin tariflərinin endirilməsi üçün imkanlar mövcuddur. Bununla bağlı RİTN mobil operatorlara tövsiyələr və ya tələblər şəklində təsir göstərə bilərmi?
- Hazırda respublikada yaradılmış əlverişli biznes mühiti şəraitində Azərbaycanın mobil rabitə bazarında fəaliyyət göstərən bazar iştirakçıları arasında sağlam rəqabət mövcuddur və bu rəqabət şəraitində bazarda qiymətlər formalaşır. Təbii ki, sahə üzrə tənzimləyici funksiyaları həyata keçirən bir orqan olaraq RİTN də bu istiqamətdə öz tövsiyələrini verir.
- Məlumdur ki, alınıb istifadə olunmayan nömrələr mövcudluğu səbəbindən mobil operatorların abunəçilərinin real sayı rəsmi göstəricilərdən fərqlənir. RİTN-də hər bir mobil rabitə operatorunun abunəçilərinin real sayı haqda məlumat varmı və ya bu istiqamətdə hər hansı araşdırmalar aparılırmı?
- Beynəlxalq təcrübəyə əsasən, mobil telefon abunəçilərinin sayı barədə məlumat bir qayda olaraq satılmış telefon nömrələrinə görə operatorlar tərəfindən təqdim edilir. Dövlət Statistika Komitəsindən alınmış məlumata əsasən, 1 oktyabr 2009-cu il tarixinə respublikamızda mobil telefon abunəçilərinin sayı 7 365 197 təşkil edir.
- İtmiş və oğurlanmış mobil telefonların axtarışı mexanizminin təkmilləşdirilməsi istiqamətində hansı əlavə tədbirlər həyata keçirilir və mobil rabitə operatorlarının bu prosesdə iştirakı nə dərəcədə aktivdir?
- İtmiş və oğurlanmış mobil telefon cihazlarının axtarışı mobil operatorların təqdim etdiyi məlumatlara əsasən aidiyyəti orqanlar tərəfindən həyata keçirilir. Bu mexanizmin təkmilləşdirilməsi istiqamətdə aidiyyəti orqanlar və telefon operatorları ilə birgə müvafiq tədbirlər görülür.
- Mobil telefon bazarında bir sıra keyfiyyətsiz aparatlar mövcuddur. Bu tip məhsulların Azərbaycana idxalının qarşısının alınması istiqamətində RİTN hansı tədbirlər görür?
- “Telekommunikasiya haqqında” Qanuna əsasən, ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır. Uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitə və qurğuların, o cümlədən mobil telefon cihazlarının Azərbaycanın gömrük ərazisinə buraxılmasına icazə verilmir, belə avadanlıqların satışı və istismarı qadağan olunur.
Göstərilənlərə əsasən, mövcud qaydalara uyğun sertifikata malik olmayan avadanlıqların, o cümlədən telefon aparatlarının respublikaya gətirilməsinin qarşısının alınması üçün Dövlət Gömrük Komitəsi tərəfindən tədbirlər görülür. Eyni zamanda RİTN tərəfindən aidiyyəti orqanlarla birlikdə mütəmadi olaraq telefon satış məntəqələrində reydlər keçirilir və uyğunluq sertifikatına malik olmayan cihazların satışının qarşısının alınması üçün iş aparılır.
- Bu ilin sonuna İKT sahəsinə investisiya qoyuluşunun həcmi, o cümlədən, RİTN üzrə hansı səviyyədə proqnozlaşdırılır?
- Cari ilin sonuna İKT sahəsinə investisiya qoyuluşunun həcmi dövlət müəssisələri üzrə 135 mln. manat səviyyəsində proqnozlaşdırılır. Məlumat üçün bildirirəm ki, 2008-ci ildə İKT sahəsinə investisiya qoyuluşunun həcmi 155,6 mln. manat olub.
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08
