Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Əhalinin sosial müdafiəsi Azərbaycan dövlətinin daxili siyasət xəttinin çox mühüm və prioritet istiqamətidir

Əhalinin sosial müdafiəsi Azərbaycan dövlətinin daxili siyasət xəttinin çox mühüm və prioritet istiqamətidir

24.07.2009 [12:55]

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, məlum olduğu kimi, iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəsi keçirildi. Müşavirədə ötən altı ay ərzində görülən işlər haqqında geniş məlumat verildi. Sosial sahədə əldə olunmuş nəticələri necə qiymətləndirmək olar?
- Əhalinin sosial müdafiəsi Azərbaycan dövlətinin daxili siyasət xəttinin çox mühüm və prioritet istiqamətidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri də əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşlarımızın daha yaxşı yaşamasını təmin etməkdir. Bu məsələ bu gün də Ulu öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin nəzarəti altındadır. Dövlət başçısının sərəncamları ilə ildən-ilə bu sahəyə diqqət artır. Xatırlayırsınızsa, Prezident İlham Əliyev ötən ilin sonlarında cəmiyyətə belə bir mesaj göndərdi ki, heç bir halda Azərbaycanın dövlət büdcəsində sosial layihələrə ayrılan vəsait azalmayacaq. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2009-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəsində də bu fikri bir daha ifadə etdi. Bu, çox cəsarətli addım idi. çünki ötən ilin sonlarında maliyyə böhranı davam edirdi və heç kim proqnozlaşdıra bilmirdi ki, böhran nə zaman dayana bilər. Buna baxmayaraq, ölkəmizdə nəinki sosial proqramların maliyyələşməsi azalmadı, əksinə artırıldı. Səhiyyə, təhsil sahəsində yeni proqramların qəbul olunmasına və icrasına başlanılmasının şahidi olduq. Səhiyyə sahəsində uzun illərdir müzakirəsi gedən icbari tibbi sığorta işinə büdcədən 5 milyon manat vəsait ayrıldı və pilot rayon olaraq Siyəzəndə bu işlər başlandı. Pensiya və təhsil islahatları uğurla davam edir. İndiyə qədər biz təhsilin maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin yeniləşdirilməsi istiqamətində işlər aparırıq və son illər Azərbaycanda 2 minə yaxın məktəb tikilib. Bütün bunların hamısı Azərbaycanda sosial siyasətin ölçülüb-biçilmiş xalqın maddi-rifah halının yüksəlməsinə yönələn siyasət və daim Azərbaycan dövlətinin diqqətində olduğunu sübut edən amillərdir. Turizm, mədəniyyət və idmanın inkişafı da xüsusi qeyd edilməlidir.
- Pensiya islahatlarından söz düşmüşkən, bu sahədə mövcud olan layihələrin uğurla həyata keçirilməsi üçün kifayət qədər ciddi hüquqi baza mövcuddur. ümumiyyətlə, pensiya islahatları ilə bağlı durum necədir?
- Pensiya islahatları demək olar ki, başa çatıb. “Əmək pensiyası haqqında” Qanun qəbul olunub və bu il çox uğurla tətbiq edilir. Eyni zamanda, “Sosial müavinətlər haqqında” Qanun da qəbul edilib. “ünvanlı sosial yardım haqqında” Qanun qəbul olunub və bu da ən uğurlu sosial layihələrdən biridir. Artıq Azərbaycanda 400 minə yaxın insan belə yardım alır. Bu, o deməkdir ki, yoxsulluq səviyyəsində yaşayan insanlara dövlətin birbaşa sosial yardımı müəyyən olunub və bu yardımın da həddi ildən-ilə artırılır. Bu il həmin məbləğ 65 manata çatdırılıb və yaxın vaxtlarda ola bilsin ki, yenidən artırılsın. Eyni zamanda, 2001-ci ildə ölkəmizdə yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı qəbul olunub və Proqram uğurla icra olunur. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən 2009-cu ilə qədər olan müddətdə dünyada görünməmiş sürətlə Azərbaycanda yoxsulluq aşağı düşüb. Təsəvvür edin ki, Azərbaycanda yoxsulluq 49 faizdən 12,5 faizə qədər aşağı enib. Demək olar ki, bu gün Azərbaycanda yoxsulluq səviyyəsi dünyanın ən aparıcı dövləti olan ABŞ-la təxminən bərabərdir.
- Sosial sferada həyata keçirilən ən önəmli proqramlardan biri də əhalinin məşğulluğunun təmin olunması ilə bağlıdır...
- Əhalinin məşğulluğunun təmin olunması istiqamətindəki tədbirlər ciddi layihələrdəndir. Əhalinin sosial vəziyyətinin yaxşı olması birbaşa onun məşğulluq vəziyyəti ilə bağlıdır. Buna görə də, Prezident İlham Əliyevin 2003-cü ildə vəd verdiyi 600 min iş yerinin açılması ilə bağlı proqram o zaman məşğulluq sahəsində beynəlxalq ekspertlərin də təəccübünə səbəb oldu. Onlar Azərbaycanda qısa müddət ərzində bu qədər iş yerinin açılmasına inanmırdılar. Amma 5 il ərzində 700 mindən çox yeni iş yeri açıldı. Məşğulluq məsələsi həll edildiyi üçün Azərbaycanda işsizlik problemi yoxdur. Dünya böhranı şəraitində Azərbaycanın bu böhrandan müdafiə olunması və cüzi itki ilə çıxması dünya ekspertlərinin marağı çərçivəsindədir. Böhran dövründə Azərbaycan demək olar ki, itkilərlə üzləşmədi. Azərbaycanda əhalinin sosial vəziyyəti aşağı düşmədi, maliyyə böhranı baş vermədi, çox ciddi iqtisadi, sosial layihələrin icrası dayandırılmadı. Bütün bunlar sosial-iqtisadi siyasətin çox düzgün və gələcəyə hesablanmış siyasət olduğunu göstərir.
- Azərbaycan büdcə gəlirlərini sabit saxlamaq üçün bir sıra mühüm tədbirlər görür. Bunlardan biri də neft amilinin və bu sərvətdən əldə olunan gəlirlərin düzgün yönləndirilməsidir...
- Azərbaycanda bu ilin büdcəsini proqnozlaşdırarkən bəzi deputatlar, büdcə layihəsində neftin qiymətini 50 dollardan hesablanmasını təklif edirdilər. çünki dünyada neftin qiyməti aşağı düşmüşdü. Ona görə də, gəlirlərdə itkilərin olacağı ehtimalı narahatlıq doğururdu. Məsələn, Rusiyada büdcəyə yenidən baxaraq, neftin qiymətini 70 dollardan 50 dollara endirdilər. Amma Azərbaycanda Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz cəsarətli addım ataraq, büdcədə neftin qiymətini 70 dollar həcmində saxladı. Artıq bu ilin 2-ci yarısına yaxınlaşanda neftin qiyməti 70 dollara çatdı. Amma sizin də qeyd etdiyiniz kimi, neft gəlirlərinin əldə olunması qədər onun düzgün xərclənməsi də vacibdir. Ona görə də, Prezident İlham Əliyev vurğulayıb ki, əsas prioritetimiz neft kapitalını insan kapitalına çevirməkdir. Bu gün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan gəncləri dünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Dövlət onların bütün xərclərini ödəyir. Eyni zamanda, 5 il öncə təkcə Bakının deyil, böyük rayon mərkəzlərinin inkişafından söhbət edirdiksə, indi kəndlərin inkişafı baş verir. Bu gün respublikanın hər yerində quruculuq işləri gedir. Bütün bunlar uğurlu siyasət, sabitlik, xalqla dövlət başçısının birliyi deməkdir.
- Sosial qanunvericilik sahəsində hansı işlər görülür? Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini kimi bu haqda nə deyə bilərsiniz?
- Parlamentin ötən sessiyası zamanı sosial sahədə “Kurortlar haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlar qəbul edilib. Eyni zamanda, 20-yə yaxın qanunda sosialyönümlü dəyişikliklər olunub. Əmək Məcəlləsinə, “Əmək pensiyası haqqında”, “Dərman vasitələri haqqında” qanunlarda dəyişikliklər edilib. Gələcəkdə isə komitəmiz bir neçə layihə üzərində işini davam etdirəcək. Bunlar arasında ən mühüm qanunlardan biri çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlıdır. Yəqin payız sessiyasına qədər bu sənəd hazır olacaq və biz sessiyaya təqdim edəcəyik. Bunlarla yanaşı, daha bir əhəmiyyətli sənədi - “Siqaret çəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsini işləyirik və demək olar ki, bu sənəd də artıq hazırdı. QİçS-ə qarşı mübarizəyə dair 1996-cı ildə qəbul olunmuş qanun yenidən işlənir. Başqa bir sıra qanunlar da var ki, onlar da dövrün tələblərinə uyğun təkmilləşdiriləcək.

Paylaş:
Baxılıb: 1304 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30