1969-1982-ci illər Azərbaycanın intibah, tariximizin qızıl dövrüdür
24.10.2009 [10:39]
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdi...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə respublikanın əməkdar kənd təsərrüfatı mühəndisi Hüseynbəyov Nadir Fərəcbəy oğludur:
ümummilli lider Heydər Əliyevin 40 il əvvəl birinci dəfə hakimiyyətə gəlişi zamanı Onunla bir vaxtda mühüm dövlət strukturlarında çalışmış şəxslərdən biri də respublikanın əməkdar kənd təsərrüfatı mühəndisi Hüseynbəyov Nadir Fərəcbəy oğludur. Respublikada yerquruluşu sahəsi üzrə aparıcı mütəxəssislərdən olan Nadir Hüseynbəyov uzun müddət Kənd Təsərrüfatı Nazirliyində nazir müavini və nazir səlahiyyətlərini icra edib.
Ulu öndərlə ilk görüşünü xatırlayan Nadir Hüseynbəyov həmin dəqiqələrin yaddaşında ən xoş xatirə kimi dərin iz buraxdığını deyir: “1969-cu ilin avqust ayının sonları idi. Ulu öndərin köməkçisi Arif Mustafayev zəng edərək bildirdi ki, Heydər Əliyev səni Ermənistan ilə mübahisəli torpaq məsələsinə görə yanına dəvət edir. Sözün açığı, mən bundan çox təəccübləndim. İndiyə kimi bu məsələ ilə məşğul olan bir mütəxəssis kimi dəfələrlə Mərkəzi Komitə (MK) qarşısında öz sözümü deməyə çalışsam da əhəmiyyəti olmamışdı. Azərbaycan KP MK-nın keçmiş katibi olmuş Vəli Axundov 1968-ci ildə və 1969-cu ilin iyul ayına qədər bu məsələdə düzgün olmayan qərarlar qəbul etmişdi. Mübahisəli torpaqla bağlı bizim fikrimizi eşitmək istəmirdilər. Buna görə də həmin məsələ haqqında Mərkəzi Komitəyə dəvət olunmağım məni çox təəccübləndirmişdi. Mən iki saat Heydər Əliyevin qəbulunda oldum və Azərbaycanla Ermənistan arasında olan mübahisəli torpaq barədə bütün təfsilatı ilə məlumat verdim. Respublikada yerquruluşu sahəsi üzrə aparıcı mütəxəssis kimi çalışdığımdan, mən bununla bağlı arxivdən topoqrafik xəritəni əldə etmişdim. 1898-ci və 1903-cü illərdə çap olunmuş və Azərbaycanın və Ermənistanın müasir ərazilərini əhatə edən iki topoqrafik xəritəni Ulu öndərə təqdim etdim. Xəritədən açıq-aşkar görünürdü ki, indiki Ermənistanın ərazilərinin 90 faizi azərbaycanlıların məskunlaşdıqları yaşayış məntəqələrindən ibarətdir. Heydər Əliyev xəritəni diqqətlə nəzərdən keçirdikdən sonra məndən soruşdu ki, siz bunlarla bağlı V.Axundova məruzə etmişdinizmi? Mən isə bildirdim ki, dəfələrlə cəhd etsəm də qəbul etməyib. Dahi şəxsiyyət sonda mənə bildirdi ki, kənd təsərrüfatı ilə məşğul olan mütəxəssis kimi tez-tez rayonlarda ezamiyyətdə olursan, bir müddət ezamiyyətə getmə, bu məsələ ilə bağlı lazım olacaqsan”.
Mübahisəli torpaq məsələsi ümummilli lider Heydər Əliyevi həddindən artıq narahat edirdi və bu problemi qısa bir zamanda həll etmək istəyirdi. Nadir Hüseynbəyovun sözlərinə görə, dahi öndərlə görüşdən iki gün sonra Onun köməkçisi Arif Mustafayev yenidən zəng vuraraq Bakı-Tbilisi qatarı ilə Qazaxa getməyi tapşırıb: “A.Mustafayev mənə xəritəni də götürməyi məsləhət bildi. Qatarda öyrəndim ki, Heydər Əliyev də Qazaxa gedir və məni öz vaqonuna dəvət edib. O, xəritəni bir daha nəzərdən keçirərək mənimlə üç saat ərazi mübahisələrinə aid bütün təfərrüatları müzakirə etdi. Fəxr edirəm ki, Ulu öndər Heydər Əliyevin həmin səfərində Onu müşayiət etmək xoşbəxtliyi mənə nəsib oldu. Bu, Onun Azərbaycan KP MK-nın birinci katibi kimi rayonlara ilk səfəri idi. Qazaxda Ulu öndəri rayon sakinləri böyük sevinc hissi ilə qarşıladılar və Heydər Əliyevin onlarla görüşü bir neçə saat çəkdi. Sonra biz Qazax rayonu ilə Ermənistanın İcevan rayonu arasında yerləşən sərhəd xəttinə gəldik. Həmin vaxt Ermənistan KP MK-nın birinci katibi A.Koçinyan da orada idi. Heydər Əliyev Koçinyanla 3 saata yaxın görüşdü və xəritənin birini ona verdi. Görüşdən sonra məlum oldu ki, Ermənistan rəhbərliyi mübahisəli torpaq məsələsi ilə bağlı iddialarından geri çəkilməyə məcbur olub və Heydər Əliyevin ortaya qoyduğu əsaslı dəlillər qarşısında aciz qalıb. Ulu öndər bir neçə il davam edən bu problemi 2 saat ərzində həll etdi və Ermənistana Koçinyandan sonra 16 il rəhbərlik etmiş digər şəxslər də həmin məsələ haqqında iddia qaldırmağa cəsarət etmədilər”.
Nadir Hüseynbəyov bildirir ki, ümummilli lider Heydər Əliyevin, keçmiş SSRİ-nin rəhbəri Qorbaçovun yarıtmaz fəaliyyətinə etiraz əlaməti olaraq, vəzifədən istefa verməsindən sonra ermənilər Şahnazaryanın təhriki ilə yenidən həmin məsələni ortaya atdılar. Hətta bu məsələdə Qorbaçov erməniləri müdafiə etməyə başladı. Eyni zamanda, 1985-1986-cı illərdə Azərbaycanın rəhbər şəxsləri də bu problemə laqeyd yanaşdılar.
ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə respublikamızda ictimai-sosial, iqtisadi-siyasi, mədəni-humanitar bölmələrdə köklü dəyişikliklərin baş verdiyini qeyd edən Nadir Hüseynbəyov bildirdi ki, həmin dövrdə əvvəlki illərə nisbətən müqayisəolunmaz dərəcədə inkişaf tempi qeydə alındı, genişmiqyaslı quruculuq işləri davamlı xarakter daşıdı və respublikamızın iqtisadi həyatında tamamilə yeni bir mərhələ başlandı.
Ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyə gəlişindən əvvəl respublikamızı nəinki uzaq xaricdə, hətta keçmiş SSRİ məkanında belə yaxşı tanımırdılar. Heydər Əliyev zaman etibarilə çox qısa müddətdə əsl mözücə yaratdı. Buna görə də, Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri Azərbaycanın intibah, tariximizin qızıl dövrü kimi qiymətləndirmək olar. Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi bu böyük şəxsiyyət haqqında söz demək nə qədər çətin və məsuliyyətli olsa da, Onun ölkəmizə rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində işləmiş və dahi şəxsiyyətlə təmasda olmuş bir ziyalı kimi öz fikirlərimi bölüşməyə ehtiyac duyuram: “ümummilli lider respublikamıza ilk dəfə rəhbər təyin olunduqdan sonra 1969-cu ilin avqust ayında Mərkəzi Komitənin plenumunu keçirildi. Avqust plenumu respublikamızın tarixində Heydər Əliyev siyasətinin başlanğıcı üçün proqram xarakterli bir tədbir oldu. Bu siyasətin başlıca məramı və məqsədi güclü respublika, güclü iqtisadiyyat və sağlam milli kadrlar yetişdirmək idi. Qısa müddətdə bu məqsədlərə nail olundu”.
Azərbaycan 1969-cu ilə kimi kənd təsərrüfatı məhsullarının istehsalının həcminə görə bütün İttifaq respublikalarından geridə qalırdı. Buna görə də Heydər Əliyev aqrar sahəni inkişaf etdirmək üçün 1970-ci ildə mühüm qərar qəbul etdi. Aqrar sahənin inkişafı və torpaqların meliorasiyası ilə bağlı həyata keçirilən tədbirlər qısa müddətdə öz mühüm bəhrəsini verməyə başladı. 1969-cu ildə 534 min ton taxıl istehsal olunurdusa, 1974-cü ildə bu rəqəm 910 min tona çatdı. 1982-ci ildə isə taxıl istehsalı 1 milyon 24 min tonu keçdi. Pambıq istehsalı isə 10 il ərzində 3 dəfəyə yaxın artaraq 1982-ci ildə 1 milyon tondan çox oldu. Eləcə də tərəvəz istehsalı bu illərdə 372 min tondan 608 min tona, meyvə istehsalı 52 min tondan 345 min tona çatmış oldu. Ulu öndər 1979-cu ildə üzümçülüyün inkişafına dair yeni qərar qəbul etdi ki, bu da həmin sahədə məhsuldarlığı daha da yüksəltdi. Belə ki, üzüm istehsalı 1969-cu ildəki 272 min ton göstəricidən 1982-ci ildə 1 milyon 816 min tona çatdı.
Kənd təsərrüfatı ilə yanaşı, Azərbaycanın neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələrində qeydə alınan inkişaf ümumilikdə sənayenin sıçrayışına impuls vermiş oldu. Azərbaycan ötən əsrin 70-ci illərinə kimi əsasən aqrar ölkə statusu daşıyırdı və istehsal olunan milli məhsulun böyük bir hissəsi aqrar bölmənin payına düşürdü. 1969-1982-ci illərdə Heydər Əliyevin respublika sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər ölkənin iqtisadi mənzərəsini köklü şəkildə dəyişdirdi. 1970-1980-ci illər isə sənayenin inkişaf mərhələsi dövrü kimi tarixə düşdü və ölkəmiz sənaye respublikasına çevrildi. Respublikanın zəngin sənaye potensialına malik olduğunu nəzərə alan Heydər Əliyev bu sahənin köklü inkişafına təkan verdi. 10 il ərzində sənaye istehsalı bir neçə dəfə artdı. ümumi daxili məhsulun tərkibində sənaye məhsulunun payı kənd təsərrüfatı məhsullarının həcmini üstələyərək 66 faizə çatdı.
Bu illər ərzində ölkədə 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. Belə ki, 1969-cu ildə sənaye obyektlərinin sayı 735-ə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048- ə çatdırıldı.
Heydər Əliyevin 1969-1970-ci illər ərzində apardığı islahatlar iqtisadiyyatın dinamik inkişafı baxımından bütün İttifaq respublikalarından yüksək olub. ümummilli liderin Azərbaycanın tərəqqisi üçün yorulmaz fəaliyyəti əhalinin sosial vəziyyətində də mühüm dəyişikliklərə səbəb olmuşdu. Əhalinin pul gəlirlərinin artımı, ilk növbədə, əməkhaqlarının artımı sahəsində dövlətin gördüyü işlərin nəticəsi kimi qiymətləndirilməlidir. Heydər Əliyevin rəhbərliyi dövründə yaradılmış müəssisələrdə 200 mindən çox vətəndaş yeni iş yerlərində çalışırdı.
ümummilli lider Heydər Əliyevlə bir neçə dəfə görüşdüyünü deyən Nadir Hüseynbəyov, 1976-cı ildə Gəncə şəhərində Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunması münasibətilə keçirilən mərasimin də onda xoş xatirələr yaratdığını qeyd edir. Həmin vaxt kənd təsərrüfatı naziri vəzifəsini icra edən N.Hüseynbəyovla tədbirdə görüşən Ulu öndər Heydər Əliyev aqrar sahədə aparılan islahatları yüksək qiymətləndirib və tövsiyələrini verib. Sonrakı illərdə ümummilli liderlə bir neçə dəfə görüşə bilmək şərəfinə nail olduğunu qeyd edən Nadir Hüseynbəyov, Heydər Əliyevlə bağlı unudulmaz xatirələrinin tükənmək bilmədiyini söyləyir: “Mənim həyatımda Heydər Əliyevlə bağlı unudulmaz hadisələr çoxdur. Xoşbəxtəm və fəxr edirəm ki, məhz Heydər Əliyev üç dəfə mənim döşümə yüksək dövlət ordenlərini taxıb, respublikanın Kənd təsərrüfatı mühəndisi fəxri adını verib və Onun təqdimatı ilə iki dəfə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanına layiq görülmüşəm”.
Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə geniş quruculuq işlərindən kənarda qalmaq istəməyən Nadir Hüseynbəyov fəaliyyətini yenə də kənd təsərrüfatı sahəsində davam etdirir: “1992-ci ildə hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsiz və yarıtmaz idarəçiliyinə etiraz edərək öz ərizəmlə işdən çıxdım. Həmin dövrdə respublikada vəzifəyə elə adamları təyin edirdilər ki, vəzifədə qalıb işləməyə xəcalət çəkirdim. Buna görə də, pensiya yaşım çatdığını əsas göstərib həmin illərdə evdə oturmağa üstünlük verdim. ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişi, vaxtilə Onunla bir işləmiş kadr kimi məni hədsiz dərəcədə sevindirdi. Şükürlər edirdim ki, Tanrının bu xalqa yazığı gəldi, onu məhv olmaqdan xilas etdi və Heydər Əliyevi xalqa yenidən rəhbər göndərdi. ölkədəki xaosdan və qarışıqlıqdan ümidlərini itirmiş insanların gözündə sevinc hissi görünməyə başladı. Dahi öndərin hakimiyyətə gəlişindən sonra, ölkəmizdə sabitlik, əmin-amanlıq yarandı, əhalinin sabaha olan ümidləri dirçəldi. Dahi rəhbərə olan dərin inam bütün insanların qurub-yaratmaq, çalışmaq və dövlətin inkişafı üçün hər bir əziyyətə qatlaşmaq həvəsini gücləndirdi. Beləliklə, Azərbaycanda yeni bir dövr, inkişafa doğru yol açan tarixi mərhələ başlandı”.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Nadir Hüseynbəyov Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutunda baş direktorun birinci müavini vəzifəsində çalışıb. İki ildən sonra peşəkar kadr Kənd Təsərrüfatında özəl Bölmənin İnkişafına Yardım Agentliyində baş mütəxəssis vəzifəsinə təyin olunur və respublikamızda torpaq qanunvericiliyi ilə bağlı normativ-hüquqi aktların hazırlanmasında yaxından iştirak edir. Eyni zamanda, Nadir Hüseynbəyov Dünya Bankının layihələrinin tətbiq olunmasında ekspert kimi iştirak edib və bu məqsədlə DB-nin Tacikistan, Macarıstan, Qazaxıstan, Qırğızıstanda keçirdiyi beynəlxalq tədbirlərdə respublikamızı təmsil edib.
Nadir Hüseynbəyov 2002-ci ildə ümummili lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.
N.Hüseynbəyov bu gün inkişaf edən, yeniləşən Azərbaycanın uğurları ilə fəxr etdiyini, davamlı islahatların öz mühüm səmərəsini verdiyini bildirir: “ümummilli lider Heydər Əliyev Vətən və Xalq qarşısında vəzifəsini son nəfəsinədək şərəflə yerinə yetirdi, gələcək üçün dərin təməllər yaratdı. İndi bizim hamımızın borcu Onun siyasi varisi, Prezident İlham Əliyev ətrafında sıx birləşmək və Ulu öndərimizin başladığı işlərin davam etdirilməsinə kömək göstərməkdir”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
