Türkiyə-Ermənistan sərhədləri açılacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həlli uzana bilər
23.10.2009 [09:24]
Milli Məclisin sədr müavini Bahar Muradovanın SİA-ya müsahibəsi:
- Bahar xanım, Türkiyə-Ermənistan yaxınlaşması və bunun fonunda Azərbaycanla münasibətlərdə yaranan vəziyyəti necə qiymətləndirirsiniz?
- Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sərhədlərin açılması məsələsini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən və ümumiyyətlə, Türkiyə-Azərbaycan, Azərbaycan-Ermənistan münasibətlərindən ayrı tutmaq olmaz. Bu, Türkiyə-Ermənistan yaxınlaşması meydana çıxan gündən Azərbaycan ictimaiyyətində və rəsmi dairələrdə narahatçılıq doğurmağa başladı. Buna da normal yanaşmaq lazımdır. Türkiyə Ermənistanla sərhədlərini ona görə bağlamışdı ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi, 1 milyondan çox insan öz doğma torpaqlarından qovularaq qaçqın durumuna düşmüşdü. İşğal faktı aradan qalxmadan Türkiyənin belə bir siyasi kurs həyata keçirməsi bizim üçün narahatçılıq doğurmaya bilməz. Türkiyə hakimiyyəti hər zaman bildirir ki, bu protokollar Azərbaycana qarşı yönəlməyib, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən sərhədlər açılmayacaq. Amma bu söyləntilər də bizim narahatçılığımızı aradan qaldırmır. Bu, Türkiyənin qeyri-səmimi olması ilə deyil, Ermənistanın hər zaman beynəlxalq hüquq normalarına sayqısız yanaşması və qeyri-konstruktiv olması ilə bağlıdır. Türkiyə-Ermənistan sərhədləri açılacağı təqdirdə ermənilər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda həddən artıq maksimalist mövqe nümayiş etdirə bilərlər ki, bu da münaqişənin həllini uzada bilər. Bizim narahatçılığımız həm də Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarından əl çəkməyəcəyi ilə bağlıdır.
- İmzalanmış protokollar Türkiyə Böyük Millət Məclisindən keçərsə, Azərbaycanın cavab addımları nə olacaq?
- Mən istəməzdim ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən protokollar Türkiyə Böyük Millət Məclisindən keçsin. Biz düşünürük ki, Türkiyə-Azərbaycan münasibətləri o səviyyədədir ki, ölkələrin xarici siyasəti ayrı-ayrı dövlətlərin müstəqil siyasəti kimi qiymətləndirilməsin. Bizim maraqlarımız ortaqdır, yürütdüyümüz xarici siyasət də buna paralel olmalıdır.
İnanıram ki, Türkiyə hakimiyyəti Azərbaycana verdiyi sözü tutacaq. Bu baxımdan hansısa proqnoz vermək çətindir.
- İki ölkə arasında yaşanan bayraq gərginliyi ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda bayraq haqqında qanun var. Bu Qanunda Azərbaycan bayrağının və xarici ölkələrin bayraqlarının harada asılması konkret olaraq göstərilib. Mən hesab edirəm ki, biz bu Qanunun tələblərinə hər zaman əməl etməliyik. Qanuna əməl edilmədiyi halda, bax belə problemlər yaranır.
Əgər əvvəldən Qanuna ciddi şəkildə əməl olunsaydı indi bu məsələ bu səviyyədə şişirdilməzdi. Düşünürəm ki, Bursada Türkiyə-Ermənistan milli komandalarının futbol oyunu zamanı Azərbaycan bayrağına hörmətsizlik edən konkret şəxslər tapılıb cəzalandırılmalı idilər. Bu, hər kəsə ibrət olardı ki, bayraq hər bir dövlətin, xalqın milli rəmzidir və onu təhqir etmək olmaz.
- Millət vəkillərimiz Moskvada erməni parlamentarilərlə görüşəcəklər. Bu görüşün səbəbi nədir?
- Bir müddət öncə Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə azərbaycanlı və erməni ziyalılar qarşılıqlı səfərlər (Azərbaycana-Dağlıq Qarabağa, Ermənistana) etmişdilər və həmin səfərlər zamanı razılaşdırılmışdı ki, növbəti dəfə azərbaycanlı və erməni deputatlar Moskvada görüşsünlər və Dəyirmi masa keçirilsin, parlamentarilər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparsınlar. Bu görüş həmin razılaşma çərçivəsində keçiriləcək.
- Müxalifət bələdiyyə seçkiləri ərəfəsində “Siyasi Partiyalar Haqqında” Qanuna dəyişikliklər edilməsini təklif edir. Buna münasibətiniz necədir?
- Müxalifət Qanunda hansısa dəyişikliklər edilməsini istəyirsə, bu dəyişiklikləri əsaslandırmalıdır. Mən hesab edirəm ki, indi bələdiyyə seçkilərinə hazırlığın elə bir mərhələsidir ki, hansısa Qanuna dəyişiklik etmək təklifindən daha çox seçkiyə ciddi hazırlaşmaq lazımdır. Sözügedən Qanun elə bir səviyyədədir ki, istənilən şəxsin, siyası partiyanın, partiyalar blokunun seçkidə iştirakını tam şəkildə təmin edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40

