Ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə bəxş etdiyi töhfələr əvəzsizdir
26.06.2009 [11:32]
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev www.yap.org.az saytına müsahibə verib:
- Elsevər müəllim, son illər Azərbaycanda səhiyyə sahəsində ciddi inkişaf müşahidə olunur. öncə istərdik ki, respublikamızın inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin səhiyyə sistemində həyata keçirdiyi islahatlar barədə məlumat verəsiniz.
- Məlum olduğu kimi, iyulun 14-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 ili tamam olur. 40 il əvvəl ölkəmizin inkişafının dərin təməli qoyulub. Ulu öndər Heydər Əliyev respublikamızın ictimai-siyasi, iqtisadi-sosial, elmi-mədəni, səhiyyə və ümumiyyətlə, bir çox sahələrində sıçrayışlı dinamik inkişafı üçün dərin siyasətin konseptual əsaslarını müəyyənləşdirib. İstər birinci hakimiyyəti, istərsə də ikinci hakimiyyəti dövründə Ulu öndər Heydər Əliyev bütünlüklə həyatını Azərbaycan üçün, dövlət üçün sərf edib. Azərbaycanın ən inkişaf etmiş ölkəyə çevrilməsi üçün gərgin fəaliyyət göstərib. ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində xalqımızın xoşbəxtliyi və xoş rifahının təmin olunması istiqamətində gərgin və əzmkarlıqla çalışıb. Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə həyata keçirilən kompleks islahatların böyük bir hissəsi səhiyyə sahəsində mühüm proqramların icrası ilə bağlıdır. ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinə bəxş etdiyi töhfələr əvəzsizdir. Məlum olduğu kimi, ötən əsrin 60-cı illərinin sonu-70-ci illərin əvvəllərində Azərbaycan səhiyyəsində inkişaf bir o qədər ürəkaçan səviyyədə deyildi. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə respublikamızda mühüm dəyişikliklər müşahidə olundu. 1969-cu ilin dekabr ayında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə səhiyyə qanunvericiliyi ilə bağlı qərar qəbul edildi. Bu və digər çoxsaylı qanunların qüvvəyə minməsi və müxtəlif tədbirlərin həyata keçirilməsi səhiyyə sektorunda inkişafa yol açdı. O dövrdə qəbul edilən Sağlamlıq Məcəlləsi bu sahədə çox böyük inkişafa səbəb oldu. “Səhiyyə haqqında” Azərbaycan SSR Qanunu da Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci illərdə ucqar rayon və kəndlərdə xəstəxana və poliklinika binalarının tikilməsi və təmirinə, ixtisaslı həkimlərə, xüsusilə kardioloq, onkoloq, ginekoloq, nevropotoloq və digərlərinə böyük ehtiyac olduğunu nəzərə alan Ulu öndər Heydər Əliyev bu sahəyə də xüsusi diqqət ayırırdı. Həkimlərin və orta tibbi təhsilli işçilərin çatışmazlığını aradan qaldırmaq üçün ilk növbədə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Tibb İnstitutuna tələbə qəbulu artırıldı, ucqar kənd rayonlarından gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qalxmağa başladı. 1970-80-ci illərdə Ulu öndər Heydər Əliyev 30-a yaxın gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə nail oldu. ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinə diqqət və qayğısı nəticəsində respublikamız ümumittifaq müstəvisinə çıxmağa başladı. 1974-cü ildə beyində qan dövriyyəsinin keçici pozulmalarının qarşısının alınması və müalicəsi məsələlərinə həsr edilmiş ümumittifaq Simpoziumu, 1977-ci ildə oftalmoloqların ümumittifaq elmi cəmiyyətinin plenumu məhz Bakıda keçirildi. Ulu öndər 1970-ci ildə ümumdünya Səhiyyə Təşkilatının (üST) regionlararası seminarının Bakıda keçirilməsi barədə qərar qəbul etdi. 1970-80-ci illərdə Azərbaycanda bu cür seminarların keçirilməsi artıq ənənə halını almışdı. Ulu öndər Heydər Əliyevin diqqəti nəticəsində hər il ən yaxşı həkimlərin, tibb mütəxəssislərinin orden, medal və fəxri fərmanlarla təltif edilməsi barədə qərarlar qəbul olunur, onlara respublikanın Xalq həkimi, Əməkdar həkimi, “Səhiyyə əlaçısı” fəxri adları verilir, maaş dərəcələri və vəzifə maaşları artırılırdı. 1982-ci il 23-24 oktyabr tarixi bütün tibb işçilərinin yaddaşına əbədi həkk olunub. Məhz o günlərdə sahə həkimlərinin keçirdiyi respublika qurultayında Ulu öndər Heydər Əliyev də iştirak etmişdi.
- Məlum olduğu kimi, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan səriştəsiz rəhbərlərin yarıtmaz idarəçiliyi nəticəsində bütün sahələrdə durğunluq və böhran yaranmışdı. Səhiyyə sahəsində də böhran müşahidə olunurdu. ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişindən sonra bu sahədə hansı dəyişikliklər baş verdi?
- Ulu öndər Heydər Əliyevin fəaliyyətinin ikinci mərhələsinin başlanğıcı Azərbaycanın çox ağır siyasi-iqtisadi böhran dövrünə təsadüf edir. Xalqın acınacaqlı durumda olduğu bir vaxtda, dövlətin müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı dövrdə Ulu öndərin hakimiyyətə gəlişi Tanrının Azərbaycana xilas üçün bəxş etdiyi yeganə nicat yolu idi. Dahi şəxsiyyət bu vəziyyətdə siyasi sabitliyi təmin etmək, iqtisadi siyasətin prioritetlərini müəyyənləşdirmək, kompleks islahatlar proqramını həyata keçirmək kimi çətin missiyanın öhdəsindən ustalıqla gəldi. Qısa müddət ərzində hər sahədə, o cümlədən, səhiyyədə mühüm dəyişikliklər baş verdi.
ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinə diqqət və qayğısı Onun hakimiyyətinin ikinci mərhələsində də geniş vüsət aldı. 1994-cü ildən başlayaraq Heydər Əliyevin göstərişi ilə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitinin artırılması üçün konkret tədbirlər planı həyata keçirildi. “Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm. Deyə bilərəm ki, mən sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsunuz. Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir”, - deyən Ulu öndər Heydər Əliyev 1994-cü ilin dekabr ayında UNİCEF-in rəhbərliyi ilə səhiyyə sahəsində mütərəqqi dəyişikliklər edilməsi və yeni səhiyyə sisteminin yaradılması məqsədi ilə əməkdaşlıq proqramı imzaladı. Bu, tibb sahəsində islahatların daha da dinamik inkişafına təkan verdi. ümummilli Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirildi. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İmmun çatışmazlığı virusunun törətdiyi xəstəliyin yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqanlarının və toxumalarının transplantasiyası haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Tibbi sığorta haqqında” qanunlar, eləcə də “Əhaliyə tibbi yardım göstərməklə, virusologiya sahəsində elmi araşdırmalarla və xidməti vəzifələrini yerinə yetirərkən virus preparatları istehsalı ilə məşğul olan işçilərin immun çatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxmasına, eləcə də bununla əlaqədar şikəstlik və ölüm hallarına qarşı məcburi dövlət sığortası haqqında” Əsasnamə qəbul edildi. Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası və Ş.Ələsgərova adına 5 saylı Doğum Evi həmin proqram çərçivəsində ən yeni aparatlarla təchiz edildi. Narkomaniyaya qarşı mübarizə məqsədi ilə “Narkomaniya, narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsinə qarşı ümummilli mübarizə Proqramı” çərçivəsində Səhiyyə Nazirliyinin daxili ehtiyatları hesabına stasionar, anonim müalicə kabinetləri yaradıldı. 2000-ci ilin dekabr ayında isə Ulu öndər Heydər Əliyevin iştirakı ilə dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxanası istifadəyə verildi. ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən Türkiyənin 12 əczaçılıq firmasından və Avropa İttifaqının üzvü olan ölkələrin əczaçılıq firmalarından alınan dərman preparatlarının çox hissəsi müalicə-profilaktika müəssisələrinə və dərmanların alınmasında güzəşt hüququ olan xəstələrə verildi. ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən iyunun 17-si tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
- ümummilli liderin davamçısı Prezident İlham Əliyevin səhiyyə sektorunda həyata keçirdiyi proqramların mühüm nəticələri bu gün görülməkdədir...
- Ulu öndər Heydər Əliyevin siyasi varisi ölkə başçısı İlham Əliyevin prezident seçilməsindən sonra Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Onun müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təzhiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Həmin tədbirlər planına əsasən tibb müəssisələrinin maddi- texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi artıb. Əgər 2003-ci ildə hər çarpayı il ərzində 82 gün işləmişdirsə, 2008-ci ildə bu rəqəm 172.2 -yə bərabər olub. Bununla bərabər, 2003-cü illə müqayisədə 2008-ci ildə xəstəxanalarda müalicə olunan xəstələrin sayı 32 faiz, təcili tibbi yardım göstərilən xəstələrin sayı 29 faiz, ambulator müəssisələrə müraciət edənlərin sayı 17 faiz artıb. Tibb müəssisələrinin dərman preparatları ilə təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. 2007-ci illə müqayisədə 2009-ci ildə dərman xərclərinə ayrılan vəsait 40 faiz artırılıb. Əhaliyə pulsuz verilən 60 adda ən vacib dərman preparatlarının siyahısına müasir praktikada işlədilən daha 50 preparat əlavə edilib.
- Respublikamızın səhiyyə sisteminin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi proqramların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır...
- Heydər Əliyev Fondu ölkəmizdə səhiyyə islahatlarının aparılmasında iştirakı ilə xüsusi olaraq seçilir. Fondun təşəbbüsü ilə çox mühüm tədbirlər həyata keçirilib və bu sahədə əhəmiyyətli nailiyyətlər əldə olunub. Uşaqlara diqqət və qayğı Fondun başlıca məqsədlərindən olduğundan qan xəstəliklərinin müalicəsi ilə bağlı bir çox layihələr həyata keçirilib. Hematoloji yardım və qan xidmətinin inkişafına yüksək diqqət yetirən Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində, tədarük olunan qan və onun komponentlərinin miqdarı artıb, qanın komponentlərə bölünməsi işi yaxşılaşdırılıb, təmənnasız donorların sayı yüksəlib və qanın təhlükəsizliyinin təmin edilməsində irəliləyiş əldə edilib. Eləcə də talassemiyalı, hemofiliyalı və hemodializdə olan xəstələrin qanın komponentləri ilə təmin edilməsinə əsasən nail olunub. Bunun nəticəsidir ki, 2003-ci illə müqayisədə qanvermələrin sayı 2 dəfəyə yaxın artıb. 2007-ci ildə 10 tona yaxın qan tədarük olunub, 2008-ci ildə isə bu, 17 tona çatdırılıb. Bu da respublikanın qana olan ehtiyacını tam ödəməyə imkan verir. Talassemiya xəstəliyinin profilaktikasının və xəstələrin müalicəsinin müasir tələblərə uyğun təşkili məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə hazırda Talassemiya Mərkəzi inşa edilib və bu yaxınlarda istifadəyə verilib. Bu, respublikada sümük iliyinin köçürülməsi əməliyyatlarının həyata keçirilməsinə imkan verir. Onu da xatırladım ki, ana və uşaqların sağlamlığının qorunması ilə bağlı elektron sağlamlıq kartlarının tətbiqi də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun 2007-ci ildə təqdim etdiyi həmin kartlarda körpələr haqqında bütün önəmli informasiyalar toplanır. Azərbaycan səhiyyəsində həyata keçirilən köklü islahatlar, ölkə rəhbərliyinin səhiyyəyə diqqəti və qayğısı artıq beynəlxalq səviyyədə də təsbit olunur. ötən il ümumdünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ana və uşaq sağlamlığının qorunmasında xidmətlərinə görə xüsusi mükafatla təltif edilməsi də bir daha bunu təsdiqləyir. ümumdünya Səhiyyə Təşkilatı baş direktorunun son iki il ərzində ikinci dəfə Azərbaycana gəlişi də beynəlxalq aləmdə səhiyyəmizə verilən böyük qiymətə bariz nümunədir.
- Elsevər müəllim, bu gün Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə, dünyada hansı göstəricilərə malikdir?
- Aparılan islahatlar öz müsbət nəticələrini göstərməkdədir. Respublikamız hazırda səhiyyə xərclərinə ayrılan vəsaitin artım tempinə görə dünyanın əksər ölkələrindən yüksəkdə durur. 2003-cü illə müqayisədə 2009-cu ildə orta aylıq əməkhaqqı 2,5 dəfə artıb. Hesabat dövründə dərman, sarğı ləvazimatları və materiallarının alınması sahəsinə ayrılan vəsaitin həcmi 46 dəfə yüksəlib. Bir sıra səhiyyə göstəricilərinə görə də ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. ümumdünya Səhiyyə Təşkilatı respublikamızdakı bu işləri yüksək qiymətləndirməkdədir.
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58
