Azərbaycan mətbuatı ciddi inkişaf dövrünü yaşayır
21.07.2009 [10:08]
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, iyulun 22-də milli mətbuatımızın yaranmasının 134 ili tamam olur. Bu illər ərzində keşməkeşli yol keçən mətbuatımızın son 18 ili ölkəmizin müstəqillik dövrünə aiddir. Bu dövrdə mətbuatımızın durumunu necə xarakterizə edərdiniz?
- Azərbaycan milli mətbuatının 134 illik tarixinə nəzər salsaq, milli mətbuatın inkişafının təxminən bir neçə dövrü xüsusi önəm kəsb edir. Birincisi, 1875-1920-ci illərdir ki, bu, Azərbaycanda milli mətbuatın formalaşması dövrüdür. O dövrdə Azərbaycan milli mətbuatının ənənələri yarandı, ilk mətbuat nümunələri formalaşmağa başladı. Azərbaycan milli maarifçiləri və Xalq Cümhuriyyətinin qurucuları nəinki təkcə mətbuat ənənələrini yaratdılar, o cümlədən, dövrün ictimai-siyasi, mədəni inkişafının əsas istiqamətlərini müəyyənləşdirərək, əhalini həmin istiqamətlər üzrə səfərbər edərək milli dövlət quruculuğu prosesinə yönəltdilər. Milli düşüncənin formalaşmasına o dövrün mətbuatı çox önəmli töhfələr verdi. Sözün həqiqi mənasında Azərbaycan elitasının formalaşması, dövlətçilik təfəkkürünün yaranması bilavasitə Azərbaycan milli mətbuatının yaranmasının birinci 20 ilinə təsadüf edir. Bundan sonrakı dövrdə Azərbaycan milli mətbuatı da sovetlər mətbuatının tərkib hissəsinə çevrildi. 70 il müddətində Azərbaycan mətbuatı sovet ənənələri, o zamankı sosialist qaydalarının prinsipləri çərçivəsində inkişaf etməyə başladı. Əlbəttə, 70 illik mətbuata bugünkü nəzər nöqtəsindən baxanda azad mətbuat demək olmazdı. O zaman dövlətin vahid ideologiyası var idi və bu ideologiya ətrafında da mətbuat insanları səfərbər etmək vəzifəsini həyata keçirirdi. Lakin buna baxmayaraq, o illərdə Azərbaycan mətbuatı çoxsaylı peşəkar jurnalistlərin yetişməsi anlamında çox böyük əhəmiyyət kəsb edir. Əgər 1920-ci ilə qədər Azərbaycan mətbuatında çalışan jurnalistlər xeyli az idisə, 70 illik müddətdə yüzlərlə, minlərlə peşəkar jurnalist yetişdi. Azərbaycanda elmi-mədəni, iqtisadi, ictimai-siyasi proseslər mətbuat səhifələrində ideoloji çərçivədə işıqlandırılırdı və Azərbaycan dilinə, mədəniyyətinə, yazılı və şifahi ədəbiyyatına böyük töhfələr verilirdi. Nəhayət, mətbuatın inkişafının üçüncü dövrü 1991-ci ildən sonrakı zamanı əhatə edir. Bu dövrdə milli mətbuatın yaranması dövründəki müvafiq ənənələr yenidən bərpa olundu. Sözün həqiqi mənasında azad söz, azad fikir cəmiyyətin və jurnalistikanın əsas prinsipinə çevrildi. Bilirsiniz ki, Azərbacyan müstəqllik qazandıqdan dərhal sonra azad mətbuat formalaşa bilmədi. çünki, ölkəmiz totalitar rejimdən birdən-birə çıxa bilmirdi. Digər tərəfdən, Azərbaycan Ermənistanla müharibə şəraitində olduğu üçün hərbi senzuranı tətbiq etmək məcburiyyətində qalmışdı. Bundan başqa, keçmiş sosialist Azərbaycanının idarəetmə rejimləri hələ də fəaliyyət göstərməkdə və 1998-ci ilə qədər Azərbaycan mətbuatı üzərində dövlət senzurası qalmaqda idi.
- Bu senzura Ulu öndərimiz Heydər Əliyev tərəfindən ləğv olundu...
- Bəli, senzuranın ləğv olunması, ümumiyyətlə, mətbuatın ciddi inkişaf mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının üzərində dövlət senzurasının ləğv olunması haqqında xüsusi sərəncam imzaladı. Bu sərəncamla Azərbaycanda milli mətbuatın demokratik inkişafı ilə bağlı dövlətin iradəsi ortaya qoyuldu. Bir tərəfdən, mətbuat bütün senzura tətbiqedici mexanizmlərdən azad oldu, digər tərəfdən, dövlət mətbuatın inkişafına bütün imkanlarını yönəltməyə başladı.1998-ci ildən sonrakı müddətdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövlətinin münasibətini ortaya qoyan onlarla sərəncam verildi. Bunların sırasında qəzetlərin dövlət nəşriyyatına olan borclarının ləğvi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət yardımları, mətbuatın vergidən azad olunması, kreditlərin verilməsi və s. tədbirlər həyata keçrilib ki, bütün bunlar Azərbaycan mətbuatının inkişafına əhəmiyyətli təsir göstərib. Hal-hazırda ölkəmizdə 5 mindən artıq peşəkar jurnalistin çalışdığı 400-dən artıq mətbuat orqanı fəaliyyət göstərir. Bunların arasında televiziya, radio, elektron KİV, yazılı media, informasiya agentlikləri və s. var. Azərbaycan hökuməti hazırda da milli mətbuatın inkişafına, siyasi plüralizmin getdikcə dərinləşməsinə lazımi qayğı göstərir. Bu günlərdə Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının ölkə Prezidenti tərəfindən təsdiq olunması və mətbuatın inkişafı məqsədilə xüsusi dövlət fondunun yaradılması, bu qurumun icraçı rəhbərliyinin və müşahidə şurasının təyin olunması dövlətin azad sözə olan münasibətini bir daha ortaya qoyur. Bu gün Azərbaycan mətbuatı sözün həqiqi mənasında ciddi inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf davam edir. Müstəqil mətbuat getdikcə güclənir. Təəssüflər ki, bəzi problemlər də var və dövlət olaraq jurnalist təşkilatları, ayrı-ayrı mətbuat ictimaiyyəti ilə birgə bu problemlərin aradan qaldırılmasına çalışırıq.
- Bildiyimiz kimi, Azərbaycan iqtisadi, eləcə də digər məsələlər baxımından regionun lider dövlətinə çevrilib. Bəs mətbuatın inkişafı cəhətdən, ümumilikdə bu sahə üzrə ölkəmizin regionda yeri və rolunu necə qiymətləndirmək olar?
- Hesab edirəm ki, mətbuatın inkişafı baxımından Azərbaycan nəinki regionun, bütövlükdə postsovet məkanının lider dövlətlərindən biridir. Əvvəla, bu gün Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qəzet təsis etmək, yazılı media ilə məşğul olmaq üçün heç bir dövlət orqanından icazə almağa ehtiyac yoxdur. Mətbuatımız lisenziyalaşma funksiyasından tam azad olub. Azərbaycan postsovet məkanında bəlkə də, yeganə ölkədir ki, Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Digər ölkələrin əksəriyyətində mətbuat üzərində dövlət tənzimləmə mexanizmini həyata keçirən dövlət orqanı fəaliyyət göstərir. Azərbaycanda mətbuat bütün vergilərdən azaddır. Reklamlardan gələn gəlirlər istisna olmaqla, digər qazanclara görə heç bir qəzet vergi vermir. Və yaxud mətbuat güzəştli şərtlərlə kommunal xərclər ödəyir, dövlət nəşriyyatında çap olunur. Azərbaycan postsovet məkanında mətbuatın inkişafı ilə bağlı dövlət konsepsiyası qəbul edən və dövlət dəstəyi fondu yaradan yeganə ölkədir. Bilirsiniz ki, fonda bu il 1 milyon manatdan artıq vəsait ayrılıb. Növbəti illərdə bu vəsaitin həcmi artacaq. Bütün bunları nəzərə alsaq, demək olar ki, Azərbaycan mətbuatın inkişafı baxımından da postsovet məkanında lider dövlətdir.
- Əli müəllim, qeyd etdiyiniz kimi, Azərbaycan dövləti mətbuatımızın inkişafı ilə əlaqədar əhəmiyyətli addımlar atıb. Bəs perspektivdə bu istiqamətdə hansı işlərin görülməsi nəzərdə tutulur?
- Bu ildən başlayaraq Mətbuata Dövlət Dəstəyi Fondunun rəhbərliyi ilə mətbuatın inkişafının konsepsiyası ayrı-ayrı sahələr üzrə reallaşdırılmaqdadır. Bu konsepsiyanın reallaşması ilə Azərbaycanda mətbuatın mövcud problemləri aradan qaldırılacaq. Hazırda mətbuatın iki əsas problemi var. Bunlardan biri mətbuatın inkişafında əsas rol oynayan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Təəssüflər olsun ki, müstəqillik dövründə KİV-lərin sayının artması ilə paralel olaraq qeyri-peşəkar jurnalistlərin də sayı artıb. Sovet hökuməti dövründə KİV-də çalışanlar peşəkarlar idisə, indi qeyri-peşəkarların sayı peşəkarlardan bir neçə dəfə çoxdur. Onların peşəkarlığının artırılması, jurnalistlərin etik kodeksinə əməl etmələri üçün bu insanlarla çox işləmək lazımdır. Bu mənada, düşünürəm ki, qarşıdakı illərdə Azərbaycan mətbuatının qarşısında duran məsələlərin biri budur. İkinci mühüm problem isə, mətbuatın maddi-texniki bazasının gücləndirilməsidir. Faktdır ki, yazılı mətbuat, o cümlədən, informasiya xidməti fəaliyyətləri yüzdə-yüz iqtisadi cəhətdən özünü təmin edə bilmir. Bu, bir tərəfdən ondan irəli gəlir ki, bazar münasibətləri hələlik azad medianın inkişafı ilə uyğunlaşdırılmayıb, reklam bazarı zəifdir. Təəssüf ki, bu, qanunauyğun şəkildə nümayiş olunan meyil deyil. Azərbaycanda biznesin, sahibkarlığın inkişafı ətraf dövlətlərdən yüksəkdir. Lakin mətbuatın reklam bazarı zəifdir. Odur ki, problem mətbuatın iqtisadi müstəqilliyinin təmin olunması və maddi-texniki vəziyyətinin gücləndirilməsidir. Əgər, media iqtisadi cəhətdən özünü təmin edə bilsə, daha müstəqil olacaq. Sadaladığım məqamlar mətbuatın inkişafını stimullaşdıracaq.
- Dövlətin mətbuata diqqət və qayğısı, bu sahənin əhəmiyyətli dərəcədə inkişafı üçün atılan addımlar fonunda bəzi xarici dairələr, beynəlxalq təşkilatlar Azərbaycanda mətbuat azadlığına qarşı təzyiqlərin olduğunu iddia edirlər. ATƏT təmsilçisi Mikloş Haraştinin açıqlaması da bu qəbildəndir. Sizin bu iddialara münasibətiniz necədir?
- Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrini həmişə nəzərə alıb. Onlarla birlikdə biz bu və ya digər sahənin metodologiyasını müəyyən edirik və onun həyata keçirilməsi strategiyasını hazırlayırıq. Lakin təəssüflər olsun ki, bu qurumların yanaşmasında subyektiv mülahizələr əsasında çıxarılmış rəylər üstünlük təşkil edir. Onların istifadə etdikləri qiymətləndirmənin metodologiyası bizdə şübhəli assosiasiya yaradır. Biz bu məsələni dəfələrlə həmin təşkilatların və nümayəndələrin diqqətinə çatdırmışıq. Amma belə rəylərin səslənməsi davam edir. Bunların da çoxu vəziyyəti dəyərləndirmək mənasında deyil, Azərbaycanı beynəlxaq təşkilatların təsiri və təzyiqi altında saxlamaq üçün edilir. Amma elə məsələlər də var ki, biz onlarla işləyirik. Mətbuat, söz azadlığı Azərbaycan cəmiyyətinə lazımdır. Bu, Azərbaycan dövlətinin seçdiyi yolun mahiyyətini təşkil edir. Biz bu işləri ona görə etmirik ki, hansısa beynəlxalq təşkilatın xoşuna gələk. Bu, dövlətimizin seçdiyi yoldur. Biz, beynəlxalq təşkilatların rəylərini nəzərə alırıq, amma öz yolumuzla gedirik.
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53
