/ / Yeni Azərbaycan Partiyası sürətlə inkişaf edən, dəyişən cəmiyyətin yeni tələblərinə uyğun proqramlar ortaya qoyur
Yeni Azərbaycan Partiyası sürətlə inkişaf edən, dəyişən cəmiyyətin yeni tələblərinə uyğun proqramlar ortaya qoyur
07.11.2009 [10:55]
Milli Məclisin sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:
İnvestisiya və sosial yönümlü təmkinli büdcə...
- Bahar xanım, artıq Milli Məclisin komitələri “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsini başa çatdırıb. Millət vəkilləri qanun layihəsinin parlamentin plenar iclasında müzakirə olunmasını tövsiyə ediblər. Sizin qanun layihəsi ilə bağlı fikirlərinizi bilmək bizə maraqlı olardı...
- ümumiyyətlə, dövlət büdcəsi hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan vacib bir sənəddir. Xüsusilə, hazırda dünyada hələ də, qlobal maliyyə və iqtisadi böhranın təsirlərinin qalması, bütün dövlətləri bu vacib iqtisadi sənədi qəbul edərkən daha ehtiyatlı olmağa sövq edir. Azərbaycan hökuməti də 2010-cu il üçün büdcə layihəsini hazırlayarkən, qlobal prosesləri nəzərə alıb. Əlbəttə ki, Azərbaycan iqtisadi və maliyyə böhranından digər dövlətlərə nisbətən az itki ilə çıxdı. Amma demək olmaz ki, Azərbaycan bu böhrandan tam sığortalanıb. Bu baxımdan da, hökumət gələn il üçün investisiya və sosialyönümlü dövlət büdcəsi tərtib edərkən, bütün mümkün riskləri nəzərə alıb.
Düşünürəm ki, 2010-cu ilin dövlət büdcəsi kifayət qədər təkmildir və Azərbaycanın qarşısında duran məsələlərin öhdəsindən gəlməyə maksimum imkan yaradacaq...
İkili standartlar işğalçı dövləti daha da cəsarətləndirir...
- Bahar xanım, istərdik mövzunu bir qədər dəyişək... Azərbaycanın bir nömrəli problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə diqqət çəkək. Bu gün danışıqlar, problemin həlli istiqamətində aparılan nizamlama prosesi hansı yerdədir?
- Təkcə bu il Azərbaycan və Ermənistan prezidentlərinin digər illərə nəzərən, daha çox görüşlər keçirməsini nəzərə alsaq, deyə bilərik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan nizamlama prosesi fəal fazadadır. Yəni, prezidentlərin tez-tez görüşməsi, münaqişənin birbaşa tənzimlənməsilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona daha çox səfər etməsi və bu problemin beynəlxalq təşkilatlarda daha çox müzakirə olunması bir növ canlanma yaradıb. Məhz bu fazada artıq ATƏT-in Minsk qrupunun patronajlığı altında hər iki ölkənin millət vəkilləri arasında görüşlər keçirilir. Buraya Türkiyənin Cənubi Qafqazda sülhyaratma missiyası çərçivəsində atdığı addımları da əlavə etsək, o zaman, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların mühüm fazaya qədəm qoyduğunu deyə bilərik. Qarşıdakı ildə isə ATƏT-ə sədrliyin Qazaxıstana keçəcəyini və Türkiyənin xüsusi fəallığını qeyd edərək, problemin həlli istiqamətində müsbət nəticələrin əldə ediləcəyinə ümid etmək olar...
Amma yaranmış fəallığın nəticələri ilə bağlı əvvəlcədən proqnoz vermək istəməzdim...
Münaqişənin həlli ilə bilavasitə məşğul olan dövlətlər, beynəlxalq təşkilatlar artıq problemin həllinin yetişdiyini daha tez-tez söyləməyə başlayıblar. Lakin bu, müxtəlif rakurslardan başa düşülə bilər. Yəni, ATƏT bir beynəlxalq təşkilat kimi, nəticədən asılı olmayaraq, fəaliyyətini davam etdirməyi, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri isə ilk növbədə, bölgədəki maraqlarını reallaşdırmağı qarşısına məqsəd qoyurlar. Digər tərəfdən, bir sıra güclər tərəfindən dəstək alan Ermənistan qeyri-konstruktiv mövqeyini müxtəlif pərdələr altında qoruyub saxladığı bir zamanda, Azərbaycan bütün potensialını - həm siyasi, həm iqtisadi, həm də diplomatik resurslarını işə salaraq ərazi bütövlüyünü bərpa etmək istəyir. Burada üst-üstə düşən məqamlar olsa da, ziddiyyətli məsələlər üstünlük təşkil edir. çünki münaqişənin həlli prosesinə tərəflərin yanaşma prizması da fərqlənir...
- Cənab Prezident İlham Əliyev çıxışında söyləmişdi ki, Ermənistan rəhbərliyi razılaşdırılmış məsələləri yenidən gündəmə gətirərək vaxtı uzatmağa çalışır. Bu ona dəlalət etmirmi ki, beynəlxalq münasibətlər sisteminin mühüm aktorları işğalçı dövlətin qeyri-konstruktiv mövqedən çıxış etməsinə şərait yaradır?
- Əlbəttə ki, bu bir həqiqətdir. Az öncə, mövqelərdəki fərqliliyi söyləyərkən, məhz bu məqamı da nəzərdə tuturdum. Yəni, işğalçı dövlətin tənqidlərə, sanksiyalara məruz qalmadan müstəqil şəkildə yenidən öz “işinə” davam etməsi, əlbəttə ki, onu daha “cəsarətli” addımlar atmağa həvəsləndirir. Bilirsiniz, təcavüzkarlıq Ermənistanın yürütdüyü bugünkü siyasətin mahiyyətindədir. Ədalət naminə işğalçı dövlət qınanmalıdır, sanksiyalara məruz qalmalıdır, ən azından cilovları dartılmalıdır ki, həmin dövlət bir daha bu yola əl atmasın. Eyni zamanda, işğalçı dövlətin nəzərinə çatdırılmalıdır ki, II Dünya müharibəsindən sonra dünya nizamını müəyyənləşdirmiş beynəlxalq hüquq normalarını pozur. Mövcud beynəlxalq qanunlara görə, hər bir dövlət digər ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməlidir. Amma Ermənistan nədənsə, bu qaydaları qəbul etmir və ya etmək istəmir... Və Azərbaycanın torpaqlarını bu günə qədər işğal altında saxlayır.
Bu səbəbdən də, Ermənistan Azərbayca
nın yürütdüyü düşünülmüş siyasət nəticəsində hərtərəfli blokadaya düşüb. Təbii ki, Azərbaycan bunu torpaqlarının işğal altında saxlanıldığı üçün edir. Bu, diplomatik müstəvidə işğalçı dövlətə qarşı işlədilən təzyiq mexanizmidir ki, Azərbaycan onu həyata keçirir. Biz bununla çalışırıq ki, həm işğalçı gücləri torpaqlarımızdan çıxmağa məcbur edək, həm də beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ problemi həll olunmadan Cənubi Qafqazda sabitlik olmayacağına inandıraq. Amma təəssüflər olsun ki, sözdə dəstəklər olsa da, bunlar hələ də əməldə görünmür. Bunun nəticəsidir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini açıq şəkildə ortaya qoyur və münaqişənin həllini gecikdirir.
Bəzən Cənubi Qafqaza hansısa birlik modelini tətbiq etmək istəyirlər və ya Avropa təcrübəsini irəli sürürlər. Amma anlamaq lazımdır ki, Cənubi Qafqazda həllini gözləyən “dondurulmuş münaqişələr” mövcuddur. Burada Ermənistan region dövlətlərinə qarşı ərazi iddiaları ilə çıxış edir, təxribatlar törədir. Məgər bu şərtlər daxilində hər hansısa bir birlik modelini formalaşdırmaq olarmı? Məgər Avropa Birliyinə daxil olan ölkələr bir-birilərinin ərazi bütövlüklərinə hörmət etmirlərmi? Əlbəttə ki, edirlər. Avropa məkanında beynəlxalq hüququn normaları işlədiyi təqdirdə, Cənubi Qafqazda vəziyyət tamamilə başqadır. Burada təcavüzkar dövlət bilavasitə dəstəklənir. Azərbaycana mövqeyinə görə, sözlə dəstək verilir, amma əməldə işğalçılıq iştahasını daha da genişləndirmək üçün Ermənistana şərait yaradılır. Məhz bu nöqtədə ədaləti tapmaq olmur... Bunu, eyni zamanda, Azərbaycana qarşı aparılan ikili standartlı siyasət də adlandırmaq olar...
Bir sözlə, beynəlxalq təşkilatların, söz sahibi olan aktorların maraqları fonunda qəbul edilmiş qərarlar işləmir və sonda da sülh prosesi dalana dirənir. Amma düşünürəm ki, Azərbaycanın dinamik, stabil inkişafı, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, hüquqi və diplomatik müstəvidə uğurlar qazanması Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır.
YAP-ın namizədlərinin çoxu bələdiyyələrə seçiləcək
- Bahar xanım, istərdik qarşıdan gələn bələdiyyə seçkiləri barədə də danışaq...
- Bələdiyyələr Azərbaycanda yaranmış gənc özünüidarəetmə strukturudur. Bu sahədə təkmilləşdirmələrin aparılması təbii proses sayılmalıdır. Bu baxımdan Milli Məclisdə bələdiyyələr haqqında qəbul edilmiş Qanun bu strukturun effektiv, səmərəli fəaliyyət göstərməsinə əlverişli zəmin yaradacaq. Belə ki, bu Qanunla bələdiyyələrin sayı 1700-dək azaldıldı. Məhz bu təkmilləşmə həm bələdiyyələrin büdcələrin formalaşmasına, ayrılan subsidiyaların məqsədli istifadəsinə, həm də bələdiyyələrin üzərinə düşən vəzifələrin maksimum şəkildə yerinə yetirilməsinə imkan verəcək...
Artıq bu gün bələdiyyələrin qarşısında bir məqsəd durur: vətəndaşlara yerlərdə layiqli xidmət göstərmək. Məhz hazırda aktual məsələ kimi, siyasi partiyalar yerli problemləri öyrənməklə, insanlarla mütəmadi əlaqələr saxlamaqla yuxarıda göstərilən məqsədə doğru addımlayırlar. Ən azından Yeni Azərbaycan Partiyası artıq bu işləri görüb...
Mən qəti əminəm ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin çoxu bələdiyyələrə seçiləcək. çünki həm bələdiyyə seçkilərində irəli sürülmüş namizədlərin çoxu YAP-dandır, həm də partiyamızın kifayət qədər mükəmməl seçki texnologiyası və təcrübəsi var...
- Əlbəttə ki, seçkilərdən danışarkən, müxalifətin “fəaliyyətinə” də toxunmaq istərdik. Sizcə, müxalifət nə üçün bələdiyyə seçkilərinə marağın az olmasından söz açır və namizəd irəli sürmür?
- Bəli, müxalifətin özünəməxsus səbəblərilə bələdiyyə seçkilərinə marağı azdır. Məhz müxalifətin qarşıdan gələn seçkilərə marağının az olması barədə onlara haqq qazandırmaq olar. çünki seçkilər içərisində mürəkkəb olan və say etibarilə çoxlu sayda üzv tələb edən bələdiyyə seçkilərində müxalifətin acizliyi, zəifliyi üzə çıxacaq. Bu zəifliyi isə bir neçə amil şərtləndirəcək:
- birincisi, bələdiyyə seçkilərində iştirak etmək üçün 1700 bələdiyyə üzrə ən azı 20-30 min namizəd irəli sürmək lazımdır;
- ikincisi, seçkilərdə layiqli namizədlər irəli sürmək lazımdır ki, onlar həm yerlərdə insanların hörmətinə sahib olsunlar, həm də seçkilərdən sonra verdiyi vədlərə əməl etməyi bacarsınlar;
- üçüncüsü, müxalifət seçkilərdən sonra insanların ola biləcək tənqidindən, qınağından qorxur;
- dördüncüsü, müxalifətin hakimiyyətdə olduğu illər insanların yaddaşlarından silinməyib. Bu baxımdan da, onların insanlar qarşısına çıxmağa üzləri qalmayıb və s.
Bir sözlə, bu səbəbləri ardıcıl olaraq sadalamaq olar. Amma fakt faktlığında qalır. Müxalifət cəmiyyətdə sosial bazaya, dəstəyə, nüfuza malik olmayan passiv “qüvvə”yə dönüb. Yeni Azərbaycan Partiyası sürətlə inkişaf edən, dəyişən cəmiyyətin yeni tələblərinə uyğun proqramlar ortaya qoyan, novatorluğu ilə xalqın böyük əksəriyyətinin dəstəyini qazanan ümummilli partiyaya çevrilib. Bu mənada, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının şəksiz qalib gələcəyinə əminəm.
Azərbaycanın həyatında önəmli rol oynayan tarixi gün...
- Bahar xanım, bu ayın 21-də Yeni Azərbaycan Partiyasının 17-ci ildönümü olacaq. Bu ötən müddət ərzində partiyamız qarşısına qoyduğu məqsəd və vəzifələrin öhdəsindən hansı səviyyədə gəlib?
- Əlbəttə ki, bu tarixi gün münasibətilə mən bütün partiya fəallarını, üzvlərini, bütövlükdə Azərbaycan xalqını təbrik edirəm. Bu, bütün Azərbaycan xalqının və dövlətinin həyatında önəmli rol oynayan tarixi bir gündür. 17 ildir ki, yaranmış bir partiya xalqın sevgisi, dəstəyilə 16 ildir ki, iqtidardadır. Mən əminəm ki, YAP yerinə yetirdiyi işlərlə, xalqın mənafeyini təmin etməklə daha uzun müddət hakimiyyətdə qalacaq...
Yeni Azərbaycan Partiyası hər zaman məsuliyyətini dərk edərək real addımlar atıb. Partiyanın fəalları hər zaman insanlarla bir yerdə olub, onları dinləyib, rasional addımlarla xalqın maraqlarını reallaşdırıb. Əlbəttə ki, bu partiyamızın bir nömrəli funksiyasıdır, işidir... Xalqın maraqları naminə həyata keçirilmiş işlər bu gün dinamik inkişaf edən Azərbaycanın, sosial rifah halı yüksələn insanlarının timsalında özünü qabarıq büruzə verir. Bu baxımdan da, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs xalqımız tərəfindən dəstəklənir. Bu qürurverici hal Yeni Azərbaycan Partiyasının fəallarını daha aktiv olmağa, məsuliyyəti dərinliyilə dərk etməyə həvəsləndirir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
