/ / "Gallup" təşkilatının keçirdiyi rəy sorğusu Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin sorğu yolu ilə öyrənilməsi baxımından əhəmiyyətlidir
"Gallup" təşkilatının keçirdiyi rəy sorğusu Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin sorğu yolu ilə öyrənilməsi baxımından əhəmiyyətlidir
08.08.2009 [15:32]
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı www.yap.org.az. saytına müsahibə verib:
- Mübariz müəllim, ABŞ-da yerləşən nüfuzlu “Gallup” təşkilatının Azərbaycanda apardığı rəy sorğularının nəticələrində bildirilir ki, Azərbaycan əhalisinin 77 faizi hakimiyyətin fəaliyyətindən razıdır. Beynəlxalq təşkilatlar rəy sorğusu apararkən əsasən hansı sahələri diqqət mərkəzində saxlayırlar?
- İctimai rəyin öyrənilməsi ilə əlaqədar ayrı-ayrı ölkələrdə müxtəlif qurumlar fəaliyyət göstərir və bunların sırasında ABŞ-da yerləşən “Gallup” İnstitutu xüsusilə qeyd olunmalıdır. Bu qurum ictimai rəyin, dünya üzrə insan resurslarının öyrənilməsi, statistik araşdırma xidmətləri göstərməklə məşğuldur. Qeyd edim ki, bu qurumun keçirdiyi rəy sorğuları özünün obyektivliyi ilə fərqlənir. Yəni, bu qurumun keçirdiyi rəy sorğuları tam elmi əsaslara söykənir və çox ciddi hazırlıq işləri aparıldıqdan sonra onun çıxardığı nəticələr əsasında həmin sorğular elan edilir. ABŞ-ın bu qurumunun Azərbaycanda keçirdiyi sorğu və bunun nəticələri, hesab edirəm ki, ölkəmizdəki reallıqlarla üst-üstə düşür. Bəzi müxalifət nümayəndələrinin və mətbuatının həmin nüfuzlu qurumun keçirdiyi rəy sorğularını və onun nəticələrini hansısa formada gözdən salmağa cəhd göstərməsi, sadəcə, gülüş doğurur. Niyə bu qənaətdəyəm? Hər şeydən əvvəl ona görə ki, xalq çox yaxşı bilir ki, “Gallup” təşkilatı dünya miqyasında tam etimad qazanmışdır və qurumun çıxardığı nəticələr hamı tərəfindən tamamilə qəbulediləndir. Buna görə də Azərbaycan əhalisinin 77 faizinin hakimiyyətin fəaliyyətindən razı qalması qənaətinə gəlinməsi ölkəmizdəki reallığı özündə əks etdirir. Biz ötən il keçirilən prezident seçkilərində və bu il keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan seçicisinin, vətəndaşının hakimiyyətə, dövlətimizə münasibətini bir daha aydın şəkildə gördük. Həm prezident seçkiləri, həm də ümumxalq səsverməsində (referendumda) həmin rəqəmlər bu və ya digər formada özünü büruzə verdi. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə həm seçicinin, həm də vətəndaşların münasibətinin göstəricisidir. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, xarici siyasət sahəsindəki uğurlar, o cümlədən, Azərbaycanın Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrilməsi, ölkəmizin sürətli inkişafı, həmçinin, hər bir vətəndaşın, hər bir azərbaycanlının həyatında müsbətə doğru baş verən dəyişikliklər, təbii ki, Azərbaycan vətəndaşını hakimiyyətə, onun yeritdiyi siyasətə müsbət münasibət göstərməyə sövq edir və rəyi soruşulan hər bir şəxs də bunu açıq şəkildə ifadə edir.
- Regionların sosial-iqtisadi inkişafı, beynəlxalq standartlara uyğun tikilən istehsal və sənaye müəssisələri, yeni iş yerlərinin açılması da, yəqin ki, bu sorğunun nəticələrinə öz müsbət təsirini göstərib.
- Təbii ki, elədir. Mən bir faktı oxucuların diqqətinə çatdırmaq istərdim. Bu günlərdə cənab Prezident Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edirdi. Dövlət başçısı yerli sakinlər qarşısında çıxış etdi və çıxışında Naxçıvanda görülən işlərlə bərabər, ümumilikdə Azərbaycan üzrə sosial-iqtisadi sahələrdə həyata keçirilən proqramlardan danışdı. Bu tədbirlərdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və Milli Məclisin deputatı kimi mən də dəvətli idim. Doğrusu, Naxçıvanda son dövrlərdə sosial-iqtisadi sahədə baş verən dəyişikliklər tədbirdə iştirak edən nümayəndə heyətinin hər biri tərəfindən çox böyük rəğbətlə, məmnunluqla qarşılandı. Yəni, bu gün həm Naxçıvanda, həm də Şəmkirdə, mən bu rayondan deputat seçildiyimə görə Şəmkiri qeyd edirəm, ümumiyyətlə, Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda quruculuq, abadlıq işləri, yeni iş yerlərinin açılması və digər proseslər gedir. Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Bütün bunlar, əlbəttə, Azərbaycanda seçicinin, vətəndaşın hakimiyyətə, dövlət rəhbərinə münasibətinin formalaşmasına təsir göstərir. Hər bir vətəndaş, hər bir seçici də ona yönələn suallara cavab verərkən özünün həyatında, yaşadığı ərazidə baş verən dəyişiklikləri göz önünə gətirərək cavab verir. “Gallup”ın keçirdiyi həmin rəy sorğuları tam anonim şəkildə aparılmışdır. Ona görə də bu sorğuların nəticələrini hansısa formada şübhə altına almaq, hesab edirəm ki, ümumən sorğukeçirmə texnologiyasını və bu sahədə əldə edilmiş nailiyyətləri şübhə altına almaq deməkdir. Əslində, dəfələrlə müşahidə etmişik ki, bəzi müxalifət partiyalarının nəzarətində olan mətbu orqanlarda, qəzetlərdə bəzən özlərinin “keçirdikləri” sorğuların nəticələri elan olunur. Yəni, müxalifət partiyalarının nəzarətində olan bəzi QHT-lərin keçirdikləri “rəy sorğularının” nəticələri barədə məlumatlar verilir. Həmin sorğuların başdan-ayağa saxtakarcasına aparıldığı müşahidə olunur. Müxalifət partiyaları bu və ya digər sorğu nəticələri elan edir, hansı ki, həmin sorğular, demək olar ki, hansısa bir anket sorğuları ilə deyil, yalnız hansısa bir yerdə oturaraq uydurma yollarla həyata keçirilir. Belə sorğuların nəticələri də təbii ki, uydurma olur. Amma “Gallup” kimi mötəbər, nüfuzlu bir qurumun keçirdiyi sorğu tamamilə elmi əsaslara söykənir və elmin bu sahədə əldə etdiyi nailiyyətlər əsasında aparılır. Hesab edirəm ki, “Gallup” təşkilatının keçirdiyi rəy sorğusu Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin sorğu yolu ilə öyrənilməsi baxımından əhəmiyyətlidir və bu, Azərbaycan vətəndaşı ilə Azərbaycan hakimiyyətinin, iqtidarla xalqın vəhdətinin göstəricisidir.
- Mübariz müəllim, şübhəsiz ki, Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində dövlətimizin apardığı siyasət də xalqın ürəyincədir. Azərbaycan diplomatiyasının uğurları Ermənistanı beynəlxalq aləmdə bir küncə sıxışdırıb. Bu barədə fikrinizi bilmək maraqlı olardı.
- Seçiciyə, vətəndaşa hər hansı bir sual ünvanlanırsa, həmin sorğularda sual yalnız bir istiqaməti əhatə etmir. Bu suallar müxtəlif sahələri özündə əks etdirir. Sosial təminatdan başlamış vətəndaşların həmin sorğular zamanı hakimiyyətin daxili və xarici, sosial-iqtisadi siyasətinə, insan haqlarının, demokratik dəyərlərin qorunması, dövlət idarəçiliyi zamanı məmurlarla vətəndaşların münasibətləri, vətəndaşların fəaliyyətinin digər sahələri və başqa amillər sorğuda öz əksini tapır. Aydın məsələdir ki, vətəndaş bu sorğuları hansısa bir formada cavablandırsa, bu zaman yalnız iqtisadi göstəriciləri deyil, o cümlədən, Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqe, həmçinin, Azərbaycan xalqının hər birinin içərisində daim yaşayan Dağlıq Qarabağ məsələsi və bunun həlli ilə əlaqədar həyata keçirilən siyasətin nəticəsi də göz önünə gətirilir. Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ məsələsi, işğal olunmuş ərazilər, xalqın və məcburi köçkünlərin problemlərinin həlli və digər məsələlər bu gün Azərbaycan vətəndaşının diqqət yetirdiyi ən öncül məsələlərdən biridir. Bəzən insanlarla söhbətdə iqtisadi məsələlərdən daha çox Dağlıq Qarabağ məsələsinin qabardıldığının şahidi oluruq. Vətəndaşlar bu məsələyə çox diqqət yetirirlər. Bu, hər birimiz üçün bir nömrəli məsələdir. Hər bir Azərbaycan vətəndaşı, seçicisi də Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı kimi bu yöndə çox ciddi irəliləyişlərə nail olduğunu görür. Bu gün Ermənistan iqtisadi sahədə Azərbaycandan qat-qat geridir. Diplomatik cəbhədə Ermənistan tamamilə tərksilah vəziyyətindədir. Mənəvi cəhətdən düşkün, hərbi-nöqteyi nəzərdən Azərbaycandan dəfələrlə geridədir, əsgərlərin ruh yüksəkliyi məsələsində biz Ermənistandan tamamilə üstün vəziyyətdəyik. İctimai-siyasi vəziyyət, cəmiyyətin mənəvi-psixoloji durumu baxımından da Ermənistandan qat-qat üstünük. Bu üstünlüklər bütün cəbhə boyu Azərbaycanın Ermənistan üzərində hücumunun effektinə gətirib çıxarmışdır. Bizim apardığımız uğurlu siyasət Ermənistanı sülhə məcburetmə siyasətidir. Bu siyasət, Ermənistanı sülh bağlamağa məcburetmə siyasəti əgər iqtisadi, psixoloji, diplomatik və digər vasitələrlə öz həllini tapmırsa, deməli, bunun həlli sonuncu variant kimi hərbi yolla gündəmdə qalır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu günlərdə keçirilən sonuncu toplantısında, o cümlədən, digər çıxışlarında bu məsələyə aydınlıq gətirərək deyib ki, biz danışıqları davam etdiririk. Bu danışıqlarda biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bir nömrəli məsələ kimi gündəmdə saxlamışıq. Əgər bu danışıqlarda Ermənistan konstruktivlik nümayiş etdirməsə, Azərbaycan BMT-nin Nizamnaməsində müəyyən olunmuş prinsipə söykənərək problemi hərbi yolla həll etmək hüququnu özündə saxlayır. Yəni, Azərbaycan vətəndaşları “Gallup”un keçirdiyi sorğularda Qarabağ məsələsi ilə bağlı suala cavab verərkən bu yöndə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin ümumi məntiqinin milli, dövlət və xalqımızın maraqları baxımından çox yüksək səviyyədə olduğunu və mümkün olandan da artığının edildiyini görərək Azərbaycan Prezidentini, hakimiyyətini müdafiə edir. çünki hər bir vətəndaş bu problemin kökündə nəyin dayandığını və həlli yubadan səbəblərin nədən ibarət olduğunu tamamilə bilir. Məsələnin geopolitik bir problemə çevrildiyini və burada böyük dövlətlərin maraqlarının toqquşduğunu, Azərbaycanın bu məsələnin həlli ilə əlaqədar çox sürəkli, davamlı və hücumçu bir diplomatik xətt yeritdiyini və düşmənin Azərbaycanın uğurları qarşısında nə qədər fəlakətli şəkildə təlaş keçirdiyini görür. Azərbaycan vətəndaşı bu yöndə dövlət başçımızı, hakimiyyəti müdafiə edir. Baxın, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında nə qədər işlər görülüb. Son illər bu istiqamətdə həyata keçirilən böyük və nəhəng işlər istər-istəməz hər bir vətəndaş tərəfindən müsbət qarşılanır. Bu gün Azərbaycan Prezidentinin siyasəti xalqın, vətəndaşın, seçicinin hər birinin müdafiə etdiyi, bəyəndiyi siyasətdir. Bu siyasətə kölgə salmaq istəyənlərin də xalq tərəfindən inkar edilməsi onların məhz inkarçı mövqeyinin nəticəsidir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38
