Biliyin qiymətləndirilməsinin fəlsəfəsi
04.11.2009 [10:41]
YAP İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Rusiya Təbiətşünaslar Akademiyasının payız sessiyasında iştirak edib. www.yap.org.az saytına müsahibə verən professor həm bu səfər, həm də son zamanlar əldə olunmuş elmi nailiyyətlər haqqında danışıb:
- Şahlar müəllim, necə oldu ki, belə bir tədbirə dəvət edildiniz?
- Rusiya Təbiətşünaslar Akademiyasının (RAE) nəşr etdirdiyi bir sıra nüfuzlu elmi jurnallar var. Mən bu ilin iyul ayında həmin jurnallardan birinə məqalə göndərdim. 2009-cu ilin 11 sentyabrında elektron məktub aldım ki, “Sovremennıe problemı nauki i obrazovanie” jurnalında “Novıy kriteriy oçenki znaniy” (“Biliyin qiymətləndirilməsinin yeni kriteriyası”) məqaləm dərc olunubdur. İki-üç gün sonra daha bir məktub aldım ki, siz Rusiya Təbiətşünaslar Akademiyasının payız sessiyasına dəvət olunursunuz və sessiya 21-24 sentyabr 2009-cu ildə Soçi yaxınlığında Daqomıs deyilən qəsəbədə keçiriləcəkdir. çap olunmuş məqaləmdə belə bir cümlə var idı: “qeyri-xətti yeni qiymətləndirmə şkalası intellektual qabiliyyətə görə insan və şəxsiyyətləri - körpə uşaqdan tutmuş peyğəmbərlərə qədər - iyerarxik struktura yerləşdirmək imkanı verir və bu məqalədə Allahın varlığı riyazi isbat olunur”. Yəqin ki, bu fikrə görə mən o tədbirə dəvət almışdım.
- Siz sessiyada çıxış etdinizmi?
- Bəli, mən plenar iclasda çıxış etdim, yeni kriteriyadan, qiymətləndirmə şkalasından, onun fəlsəfəsindən və həmin iyerarxik strukturdan danışdım.
-Yeni kriteriya olaraq nə təklf edirsiniz?
- Bu suala cavab verməzdən öncə ənənəvi qiymətləndirmə şkalasında kriteriya olaraq nə götürülüb? - sualına cavab vermək lazımdır. Maraqlıdır ki, bilik min illərdir ki, tarixi təcrübəyə əsaslanan metodologiya ilə qiymətləndirilib, ancaq indiyə kimi qiymətləndirmənin kriteriyası, kəmiyyət göstəriciləri, nəzəri əsası, modeli və fəlsəfəsi yoxdur. Heç “qiymət” terminin düz-əməlli tərifi də yoxdur.
- Maraqlıdır “qiymətə” necə tərif vermək olar?
- Mənim düşüncəmə görə: qiymət - tədris materialının mənimsənilməsinin faiz göstəricisinin rəqəmlərlə ifadəsidir. Material 100 faiz mənimsənilibsə, bu 5 ballı şkalada 5, 10 ballı şkalada 10-dur. Tədris materialı 60 faiz mənimsənilibsə, uyğun olaraq bu 3 və 6 olacaqdır. Bu deyilənləri aydın təsəvvür etmək üçün, əvvəlcə qiymətləndirmə şkalası üçün model qəbul etmək lazımdr.
Mənim təklif etdiyim modeldə içərisində maye olan stəkan qiymətləndirmə şkalasının modeli kimi qəbul edilir. Bu modeldə stəkana tökülən maye -”bilik mayesi” hesab edilir. Stəkan bilik mayesi ilə tam doludursa, deməli tədris olunan material tam mənimsənilib. Bu hala uyğun gələn qiymət “əla”dır. Əgər stəkan 80 faiz dolubsa, bu bilik səviyyəsi 5 ballı qiymətləndirmə şkalasında “yaxşı”ya uyğundur. Bu modelin əsasında həm klassik, həm də yeni qiymətləndirmə kriteriyasını yaratmaq olar.
İndi qayıdaq ənənəvi qiymətləndirmə şkalasının kriteriyasına. Klassik qiymətləndirmə şkalasında kriteriya olaraq stəkanın dolu hissəsinin hündürlüyünun, stəkanın tam hündürlüyünə olan nisbətini götürmək lazımdır. Bu nisbətin qiyməti 0 ilə 1 arasında dəyişir və nisbət artdıqca mənimsəmə də artır. Bu nisbət vahid olanda tədris materialı tam mənimsənilmiş hesab edilir. Bu hala uyğun gələn qiymət 5 ballı şkalada 5, yüzballı şkalada 100 olar. Bu kriteriyadan istifadə edərək, çoxsaylı şkalalar təklif etmək mümkündür. Bu əsasda qurulmuş ən sadə şkala beşballı şkaladır. Bu şkala 70 ilə (1944-cü ildən) yaxındır ki, bizim təhsil sistemimizdə uğurla tətbiq edilir. Bu kriteriyanın qüsuru ondan ibarətdir ki, iki əla təhsil alanı bir-birindən fərqəndirməyə gücü catmır. Misal üçün, fərz edin ki, bir öyrənci 100 sualdan 98 -ni, digəri isə 99 -nu bilir. Aydındır ki, birinci öyrənci üçün kriteriyanın qiyməti 98:100 =0,98, digəri üçün isə 0,99 olar. Bu rəqəmlər bir-birinə çox yaxın olduğundan, real həyatda onlar bərabər bilikli kimi görünürlər. Göründüyü kimi, kriteriyanın qiymətləri vahidə yaxınlaşdıqca, yaxşıların içərisindən lap yaxşını seçmək və obyektiv qiymətləndirmə çətinləşir. Bu səbəbdən də, yeni kriteriyaya ehtiyac vardı.
- Yeni kriteriya olaraq nə təklif edirsiniz?
- Qiymətləndirmənin həcmi modelinə (icərisində maye olan stəkan) əsasən, tədris materialının mənimsənilən hissəsinin, mənimsənilməyən hissəyə olan nisbəti yeni kriteriya olaraq təklif olunur. Məsələn, əgər bir öyrənci 100 sualdan 70-ni mənimsəyib, 30-nu isə mənimsəməyibsə, bu halda kriterya olaraq 70-in 30-a nisbətini götürmək təklif olunur. Əgər digər təhsil alan yüz sualdan 99-nu mənimsəyib, birini isə mənimsəməyibsə onda, 99 -un birə nisbəti kriteriya kimi təklif olunur.
- Bu yeni kriteriyanın əvvəlkindən əsaslı fərqi nədən ibarətdir?
- Fərq ondadır ki, ənənəvi qiymətləndirmə şkalasının kriteriyası dar (0-1) intervalında dəyişir. Yeni təklif olunan kriteriya isə çox geniş intervalda - sıfır ilə sonsuzluq arasında dəyişir. Kriteriya sıfırla vahid arasında dəyişəndə intellektual insanların kriteriyalarının qiymətləri hiss oluna bilməyəcək dərəcədə bir-birinə çox yaxın yerləşdiyindən onları fərqləndirmək olmur. Klassik kriteriya əsasında nəinki eyni sahənin iki professorunu, heç professoru ilə akademikini bir-birindən fərqləndirmək olmur. Bu səbəbdən də təyinatlarda və seçimlərdə obyektiv yox, subyektiv fikirlər üstünlük təşkil edir. Bu isə cəmiyyət üçün arzuolunmaz nəticələrə gətirir.
Təklif olunan yeni şkalada hər kəsin öz yeri var. Misal üçün, yuxarıda göstərildiyi kimi, 100 sualdan 99-na və 98-nə düzgün cavab verən təhsil alanlar üçün yeni kriteriyalar uyğun olaraq 99 və 49 olacaqdır. Aydındır ki, 99 ilə 49 arasında fərq, 0.99 ilə 0.98 arasında olan fərqdən çox-çox (5000 dəfə) böyükdür. Bu kriteriya əsasında qurulmuş şkalada şüurlu varlıqların hər birinin - təzə doğulan uşağın, adi insanın, ali savadlı mütəxəssisin, alimin, dahi alimin, fövqəlinsanın, peyğəmbərin və hətta qadir Allahın da öz yerləri var.
- Sizdən əvvəl hansısa alim belə bir təkliflə çıxış edibmi?
- Xeyr, pedaqoqika tarixində ilk dəfədir ki, təhsilin paradiqmasını mən dəyişirəm və ya ən azı buna iddialıyam.
- Şahlar müəllim, “paradiqma” ifadəsini bir qədər bizə izah edərdiniz.
- Paradiqma sözü Azərbaycan mətbuatında az işlədilən sözdür. Bu termini elmin fəlsəfəsinə amerikalı filosof Tomas Kun gətirib. O, hesab edir ki, elmdə inqilablar o zaman baş verir ki, paradiqma dəyişir. Misal üçün, fizikada elementar zərrəciklərə dalğa kimi baxandan sonra, elmdə inqilab baş verdi və klassik fizika ilə yanaşı kvant mexanikası, kvant elektronikası, kvant cihazları yarandı. Tarixən intuitiv istifadə edilən klassik xətti kriteriyadan yeni həcmi kriteriyaya keçidin pedaqoqikada paradiqmanın dəyişəcəyinə inanıram.
Fürsətdən istifadə edərək, bir fikir də söyləmək istəyirəm. çıxışlarımın birində söyləmişdim: “Şeir sözlərin birölçülü fəzada, rəsm rənglərin ikiölçülü fəzada, musiqi səslərin üçölçülü fəzada naxışlı düzülüşüdür. Fəzanın dərəcəsi artdıqca fəaliyyət çətinləşir, bu səbəbdən də, ölkədə şairlər minlərlə, rəssamlar yüzlərlə, bəstəkarlar onlarla olur”.
Həm şeir, həm rəsm əsəri, həm də musiqi insanların duyğu və hisslərinə təsir edən faktorlardır. Bu faktorların hər biri eyni məqsədə - insanı duyğulandırmağa qulluq edir. İnsanın duyğusuna şeirlə yox, rəsmlə (və ya musiqi ilə) təsir edilirsə, bu əslində inqilabdır və hesab edirəm ki, mədəniyyətdə paradiqmanın dəyişməsidir. çünki, fəzanın dərəcəsi dəyişdikcə, hissi yaradıcılığın forması dəyişir.
- Bu təklifinizin dünya tərəfindən qəbul olunacağına inanırsınızmı?
- Dünyanın son yüz ildəki inkişaf mənzərəsinə diqqət yetirsək, görünən uğurlarla bərabər, həm görünən, həm də görünməyən qüsurlar da az deyildir. Haqq nahaqqa qalib gələ bilmir. (Qarabağ problemi buna misaldır. 15 ildən çoxdur ki, BMT-nin 4 qətnaməsi yerinə yetirilmir). Dünyanın dərdi, dərmanından çoxdur. İnsanlar mənəvi dəyərləri iqtisadi qazanca qurban verirlər. Bir Qərb mütəfəkkiri son yüz ilin inkişaf fəlsəfəsini belə səciyyələndirmişdir: Axırıncı ağac kəsiləndə, axırıncı balıq tutulanda, axırıncı çay zəhərlənəndə insanlar başa düşəcəklər ki, pulu yemək olmur. Bu qüsur və əyintilərin əsasında dar dünya görüşü insanların səhv qərarları (SSRİ-nin xarici siyasəti buna misaldır. İkinci Dünya müharibəsindən sonra bu dövlət öz var-dövlətinin çox hissəsini xərcləyərək, Afrikanın və digər qitələrin bəzi dövlətlərini özünəbənzər dövlətə çevirməyə cəhd etdi və nəticədə dağıldı) dayanır. Bunun isə kökündə qiymətləndirmədə buraxılan səhvlər durur. Bu səbəbdən də inanıram ki, dünya bu fəlsəfəni qəbul etməyə məhkumdur.
- Bu kriteriyanın başqa tətbiq sahələri mümkündürmü?
- Bu modelin və kriteriyanın köməkliyi ilə nəinki fərdlərin, həm də məktəblərin, universitetlərin, ölkələrin təhsil sistemində vəziyyəti obyektiv qiymətləndirməyə imkan olacaqdır.
Digər tərəfdən məlumdur ki, düzgün qərar qəbul etmənin nəzəri əsaslarını, texnologiyasıni hazırlamaq dövrün ən vacib və aktual məsələlərindən biridir. Ardıcıl, düzgün qərarlar qəbul etməklə dövlətlər qüdrətli dövlətə, insanlar isə şəxsiyyətə çevrilirlər. Bu məsələ, bu problemin həllinə də işıq salır. Düzgün və ya səhv qərar qəbul etmək qiymətləndirmənin həcmi modelinin dolu və boş hissələrinin münasibətindən törəyir.
- Yuxarıda dediniz ki, yeni şkalada Allahın da yeri var.
- Belədir. Yeni kriteriya dolu hissənin boş hissəyə olan nisbəti olduğundan, boş hissənin qiyməti azalaraq sıfıra yaxınlaşanda, kəsrin qiyməti artaraq sonsuzluğa yaxınlaşır. Kriteriyanın qiymətinin sonsuzluğa yaxınlaşması o deməkdir ki, bütün sualların cavabı var. Dünyada olan bütün sualların cavabını kim bilir? Kimin biliyində qüsur yoxdur. Hər şeyi bilən və görən kimdir?
Bütün səmavi kitablar, o cümlədən də, bizim müqəddəs kitabımızda dönə-dönə deyilir ki, hər şeyi bilən, hər şeyi görən qadir Allahdır. Bax, Allahın varlığının riyazi isbatı budur.
- Bəzi insanlar Allahın varlığına biganədirlər?
- Atteist əsaslı bir quruluşda uzun müddət yaşadığımızdan belə insanlara mən də rast gəlmişəm. Bu insanlar Allahın varlığını qəbul etsələr, səmavi kitabların buyurduğu düzgün yolla gedərlər və rahat yaşayarlar. İnsanları bu yoldan sapdıran ideyalardan biri də Darvinin insanın meymundan əmələ gəlməsi ideyasıdır. İnsanın Allah tərəfindən yaranması yox, əmək vasitəsi ilə meymundan əmələ gəlməsi bəşəriyyətə baha başa gəlir. İnsanlar səmavi kitabların qoyduğu yolla getmirlər. Axirəti yaddan çıxarırlar. Nəticədə mənəviyyat aşınır, ailələr zəifləyir, fitnə-fəsad getdikcə artır. Vəziyyət o hala çatıbdır ki, it saxlamaq uşaq saxlamaqdan sərfəli görünür. Avropa filosofları belə hesab edirlər ki, 50-60 ildən sonra Avropada yaşayanlar köklü avropalılar yox, əslən Afrikadan, Asyadan gələn emiqrantlar olacaqlar. Görün Allah yolundan azmaq hansı bəlalara gətirir.
- Tədbirdən daha hansı yeniliklə qayıtdınız?
- Yenilik ondan ibarətdir ki, həmin tədbir çərçivəsində məni Avropa Təbiətşünaslar və Rusiya Təbiətşünaslar Akademiyalarına (RAE) üzv seçdilər.
- Şahlar müəllim, bu fikirlərin çapı, yayılması nə yerdədir?
- Bu il mən bu ideyaları Rusiya Federasiyasının iki Akademiyasının sessiyalarında məruzə etmişəm. Bu nəticələri 2009-cu ilin aprel ayında Rusiya Pedoqoji və Sosial Elmlər Akademiyasının (APSN) yaz sessiyasında, bu ilin sentyabrında isə Rusiya Təbiətşünaslar Akedemiyasının (RAE) payız sesiyasında, 2009-cu ilin oktyabrın 29-da Respublika Təhsil Şurasının iclasında məruzə etdim.
- Mütəxəssislər sizi dəstəkləyirlərmi?
- Hər üç məruzə mütəxəssislər tərəfindən yaxşı qarşılandı. Təvazökarlıqdan uzaq olsa da, bir-iki məqamı qeyd etmək istəyirəm. Rusiya Təbiətşünaslar Akademiyasında (RAE) çıxışımın sonunda zala müraciət etdim: “O hansı şüurlu varlıqdır ki, hər şeyi bilir, görür və biliyi sonsuzdur?” Yerdən səslər gəldi ki, O ancaq Allah ola bilər.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
