Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Qarşıdan gələn bələdiyyə seçkilərində də YAP parlaq qələbə qazanacaq

Qarşıdan gələn bələdiyyə seçkilərində də YAP parlaq qələbə qazanacaq

24.10.2009 [10:38]

Hüseynbala Mirələmov: Partiyamızın qələbələrinin əsasında xalq sevgisi və inamı dayanır
Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. ötən 10 il müddətində bu gənc strukturun inkişafı ilə bağlı bir çox tədbirlər görülüb, qanun və qərarlar qəbul edilib. Artıq bələdiyyələr konkret olaraq insanlar üçün işlədiklərini anlayırlar və fəaliyyətlərini də bu istiqamətdə qururlar. üçüncü dəfə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək insanlar bu strukturlardan daha çox yenilik gözləyir...
Bu baxımdan da, Yeni Azərbaycan Partiyası (YAP) yeni seçki texnologiyası və cəmiyyətin tələblərini özündə əks etdirən şüarla bələdiyyə seçkilərinə hazırlaşır. Bütün Azərbaycan xalqının seçimi olan YAP-ın seçkilərə hazırlıq işlərini onun ayrı-ayrı şəhər və rayon təşkilatlarının timsalında görmək olar. Bu mənada YAP Xətai rayon təşkilatının seçkilərə hazırlıq işləri və digər məsələlərlə bağlı rayon təşkilatının sədri, millət vəkili, Yeni Azərbaycan Partiyasının 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Hüseynbala Mirələmovla söhbətləşdik:
- Hüseynbala müəllim, YAP Xətai rayon təşkilatının dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı apardığı hazırlıq işləri hansı vəziyyətdədir?
- Dekabr ayında keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq YAP Xətai rayon təşkilatı artıq hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Rayonda yerləşən 2 bələdiyyə üzrə 30 - Xətai bələdiyyəsindən 19, Əhmədli bələdiyyəsindən isə 11 nəfərin namizədliyi irəli sürülüb. Artıq namizədlərin imza vərəqələri təsdiqlənərək dairə seçki komissiyasına göndərilir. Digər tərəfdən, rayon təşkilatı olaraq yerlərdə insanlarla ünsiyyətdə oluruq, problemləri öyrənirik...
ümumiyyətlə, etiraf olunmalıdır ki, bu günə qədər bələdiyyələr ictimai, sosial məsələlərdə heç də yetərincə aktiv iştirak etməyiblər. Əslində, bələdiyyələr yerləşdikləri ərazilər üzrə məskunlaşmış insanların sosial problemləri ilə maraqlanmalı və həll etməlidir. Amma 1999-cu ildə yaranmış bələdiyyə institutunda təmsil olunan şəxslərin bəziləri öz vəzifələrinin öhdəsindən gələ bilməyiblər. Bunun isə səbəbləri fərqlidir...
Bu baxımdan Yeni Azərbaycan Partiyası bələdiyyələrin fəaliyyətində effektivliyi artırmaq məqsədilə müxtəlif təşəbbüslərlə çıxış edib. Onlardan biri də məhz, partiyamızın seçkilərə getdiyi şüardır: bələdiyyələr Azərbaycan xalqına yerlərdə daha ləyaqətlə xidmət etməlidir. Yəni, hərtərəfli modernləşən, inkişaf edən Azərbaycanın vətəndaşları yerlərdə daha ləyaqətli xidmətlə əhatələnməlidir.
Bununla yanaşı, Yeni Azərbaycan Partiyası həm qadınların, həm də gənclərin bu seçkilərdə iştirakının üstünlük təşkil etməsi istiqamətində təşviqat kampaniyası həyata keçirdi. Məlum olduğu kimi, YAP-ın sıralarında qadınlar və gənclər kifayət qədərdir. 500 min nəfərə yaxın üzvü olan partiyanın 40 faizə qədərini gənclər, 50 faizə yaxınını isə qadınlar təşkil edir. YAP hər bələdiyyə seçkisində çalışır ki, namizədlər arasında qadınların və gənclərin sayı çoxalsın. Xatırladım ki, ötən siyasi kampaniyalar bir daha sübut etdi ki, qadınlar və gənclər seçki prosesinin aktiv iştirakçılarıdırlar. Bundan əvvəl keçirilmiş seçkilərdə və referendumda biz bunun şahidi olmuşuq...
Bir sözlə, başlıca hədəflər bundan ibarətdir ki, bələdiyyələrin cəmiyyətin həyatında, ictimai, sosial məsələlərin yoluna qoyulmasında rolu artırılsın. Digər bir tərəfdən, bələdiyyələr öz səlahiyyətlərini və vəzifələrini daha yaxşı, daha keyfiyyətli yerinə yetirsinlər.
- Bələdiyyələrin idarə olunması ilə bağlı bir sıra təkmilləşmə işləri də həyata keçirilib...
- Bələdiyyələr özünüidarəetmə orqanı kimi Azərbaycanda yaranmış cavan strukturdur. Əvvəlki illərdə bələdiyyələrə seçilən şəxslər bəzən bu orqanların konkret olaraq hansı fəaliyyətlə məşğul olduğunu, əsas funksiyasının nədən ibarət olduğunu və s. bilmirdilər. Amma artıq bu sahə üzrə parlamentdə bir sıra qanunlar qəbul edilib, tədbirlər həyata keçirilib, bələdiyyələrə sosial baxış tamamilə dəyişib. Deməli, bu sahədə artıq təkmilləşmələr aparılmalı, mükəmməl proqramlar ortaya qoyulmalıdır...
Bildiyiniz kimi, 18 mart 2009-cu ildə keçirilmiş referendumda bələdiyyələrlə bağlı bəzi maddələrə əlavə və dəyişikliklər oldu. Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə görə, bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Həmçinin, bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
Digər tərəfdən, bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.
Eyni zamanda, əlavə və dəyişikliklərə görə, Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.
Bütün bunlar onu göstərir ki, bələdiyyələrin fəaliyyəti, strukturu təkmilləşdirilir, yeniləşdirilir.
- Yeni Azərbaycan Partiyasının seçkilərlə bağlı hazırlıq işlərini başa vurduğu bir vaxtda Azərbaycan xalqı hələ də müxalifətdən bir hərəkət görmür. Sizcə, bunun səbəbi nədir?
- Bilirsiniz, seçki ölkədəki siyasi-iqtisadi, sosial atmosferə təsir edə bilən bir siyasi prosesdir. Dövlət seçkilərin daha şəffaf, ədalətli və demokratik keçirilməsi üçün bütün vasitələri işə salır. Hərçənd ki, opponentlərimiz, hər zamankı kimi, diqqəti cəlb etmək məqsədilə böhtan kampaniyası aparır. Amma bunun heç bir əhəmiyyəti yoxdur. çünki, xarici dövlətlər artıq Azərbaycanın seçki təcrübəsindən istifadə edirlər, bəhrələnirlər...
Biz keçən bələdiyyə seçkilərində olduğu kimi, yenə də müxalifət partiyalarının namizəd irəli sürməklə bağlı çətinliklərlə üzləşdiyini müşahidə etməkdəyik. Bunun isə yalnız bir səbəbi var: müxalifət partiyalarının bələdiyyələrə irəli sürmək üçün yetərli namizədləri yoxdur. 2004-cü ildə bu belə olmuşdu. Bu il də belə olacaq. çünki, bələdiyyələrə 20 minə yaxın namizəd irəli sürmək lazımdır. Bu böyük bir rəqəmdir. Müxalifət partiyaları bu potensiala malik deyil. Ona görə də yetərincə insanı bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürmək imkanlarından məhrumdurlar. Və bunu ört-basdır etmək üçün müxtəlif bəhanələr gətirməyə çalışırlar...Bu gün müxalifət partiyalarının hansısa bəhanələr gətirməsi, “blok yaratması”, “blokdan ayrılması” və s. qarşı tərəfin sosial bazasının olmaması ilə bağlıdır...
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP parlaq qələbə qazanacaq. çünki, partiyamızın qələbələrinin əsasında xalq sevgisi və inamı dayanır. Müxalifət isə, həmişə olduğu kimi, eyni ampluasında qalacaq.

Paylaş:
Baxılıb: 1188 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30