Sərhədlərin açılması nəinki Azərbaycana, birinci növbədə Türkiyənin özünə zərbə olacaq
20.10.2009 [02:34]
Milli Məclis sədrinin I müavini, Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov SİA-ya eksklüziv müsahibə verib:
- Ziyafət müəllim, bir müddət bundan əvvəl Türkiyənin Baş naziri və prezidenti Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla sərhədlərinin açılmasının mümkünsüz olması barədə bəyanatlar verdilər. Buna baxmayaraq, Sürixdə Türkiyə ilə Ermənistan arasında qarşılıqlı əməkdaşlığı və sərhədlərin açılmasını özündə əks etdirən protokollar imzalandı. Sizə elə gəlmirmi ki, Türkiyə bizi aldadır?
- Hamıya məlumdur ki, bu ilin may ayında Türkiyənin Baş naziri, cənab Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə oldu və geniş çıxış etdi. O, belə bir bəyanat verdi ki, Azərbaycan torpaqları azad olunmayana kimi, Türkiyə Ermənistanla heç bir əlaqə qurmayacaq. Bu bəyanatın mənası ondan ibarətdir ki, yəni, bütün işğal edilmiş torpaqlarımızda Azərbaycanın suverenliyi bərpa olunmayana qədər, Türkiyə bu yola getməyəcək. Lakin çox təəssüf edirəm ki, Türkiyə bu yola getdi və sənədlər Sürixdə imzalandı. İndi isə deyirlər ki, guya sənədlər Türkiyə parlamentinə gedəcək və orada ratifikasiya olunmayacaq. Hər halda bunu zaman göstərəcək. Eyni zamanda təəssüf edirəm ki, Bakıda verilən bəyanat bu prosesin özünə, ümumiyyətlə isə Türkiyə iqtidarının bugünkü davranışı Azərbaycanla olan dostluq və qardaşlıq əlaqələrinin ruhuna heç uyğun gəlmir. Bəzən deyirlər ki, guya Türkiyəyə ABŞ, Qərb tərəfindən təzyiqlər var. Mən bunları ciddi qəbul etmirəm. Ona görə ki, Türkiyə böyük dövlətdir, güclü ordusu var, NATO-da ordusunun gücünə görə ABŞ-dan sonra ikinci yerdə durur. Türkiyəyə əvvəllər də müəyyən təzyiqlər olub. Hesab edirəm ki, əgər bu cür təzyiqlər var idisə, Türkiyə istəsəydi, onlara sinə gərə bilərdi. Digər bir tərəfdən, məni ən çox narahat edən məsələlərdən biri də Ermənistan və Türkiyə arasında protokolların imzalanmasıdır. Hələ bu protokolların imzalanması prosesindən əvvəl həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri bəyan edirdilər ki, guya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələləri ayrıca bir prosesdir. Yəni, bunu bir-birinə bağlamaq və qarışdırmaq olmaz. Lakin, biz həmişə, o cümlədən, bu gün də deyirik ki, bu proseslər bərabər və paralel getməlidir. Yəni, əgər sərhədlər açılırsa, mütləq Dağlıq Qarabağ problemi də paralel şəkildə həll olunmalıdır.
- Türkiyə ilə Ermənistan arasındakı futbol oyunu zamanı stadiona Azərbaycan bayraqlarının buraxılmaması və bayrağımızın təhqir olunması məsələsinə necə şərh verərdiniz?
- Bilirsiniz, bunu Azərbaycan dövlətinə olan hörmətsizliyin əlaməti hesab edirəm. Siz fikir verin, eyni gündə Bakıda keçirilən Rusiya-Azərbaycan futbol matçında ən yuxarı yerlərdə Türkiyə bayraqları dalğalanırdı. Amma baxmayaraq ki, Azərbaycanla Rusiya oynayırdı, FİFA ona etiraz etmədi. Burada FİFA-nın heç bir günahını görmürəm. Bu, sadəcə, bir oyun idi. Bunu da belə qələmə verdilər ki, guya FİFA bu cür qərar verib. Mənim bayrağım, Azərbaycanın bayrağı hər bir ölkə vətəndaşı üçün, o cümlədən, mənim üçün qürur mənbəyidir. Mənim bayrağımı tapdalayırlarsa, deməli, məni tapdalayırlar, məni təhqir edirlər. Hər halda, yəqin ki, bu məsələlər sonradan da araşdırılacaq. Bu işi törədənlərə ar olsun deyirəm.
- Bu yaxınlarda Türkiyədən səfərdən qayıdan deputatımızdan bəziləri protokolların Böyük Millət Məclisində ratifikasiya olunmayacağına inandıqlarını deyiblər. Sizcə onlarda bu əminlik haradan yaranıb?
- Deputatlarımıza təşəkkür edirəm ki, orada çox yaxşı işləyiblər. Səfər çərçivəsində Türkiyənin dövlət və hökumət nümayəndələrilə görüşüb söhbət ediblər. çox məhsuldar danışıqlar aparıblar, televiziyalarda çıxış ediblər və bir daha Azərbaycanın mövqeyini çatdırıb, sərhədlərin açılmasından sonra vəziyyətin hansı istiqamətdə dəyişəcəyi haqda çox geniş məlumatlar veriblər. Lakin biri var təəssürat, biri də var real əməl. Gözləyək, baxaq görək necə olacaq. İndi Türkiyədə də, Ermənistanda da çox tələsirlər ki, sərhədlər açılsın, Ermənistana “oksigen maskası” verilsin, işğalçı ölkə özünə gəlsin və sairə. Amma, istərdim ki, bunu bütün türk xalqı bilsin. Bu gün Ermənistanın Konstitusiyasında və digər qanunvericiliyində Türkiyə ərazilərinə iddialarla bağlı müddəalar var. Bu gün Ermənistan hətta şifahi şəkildə “mən Türkiyənin ərazi bütövlüyünü tanıyıram” desə, bu, tamamilə boş söhbətdir. Yəni, sərhədlər açılan kimi onların iddia etdikləri ərazilərdə erməniləri yerləşdirəcəklər və bir müddətdən sonra tələb edəcəklər ki, bura bizim torpaqlardır. O zaman Türkiyə nə edəcək? Necə ki, ermənilər bunu bizim başımıza gətiriblər. Mən istəyirəm ki, bu məsələlərdə Türkiyə xalqı ayıq olsun. çünki, bu ermənilər belə bir tayfadırlar ki, bunlar bir yerdə bir-iki il cəmləşən kimi, oranı mənimsəyirlər. Yəni, ermənilər özlərini qonaq kimi yox, yerli kimi hiss edirlər. Bunların elə bil psixologiyası korlanıb, zəhərlənib. Baxın, ermənilər bu cür tayfadırlar. Buna görə də mən bir daha o fikirdəyəm ki, hər halda bu sərhədlərin açılması nəinki Azərbaycana, birinci növbədə Türkiyənin özünə zərbə olacaq. Bu gün bir çox dövlətlər Türkiyənin zəiflədilməsində, parçalanmasında maraqlıdırlar. Bu, həmin dövlətlərin əzəli maraqları olub. Türkiyədə bunu hər bir insanın bilməsi vacibdir.
Onlar sərhədləri ona görə açmırlar ki, Türkiyə gedib Ermənistanda investisiyalar qoysun. Onların sərhədləri açmaqda məqsədi başqadır. İndi siz fikir verin, bunlar sərhədi açırlar, ermənilər həmin ərazilərə köçürülürlər, digər tərəfdən, kürd məsələsi və sairə. Görün Türkiyə, nə günə qalıb ki, hətta bu ölkə rəhbərlərinə deyirlər ki, Atatürkü Qoruma haqqında qanunu rədd edin. Atatürk bu dövlətin qurucusudur. Görün Türkiyənin milli heysiyyatına necə toxunurlar.
Bunların məqsədi ondan ibarətdir ki, Türkiyəni zəiflətsinlər. Bütün məsuliyyətimlə deyirəm ki, Türkiyə bu problemləri həll etsə belə, onlar Türkiyənin qarşısında yeni şərtlər qoyacaqlar.
- Ziyafət müəllim, hazırkı vəziyyətdə Azərbaycan dövlətinin hərbi gücünü necə qiymətləndirirsiniz?
- Ulu öndərimiz Heydər Əliyev bizə hər zaman özümüzə, iqtisadiyyatımıza və ordumuza arxalanmağı tövsiyyə edirdi. Həyat göstərdi ki, Ulu öndər doğrudan da uzaqgörən bir siyasətçi, uzaqgörən dövlət adamı olub. Vaxtı ilə Ulu öndərimizin qeyd etdiyi kimi, Azərbaycan torpaqlarının işğaldan azad olunması Azərbaycan ordusunun gücündən asılıdır. Bizim ordumuz nə qədər güclü olsa, diplomatiyamız da bir o qədər güclü olacaq. Ordunun güclü olması üçün isə iqtisadiyyatımız güclü olmalıdır. Şükür Allaha ki, ordumuz da güclüdür, iqtisadiyyatımız da. İqtisadiyyatımızın güclü olmasını təmin edən isə möhtərəm Prezidentimiz İlham Əliyevdir. Biz Prezident İlham Əliyevi müdafiə etməli, dəstəkləməliyik. Bu üç komponent - ordu, iqtisadiyyat və ölkə Prezidenti cənab İlham Əliyev varsa, Azərbaycan da güclü olacaq. çünki, bu gün Azərbaycanda ordunun güclənməsi iqtisadiyyatdan, iqtisadiyyatın güclənməsi isə möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətdən keçir. Yəni, Azərbaycanda bütün bu güclənmənin başında möhtərəm Prezidentimiz İlham Əliyev cənabları durur. Mən istəyirəm ki, bunu hər bir oxucumuz bilsin. Bu sözlər, sadəcə, bir iqtidar nümayəndəsinin dediyi ifadələr deyil. Mən daxilən buna inanıram və əminəm ki, bu, doğrudan da belədir. çünki, görə-görə gəlirik. Baxın, son 5 il ərzində cənab Prezident nə qədər işlər görüb. Hətta müxalifətdə olan insanların arasında da Azərbaycanda gedən işlərə böyük qiymət verənləri var. Onlar özləri də əmin olub görürlər ki, bəli, bugünkü ordunun güclənməsi, bugünkü iqtisadiyyatın güclənməsi, əhalinin güzəranının yaxşılaşması bilavasitə ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyevin xidmətidir.
- Azərbaycanın Hərbi Doktrinası ilə bağlı müvafiq iş aparılırdı...
- Cənab Prezidentin Sərəncamı əsasında Azərbaycanın Hərbi Doktrinası ilə bağlı xüsusi Komissiya yaradılıb və bu Komissiya hazırda işləyir. Mənim bildiyimə görə, sözügedən sənədin üzərində artıq tamamlanma işləri gedir və cənab Prezident tərəfindən təqdim olunduqdan sonra yəqin ki, biz onu parlamentdə təsdiq edəcəyik. Yəni, bu, Konstitusiya ilə Prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Adətən, dövlət başçımız sənədi Azərbaycan Milli Məclisinə təqdim edir və biz də onu təsdiq edirik. Hərbi Doktrina bizim konstitusion institumuzdur və əgər Konstitusiyada öz əksini tapıbsa, biz bunu qəbul etməliyik. Hərbi Doktrinanın qəbulu bir az yubansa da, bu, hərtərəfli və balanslaşdırılmış bir sənəd olacaq. Yəni, regionda baş verən son proseslər bizi məcbur edir ki, bu sənədi daha da kamilləşdirək və onu Azərbaycan xalqı və dövlətinin mənafeyinə uyğun formada ortaya qoyaq.
- Qarşıdan NATO Parlament Assambleyasının qış sessiyası gəlir. Bu sessiyada Azərbaycanla bağlı hansı məsələlərin müzakirə olunması gözlənilir?
- Həmin sessiyada konkret Azərbaycanla bağlı ayrıca mövzu olmayacaq. Gündəlik hələ dəqiq məlum deyil, amma təxminən noyabrın əvvəllərində biz sessiyanın gündəliyini əldə edə biləcəyik.
- Son vaxtlar orduda guya kütləvi zəhərlənmələrlə bağlı məlumatlar yayılmışdı. Bu məsələyə münasibətiniz necədir?
- Mən, əlbəttə ki, belə fikirləri tamamilə rədd edirəm. Bu gün Azərbaycan ordusu NATO standartlarına cavab verən kamil bir ordu səviyyəsindədir və istənilən işğalçını yerində oturtmaq gücündədir. Sadəcə, nəzərə almaq lazımdır ki, ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə necə ayrı-ayrı hadisələr olursa, orduda da belə hallar mümkündür. Əsas odur ki, belə hallar olanda, ordu rəhbərliyi və hərbi prokurorluq buna dərhal reaksiya verir və bu məsələ dərhal aradan qaldırılır. Amma, kütləvi zəhərlənmələr barədə deyilən məsələlər ordunu gözdən salmaq məqsədi daşıyır.
- Alternativ xidmət haqqında qanun nə vaxt qəbul olunacaq?
- Bizdə alternativ xidmət haqqında qanun layihəsi var. Bu sənədi baxılmaq üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərmişik. Eyni zamanda həmin qanun layihəsi ilə bağlı Azərbaycanda müvafiq dövlət qurumlarının, Müdafiə Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Respublika Hərbi Komissarlığının, Qafqaz Müsəlmanları İdarəsinin rəylərini almışıq ki, bu sənəd kamil bir formada ortaya çıxsın. Hazırda Venesiya Komissiyası ilə birgə sözügedən sənəd üzərində çalışırıq. Yəqin ki, o rəylər razılaşdırıldıqdan sonra biz bu qanun layihəsini qəbul edə biləcəyik.
- Milli Məclisin növbəti sessiyalarında hansı məsələlərlə bağlı qanunların qəbul olunması nəzərdə tutulub?
- Bilirsiniz ki, birinci iclasımızda Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planını təsdiq etmişik. Yaz sessiyasından qalan bir sıra qanunlar var idi. Növbəti sessiyanın iclaslarında “Tikinti Məcəlləsi”, “Şəhərsalma Məcəlləsi”, “Rəqabət Məcəlləsi”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında”, “Sülhməramlı əməliyyatlarda iştirak haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında”, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” və digər qanun layihələrinin qəbul olunması nəzərdə tutulub. Payız sessiyasının da qrafiki çox sıxdır və qəbul olunması nəzərdə tutulan sənədlərimiz var. Əlbəttə, biz çalışacağıq ki, həmin sənədlərin hər birini qəbul edək.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
