Heydər Əliyev məktəbi ilk növbədə öz şagirdlərinə vətəni, xalqı, milləti sevməyi öyrədirdi
28.08.2009 [00:27]
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdi...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə “Şöhrət” ordeni ilə təltif olunmuş, Prezident təqaüdçüsü Lidiya Rəsulovadır:
- Lidiya xanım, məlumdur ki, həm keçmiş SSRİ dönəmində, həm də müstəqillik illərində siz Ulu öndər Heydər Əliyevlə uzun müddət birlikdə çalışmısınız. Sizin ümummilli liderimizlə ilk tanışlığınızın necə olduğunu bilmək istərdik...
- 1972-ci ildə məni Mərkəzi Komitəyə dəvət etdilər. Orada mənə təbliğat-təşviqat şöbəsinin təlimatçı vəzifəsi təklif etdilər. Amma həmin vaxta qədər Sabunçu rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri işləmişdim. İşlədiyim 6 il ərzində bu sahə üzrə müəyyən təcrübə toplamışdım...
Qeyd edim ki, əgər Mərkəzi Komitəyə hansısa vəzifəyə namizəd irəli sürülürdüsə, o, mütləq I katiblə görüşməli idi. Beləliklə, o vaxt Mərkəzi Komitədə təbliğat-təşviqat şöbəsinin müdiri Teymur Əliyev məni Heydər Əliyevin qəbuluna apardı...
Ona qədər isə mənim Heydər Əliyevlə təkbətək görüşüm olmamışdı. Biz yalnız ümumi partiya yığıncaqlarında görüşərdik, ünsiyyətdə olardıq...
Amma bu dəfə mən Ulu öndər Heydər Əliyevin qəbuluna gedirdim və təkbətək görüşün olacağına görə, çox həyəcanlı idim. Lakin ünsiyyətimizin birinci dəqiqəsindən artıq həyəcanım itməyə başladı...
...Uzun çəkən söhbətdən sonra Heydər Əliyev dedi ki, səni təbliğat-təşviqat şöbəsinə təlimatçı vəzifəsinə gətirmək istəyirik. Mən də əvəzində söylədim ki, çalışacağam ki, etimadınızı doğruldum...
- ümumiyyətlə, dahi şəxsiyyət kadr seçimində insanların daha çox hansı xüsusiyyətlərinə üstünlük verirdi?
- Bilirsiniz, burada bir neçə məqamı qeyd etmək lazımdır. çünki Heydər Əliyevin kadrları seçmək və yerləşdirmək qabiliyyəti, siyasəti haqqında bir neçə kəlmə ilə danışmaq qeyri-mümkündür...
Mən öz timsalımda deyə bilərəm ki, Heydər Əliyev kadrlarının hərtərəfli biliyə, geniş dünyagörüşünə malik olmasını istəyirdi. Məsələn, mən təbliğat-təşviqat şöbəsində təlimatçı işləyirdim. Amma sonradan məni Elm və təhsil müəssisələri idarəsində müdir müavini vəzifəsinə təyin etdilər...
Yəni, ideoloji fon ümumi olsa da, kadrların seçilməsi, yerləşdirilməsi potensialdan, qabiliyyətdən asılı idi. Heydər Əliyev də bütün bunları görürdü...
Mərkəzdən kənarda yerləşdirilmiş kadrların təşkilatçılıq, fəaliyyət qabiliyyətini uzun müddət nəzərdən keçirdikdən sonra Heydər Əliyev həmin kadrları Mərkəzi Komitəyə ayrı bir vəzifəyə gətirirdi. Əlbəttə ki, belə faktlar çox idi...
Digər tərəfdən, Heydər Əliyev regionlara kadrları yerləşdirərkən, əvvəlcə, məsləhət bilinən insanı kiçik bir rayonda vəzifə başına gətirirdi. Görəndə ki, həmin kadr rayonda çox yaxşı işləyir və bundan da artığına potensialı var, o zaman, Heydər Əliyev onu digər böyük bir rayona rəhbər təyin edirdi. Bununla Ulu öndər həmin kadrın daxilindəki potensialı real işə çevirmək niyyətini güdürdü...
Bütün bunlarla yanaşı, mən Heydər Əliyevin qadın kadrların yetişdirilməsi siyasətinə toxunmaq istəyirəm... Əlbəttə ki, bu çox incə bir sahədir...
Heydər Əliyev dövlət üçün çoxlu qadın kadrlar yetişdirmişdi. Amma bu sahədə Onun öz prinsipləri var idi. Yəni, Heydər Əliyev kimisə, məhz qadın olduğuna görə vəzifəyə çəkmirdi. O, bu fəaliyyətilə sübut edirdi ki, qadınlar da kişilər kimi, böyük yaradıcılıq potensialına, qabiliyyətinə malikdirlər. Heydər Əliyev deyirdi ki, “qadınlar kişilərdən fərqli olaraq, riskləri minimumlaşdırırlar. Onlarda olan ana məsuliyyəti işlərin daha etibarlı tutulmasına gətirib çıxarır. Qadınlar bəzi kişilərə nisbətən, bir sıra sahələrdə daha məsuliyyətlidirlər”...
Qeyd edim ki, həmin dövrdə Bakının Nəsimi, Sabunçu rayonlarında, Abşeron, Zərdab, Lənkəran, Lerik və digər regionlarda qadınlar I katib vəzifəsində çalışırdılar...
- Lidiya xanım, siz xatirələrinizdə söyləmisiniz ki, “Mən fəxr edirəm ki, Heydər Əliyev məktəbinin şagirdiyəm”. Məhz Heydər Əliyev məktəbinin yolu, prinsipləri barədə danışardınız. Siz, bu məktəbin banisindən nələri öyrənə bilmisiniz?
- Qeyd etdiyim kimi, 1972-ci ildə Mərkəzi Komitəyə gələndə 6 illik iş təcrübəm var idi. Amma burada çalışarkən, mən böyük Heydər Əliyev məktəbilə qarşılaşdım. Partiya, iş təcrübəmin olmasına baxmayaraq, özümü bu məktəbin bir şagirdi sayırdım. Heydər Əliyev məktəbi çoxşaxəli və çoxsahəli idi. Amma Heydər Əliyev məktəbi ilk növbədə öz şagirdlərinə vətəni, xalqı, milləti sevməyi öyrədirdi...
Bilirsiniz, indi bəzi insanlar var ki, torpaq, xalq, millət haqqında ağızdolusu danışırlar. Lakin bütün bunlar ümumi sözlər, ifadələr toplusudur. Vətəni, xalqı, torpağı sevməyi, ona qulluq etməyi mən Heydər Əliyevdən öyrənmişəm...
Bir misal çəkmək istəyirəm. O zaman üzüm, pambıq yığımı vaxtı Mərkəzi Komitənin bir sıra vəzifəli şəxsləri Heydər Əliyevlə birlikdə regionlarda səfərlərdə olurdular. Həmin vaxtlarda o dərəcədə isti olurdu ki, nəfəs almaq olmurdu. Heydər Əliyevlə birlikdə səfərdə olanlar bu kolxozdan digərinə, bir briqadadan başqasına gedirdi. Yəni, axşama qədər bütün işlər görülür və yekun müşavirə keçirilirdi...
Həmin səfərlər zamanı Heydər Əliyev əkin sahələrində bütün əməkçi insanlarla görüşər, söhbət edər və onları diqqətlə dinləyərdi. Havaların isti keçməsi ilə əlaqədar isə Heydər Əliyevin çıxış etməsi üçün xüsusi yerlər düzəldilirdi. Amma Heydər Əliyev bir dəfə də olsun, həmin yerlərdə durmurdu. O deyirdi ki, “bu zəhmətkeşlər isti havada işləyə bilir, biz niyə bir neçə saat burada dayana bilməyək”.
Bilirsiniz, bu kiçik bir ştrixdir. Amma bu fakt Onun xalqa olan məhəbbətinin tərənnümü idi... Biz də Heydər Əliyev məktəbinin şagirdləri olaraq, bunları görür və götürürdük...
Heydər Əliyev, hətta manqa başçılarının, briqadirlərin adlarına qədər hər şeyi bilirdi.
Bununla yanaşı, Heydər Əliyev Ona müəyyən məsələlərdə öz arzu və istəklərini çatdırmaq, hansısa məsələ ilə bağlı şikayət etmək istəyən insanları çox diqqətlə dinləyərdi. Məsələ ilə bağlı isə yerindəcə göstəriş verər və işi şəxsi nəzarətə götürərdi...
Bir sözlə, Heydər Əliyev məktəbində gördüyüm və götürdüyüm təcrübə mənə bütün işlərimdə böyük yardımçı olub.
- Lidiya xanım istərdik ki, 1990-cı illərin əvvəllərindəki hadisələr barədə danışasınız. Həmin vaxtlarda ümummilli lider Heydər Əliyevə təzyiqlər çox idi, Ona Bakıya qayıtmağa imkan vermirdilər. Lakin 1993-cü ildə xalq səriştəsiz siyasətçilərin oyunlarından bezərək Ulu öndərimizi hakimiyyətə dəvət etdi. Məhz xalqın bu dəvətinin arxasında duran amillər hansılar idi?
- Tarixdə dahi şəxsiyyətlər çox olub. Amma Heydər Əliyev onlardan fenomenal xüsusiyyətləri ilə çox qabaqdadır. çünki Heydər Əliyev XX əsrdə əldə etdiyi nüfuzu, hörməti, XXI əsrdə də saxladı və artırdı. Oljas Süleymenov bildirirdi ki, Heydər Əliyev “bir ölkənin iki dövlətinin rəhbəri olub”...
Bilirsiniz, dünyada elə insanlar var ki, edilən yaxşılıqları heç zaman unutmur. Amma elələri də var ki, zəmi kimi, külək hara əsdi onlar da ora əyilir.
Heç vaxt yadımdan çıxmaz, bir dəfə, Vəzirov dedi ki, “mənim gəlib Azərbaycanda qalmaqda hər hansı marağım yoxdur. Mən səfir idim, yaxşı da yaşayırdım. Amma Azərbaycana gəlməyimdə əsas məqsədim Heydər Əliyevi ölkəyə buraxmamaq, Onun kadrlarını ölkədən qovmaqdır”... Belə ki, onun da ətrafındakı bəzi adamlar çalışırdılar ki, Heydər Əliyev Azərbaycana gəlməsin.
Onlar Heydər Əliyevin Azərbaycana gəlməsini ləngitdilər, vaxtı uzatdılar. Buna görə də, indiki problemlərin kökü daha da dərin oldu...
Bəli, Heydər Əliyevi hakimiyyətə gətirən Onun xalq tərəfindən sevilməsi idi. Xalqın Ona olan məhəbbəti, inamı Azərbaycanı uçurumdan qorudu...
- Məlum olduğu kimi, siz müstəqillik dönəmində 4 il təhsil naziri vəzifəsində çalışmısınız. Amma sonradan səhhətinizlə bağlı problemlər ortaya çıxmışdı...
- Heydər Əliyev hakimiyyətə gələrkən vəziyyət həddindən artıq ağır idi. Təhsil sahəsində isə vəziyyət bərbad idi. Belə bir vaxtda mən Azərbaycanın təhsil naziri təyin edildim...
Beləliklə, mən bu vəzifədə 4 il çalışdım. Amma səhhətimdə yaranmış problemlə əlaqədar işdən kənarlaşmaq məcburiyyətində qaldım. Bununla bağlı Heydər Əliyev Sərəncam imzalayərkən, məni “Şöhrət” ordeni ilə də təltif etmişdi...
Ulu öndər səhhətimdə problem olduğunu və bunun müalicəsinin yalnız ABŞ-da baş tuta biləcəyini bilərək bütün işləri üzərinə götürdü və dövlət hesabına məni müalicəyə göndərdi...
Amma 10 il sonra bu xəstəlik yenidən başlayarkən Ulu öndər Heydər Əliyevin qoyduğu ənənəni davam etdirən Prezident İlham Əliyev dövlət hesabına məni yenidən müalicəyə göndərdi...
- ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu hazırda Prezident İlham Əliyev uğurla davam etdirir...
- Prezident İlham Əliyev Heydər Əliyev məktəbinin ən layiqli məzunudur. Hələ keçmiş sovet dönəmində Heydər Əliyev rayonlara gedərkən, İlham Əliyevi də özü ilə aparırdı. Heydər Əliyev etdiyi çıxışlarla, gördüyü işlərlə İlham Əliyevi lider kimi yetişdirirdi. Artıq müstəqillik dövründə İlham Əliyevin müxtəlif sahələrdə işləməsi, təcrübə toplaması Onun böyük lider kimi yetişməsinə səbəb oldu...
Bu gün Ulu öndər Heydər Əliyevin yaratdığı özül üzərində Prezident İlham Əliyev çox uğurlu işlər həyata keçirir. Bütün işlər onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan daha da çiçəklənir və qüdrətlənir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
