/ / Kənd təsərrüfatında iqtisadi dayanıqlılığı təmin etmək üçün hökumət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir
Kənd təsərrüfatında iqtisadi dayanıqlılığı təmin etmək üçün hökumət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir
19.09.2009 [14:00]
- Aslan müəllim, Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası ilə bağlı vəziyyət necədir?
- Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” aqrar sahənin davamlı inkişafının təmin edilməsində mühüm rola malikdir. Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar həmin sənəddə 164 tədbir nəzərdə tutulmuşdur ki, ondan da 101-i kənd təsərrüfatı sahəsi üzrədir. Dövlət Proqramında əsas hədəf kimi 2015-ci il üçün hər hektardan taxılın məhsuldarlığının 32 sentnerə, ümumi istehsalın 2,8 milyon tona, ət istehsalının 340 min tona, süd və süd məhsulları istehsalının 2,4 milyon tona, quş əti istehsalının 80 min tona, yumurta istehsalının 1,3 milyard ədədə, kartof istehsalının 1,12 milyon tona, tərəvəz və bostan məhsulları istehsalının 1,72 milyon tona, meyvə istehsalının 800 min tona, çay yarpağı istehsalının 3 min tona çatdırılması nəzərdə tutulmuşdur. Proqramda qeyd edilən məqsədlərə nail olunması üçün aqrar sahənin qarşısında mühüm vəzifələr durur. Eyni zamanda, dövlət tərəfindən bu vəzifələrin yerinə yetirilməsi üçün qayğı və diqqət də göstərilməkdədir.
2008-ci ilin əvvəlində ölkədə Taxıl Fondunun yaradılması, taxıl biçini mövsümünün mütəşəkkil və yüksək göstəricilərlə başa çatdırılması, ölkənin tarixində rekord miqdarda taxıl yığılması nəticə etibarilə aqrar sahənin təsərrüfat-maliyyə fəaliyyətinə də öz təsirini göstərməkdədir. Taxıl fondunun formalaşdırılması və eləcə də taxıl bazarında qiymətlərin səviyyəsinin sabitləşdirilməsi üçün, fikrimizcə, yerli əmtəə istehsalçılarından taxılın tədarük edilməsi ön plana çəkilməlidir. Təbiidir ki, taxıl fondu keyfiyyətli taxılın tədarükünə üstünlük verir. Qeyd etmək lazımdır ki, hal-hazırda respublikamızda fəaliyyət göstərən kənd təsərrüfatı əmtəə istehsalçılarının əksəriyyətində taxıltəmizləyən qurğuların olmaması, eləcə də bu qurğuların əldə edilməsi üçün iqtisadi imkanların məhdudluğu son nəticədə istehsal edilən taxılın təmizlənməsində problemlər yaradır. Hazırda bu məsələ öz həllini tapmışdır.
Son illər dövlət tərəfindən kənd təsərrüfatına göstərilən qayğı və diqqət öz müsbət nəticələrini verməkdədir. Belə ki, 17 avqust 2009-cu il vəziyyətinə ölkə üzrə rekord həcmdə dənli və dənli-paxlalılar istehsal edilmişdir. 17 avqust 2009-cu il vəziyyətinə ölkə üzrə 2810,7 min ton taxıl istehsal edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 492,3 min ton çoxdur. ölkə üzrə taxılçılıqda qarğıdalısız orta məhsuldarlıq səviyyəsi 25,9 sent/ha olmuşdur. Taxılçılıqda ən çox diqqət yetirilən sahələrdən biri ölkənin ərzaq təhlükəsizliyinin əsasını təşkil edən buğda istehsalıdır. 17 avqust 2009-cu il vəziyyətinə ölkə üzrə 2131,1 min ton buğda istehsal edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 460,7 min ton çoxdur. 2009-cu ilin məhsulu üzrə 1092,5 min hektar sahəyə taxıl əkilmişdir ki, bu da 2008-ci illə müqayisədə 229,1 min hektar çoxdur. 2008-ci illə müqayisədə 2009-cu ildə buğda əkin sahəsinin həcmi də 202,6 min hektar artmışdır. 2009-cu ildə taxıl istehsalı üzrə 33 rayonda yüksək iqtisadi göstəricilərə nail olunmuş, o cümlədən, məhsuldarlıq səviyyəsi artırılmışdır.
- 2009-cu ildə kənd təsərrüfatının hansı sahələrində artım gözlənilir?
- Son 6 ayda kənd təsərrüfatında iqtisadi artım 6,6 faiz, o cümlədən, bitkiçilikdə 9,2 faiz, heyvandarlıqda isə 2,1 faiz olmuşdur ki, bu da MDB ölkələri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksək göstərici hesab oluna bilər. 2008-ci illə müqayisədə 2009-cu ildə bütün təsərrüfat kateqoriyaları üzrə mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı da artmışdır. Belə ki, 2009-cu il 1 iyul vəziyyətinə ölkə üzrə 2583,7 min baş qaramal, o cümlədən, 1248,5 min inək və camış, 8446,8 min baş qoyun və keçi mövcud olmuşdur ki, bu da 2008-ci illə müqayisədə müvafiq olaraq 2,0; 2,1; 1,6 faiz çoxdur. 1 iyul 2009-cu il vəziyyətinə ölkə üzrə 147,3 min ton ət, 700,6 min ton süd, 614,1 min ədəd yumurta, 13,0 min ton yun istehsal edilmişdir. 2008-ci illə müqayisədə ət istehsalı 1,5 min ton, süd istehsalı 17,2 min ton, yumurta istehsalı 67,9 min ədəd, yun istehsalı 0,3 min ton artmışdır. Heyvandarlıqda damazlıq təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə diqqət yetirilməsi aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Respublikasında lizinq yolu ilə güzəştlə satın alınmış düyələrin təsərrüfatlar üzrə paylanması təmin edilmişdir. 03 sentyabr 2009-cu il tarixə təsərrüfatlara 770 baş düyə satılmış, onlardan 535 başı doğmuşdur. Bu praktikanın genişləndirilməsi hazırda diqqət mərkəzindədir. ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirilməsi hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri hesab olunur.
- Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına verilən yardım və subsidiyaların məhsul istehsalının artırılmasında rolu nədən ibarət olub?
- Son illərdə bütün aqrar sahələrdə çalışanlara subsidiyalar verilməkdədir. Son iki ildə toxum satışına görə dövlət və özəl toxumçuluq və tingçilik təsərrüfatlarına subsidiyaların verilməsi təmin edilmişdir. 2007-2008-ci illərdə adı çəkilən təsərrüfatlara 4672,9 min manat məbləğində subsidiya verilmişdir. 2007-ci ildə dövlət və özəl toxumçuluq və tingçilik təsərrüfatlarına 891,55 min manat məbləğində subsidiya verilmişdir ki, onun da 737,35 min manatı taxılçılıq təsərrüfatlarının payına düşür. 2008-ci ildə isə toxumçuluq və tingçilik təsərrüfatlarına verilən subsidiyaların həcmi 4,2 dəfə artmışdır. Taxılçılıq üzrə toxum istehsal edən təsərrüfatlara 2008-ci ildə 3501,5 min manat məbləğində subsidiya verilmişdir. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, artıq respublikamızda kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması üzrə uğurlu bir praktikanın əsası qoyulmuşdur. Belə ki, 2007-ci ildə yanacaq və motor yağlarına görə 42191,4 min manat, buğda səpininə görə isə 20212,1 min manat məbləğində, bütövlükdə isə 62403,5 min manat məbləğində dövlət büdcəsindən subsidiya verilmişdir. 2008-ci ildə yanacaq və motor yağlarına görə ödənilən subsidiyanın həcmi 53791,6 min manat, buğda və çəltik səpininə görə subsidiyaların ödənişi 29680,9 min manat, bütövlükdə dövlət büdcəsindən ödənilən subsidiyalar isə 83472,5 min manat təşkil etmişdir. 2007-ci illə müqayisədə 2008-ci ildə kənd təsərrüfatı əmtəə istehsalçılarına ödənilən subsidiyaların həcmi 1,3 dəfə artmışdır. Məhz bunun nəticəsidir ki, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli nəticələr əldə edilmiş, adambaşına gündəlik istehlak edilən ərzaq məhsullarının istehsal həcmi xeyli dərəcədə artmış, bir çox ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlmiş, əhalinin ərzaq əldəetmə imkanları əsaslı surətdə yaxşılaşmışdır.
Son illər dövlət toxumçuluq, tingçilik və damazlıq müəssisələrində əvvəlki illərlə müqayisədə müəyyən irəliləyişlər əldə edilmişdir. Belə ki, 2009-cu ildə ümumilikdə adı çəkilən təsərrüfatlarda 5931 hektar sahədə taxıl əkini aparılmış, 11171 min ton məhsul istehsal edilmişdir ki, bu da 2008-ci illə müqayisədə istehsal edilən məhsuldan təqribən 2 min ton, 2007-ci illə müqayisədə isə 6 min ton çoxdur. 2009-cu ildə elmi-tədqiqat institutlarının təcrübə təsərrüfatlarında istehsal edilən elit və superelit toxumlarına görə dövlət büdcəsindən ödənilən subsidiyaların həcmi 927,4 min manat, dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal edilən I və II reproduksiyalı toxumlara və tinglərə görə büdcə subsidiyalarının həcmi 5 milyon manat təşkil etmişdir. Rusiya Federasiyasından gətirilmiş və özəl toxumçuluq təsərrufatlarında əkilən I reproduksiyalı buğda toxumunun əkin sahəsi 953,8 hektar, məhsuldarlıq səviyyəsi 34,7 sentner, ümumi məhsul istehsalı 3312,9 min ton, ondan kondisiyalı toxum istehsalı 2636,6 min ton təşkil etmişdir.
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

