/ / Dövlət Proqramının uğurla icra olunması Azərbaycanın bütün regionlarının paralel inkişafını təmin etdi
Dövlət Proqramının uğurla icra olunması Azərbaycanın bütün regionlarının paralel inkişafını təmin etdi
02.06.2009 [09:31]
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Asəf Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Asəf müəllim, Milli Məclis 2008-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsini qəbul etdi. Bütün dünya dövlətləri beynəlxalq iqtisadi böhranın ağır fəsadlarını yaşayarkən və hətta, dünyanın ən böyük, ən güclü dövlətləri bu böhran qarşısında böyük itkilər verdiyi bir vaxtda Azərbaycan bu böhrandan ən az zərərlə çıxdı. ötən ilin dövlət büdcəsinin uğurla həyata keçirilməsi bunun əyani sübutudur. Bunu nə ilə əlaqələndirirsiniz? Sizcə, Azərbaycanın bu uğurlarının arxasında hansı amillər dayanır?
- Şübhəsiz ki, böhranın müəyyən mənada ölkəmizdə təsirləri hiss olundu. Əgər bu gün Azərbaycan dünyanın bir parçasıdırsa, dünyada baş verən bütün hadisələr müxtəlif şəkildə başqa dövlətlərə də təsir edirsə, deməli, qlobal maliyyə böhranının ölkəmizə təsir edəcəyi gözlənilən idi. Amma bu o qədər zəif oldu ki, əhali hiss etmədi, dövlət üçün əlavə problemlər yaratmadı. Əlbəttə ki, bunu Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi konsepsiyasının, ölkədə həyata keçirilən siyasi kursun məntiqi nəticəsi kimi də dəyərləndirmək olar. Bu gün Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, neftin büdcəyə təsiri azalıb. Azərbaycanda ipoteka kreditlərinin verilməsi bir də təsdiq edir ki, ölkəmiz dünyada gedən böhran ilə uğurla mübarizə etdi və öz inkişafını bu gün də davam etdirir.
Bu, Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir və hətta, Onun dediyi kimi, böhranın Azərbaycana müsbət təsirləri də oldu. Buna misal kimi, istehlak qiymətlərinin aşağı düşməsini göstərmək olar. Həmçinin, böhrana baxmayaraq, Azərbaycanda yeni müəssisələr fəaliyyətə başladı, yeni iş yerləri açıldı. Elə bir neçə gün öncə dövlət başçısı qərb bölgəsinə səfəri zamanı yeni obyektlərin açılışında iştirak etdi.
- Dövlət başçısının rayonlara səfərlərindən söz düşmüşkən, artıq “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın birinci mərhələsi başa çatıb və ikinci mərhələdə qarşıda duran məsələlərin həllinə başlanılıb. Sizcə, bu proqram Azərbaycana nə verdi?
- Bu proqramın uğurla icra olunması Azərbaycanı daha da gücləndirdi, sahib olduğu iqtisadi potensialı artırdı. Dövlət Proqramının uğurla icra olunması Azərbaycanın bütün regionlarının paralel inkişafını təmin etdi. Bu gün bölgələrdəki inkişaf Bakıdakından geri qalmır. Bütün regionlarda yeni, müasir standartlara cavab verən təhsil, səhiyyə, sənaye müəssisələri, idman, turizm kompleksləri yaradılıb. Yeni obyektlərin açılması isə iş yerlərinin yaradılması, yoxsulluğun aradan qaldırılması deməkdir. Bütün bu tədbirlər şübhəsiz ki, daha güclü, daha qüdrətli Azərbaycan yaratmaq, dövlətimizin iqtisadi gücünü daha da artırmağa xidmət edir. Dövlət Proqramının ikinci mərhələdə həyata keçirilməsi də məhz bu məqsədə çatmağı daha da asanlaşdıracaq.
Qeyd etmək istərdim ki, bu gün təhsil sahəsində bir çox uğurlara nail olmuşuq. Yeni məktəb binalarının tikilməsi, bir çox məktəbin əsaslı təmiri və bu məktəblərdə müasir avandanlığın olması artıq danılmaz bir faktdır. İndi bizim məqsədimiz məktəblərə daha keyfiyyətli təhsilin gətirilməsindən ibarət olmalıdır. Müəllimlərimiz tədrisdə müasir metodlardan və texnologiyalardan istifadə etməlidir. Bu isə həm müəllim heyətindən, həm də şagirdlərdən yeni biliklərin əldə olunmasını tələb edir. Yəni, müəllim dərsləri yeni səviyyədə tədris etməli, şagird isə müasir tələblərə uyğun mənimsəməlidi. Bu proses hər iki tərəfin zəhmətini tələb edir. Biz dünyada təhsil sahəsində gedən proseslərdən yanda qalmamalıyıq. Bu isə öz növbəsində ölkənin inkişafına bir təkan ola bilərdi.
- Asəf müəllim, bu günlərdə sizin də təmsil olunduğunuz Yeni Azərbaycan Partiyası nümayəndə heyəti cəbhə bölgəsinə səfər etmişdi. Bu barədə məlumat verməyinizi xahiş edirik.
- Bu səfərin təşəbbüskarı Yeni Azərbaycan Partiyası idi və biz də bu təşəbbüsə qoşulub hərbi hissələrə baş çəkdik. 28 May - Respublika günü münasibətilə əsgərləri təbrik etdik. Biz ön cəbhədə olduq və ordumuzun vəziyyətindən qürur duyduq. Müasir texnikanın mövcudluğu və istifadəsi, yüksək səviyyədə təlim keçmiş döyüşçülərimiz, onlara lazımi səviyyədə sərhəddə xidmətin təşkil olunması şəxsən məndə qürur hissi yaratdı və elə bir qənaətə gəldim ki, ordumuz işğal olunmuş torpaqlarımızı azad etməyə qadirdir. Azərbaycan dövləti hərbi gücünü yüksək səviyyədə təşkil edib. Bu da ölkənin inkişafının bir istiqamətidir, çünki güclü dövlət - güclü ordu deməkdir.
- Siz Azərbaycanın tanınmış elm xadimlərindən birisiniz. Bu gün Azərbaycan elminin, təhsilinin səviyyəsi elm xadimlərini qane edirmi?
- Təhsil millətin gələcəyidir. Ona görə də, məhz bu sahənin inkişafı Azərbaycan hökumətinin prioritet istiqamətlərindəndir. Bilirsiniz ki, Azərbaycan təhsili çətin yol keçib. Sovet təhsil sistemini birdən-birə dağıdıb yeni sistemə keçmək düzgün deyil. Təhsil elə bir sahədir ki, burda inqilabi addımlar səmərə vermir. Bunun üçün bəzən 10 illər tələb olunur ki, müasir dövrün tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq mümkün olsun. Lakin deyə bilərəm ki, Azərbaycan dövləti bu keçidi daha tez reallaşdırdı. Şübhəsiz ki, bu, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatlarının Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməsi sayəsində mümkün oldu.
- Təhsilin inkişafı üçün ən vacib məsələlərdən biri də beynəlxalq sistemə inteqrasiya və mütərəqqi standartların tətbiqidir. Bunun üçün isə dünyanın qabaqcıl ölkələri ilə tələbə mübadiləsi, qarşılıqlı kadr hazırlığı siyasətinin həyata keçirilməsi vacibdir. Azərbaycanın bu sahədə atdığı addımları necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil alması barədə Dövlət Proqramını təsdiq edib. SSRİ vaxtında da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə istedadlı gənclərimiz keçmiş ittifaqın aparıcı ali məktəblərinə təhsil almağa göndərilirdilər. Bunun müsbət nəticələrini görməkdəyik. Bu gün həmin tələbələr müxtəlif sahələrdə çalışırlar. 1988-ci ildə bu proses dayandırıldı. Dövlətçiliyi dərin anlamayan adamlar, ümumiyyətlə, bu anlayışlardan uzaq olan nadan insanlar bundan imtina etdilər. Bu adamlar başa düşmürdülər ki, dünyada qloballaşma gedir. İnsanlar digər ölkələrin inkişaf etmiş təhsil sistemindən bəhrələnməlidir. ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu ənənəni yenidən bərpa etdi. Hazırda isə Prezident İlham Əliyevin qərarı ilə gənclərimiz dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilirlər. Bir tələbənin birillik təhsili Amerikada təxminən 100 min dollara başa gəlir. Bu, o deməkdir ki, ölkəmiz öz gələcəyini düşünür. Bu da Azərbaycanın inkişaf etməsini bir növ təsdiq edir. Eyni zamanda, Azərbaycan beynəlxalq cəmiyyətə inteqrasiya olunur. Azərbaycan bu yolla getmək istəyir. Bu, çox önəmlidir, qloballaşan dünyada bu vacibdir. Əgər XX əsrin əvvəllərində dövlətlərin zənginliyi onların təbii sərvətləri ilə ölçülürdüsə, bu gün vəziyyət dəyişib. İndi ölkənin zənginliyi onun malik olduğu yüksək texnologiyalarının səviyyəsi ilə ölçülür. Bunun kökündə isə elm və təhsil amilləri durur. Baxın Yaponiyaya, Finlandiyaya, Hollandiya və s. inkişaf etmiş ölkələrə. Bu ölkələrdə yüksək texnologiyalar yaradılır və onlardan geniş istifadə olunur. Ona görə, bu gün elm və təhsil həlledici amilə çevrilməyə başladı. Məhz Azərbaycan da bu yolla gedir.
- Bəs, “Təhsil haqqında” Qanuna münasibətiniz necədir? ümumiyyətlə, bu qanun nə vaxt qəbul ediləcək?
- Əvvəla onu deyim ki, bu qanun beynəlxalq çağırışlara, müasir dövrün tələblərinə cavab verən, mükəmməl bir sənəd olmalıdır. Milli Məclis tərəfindən hazırlanmış və artıq iki oxunuşdan keçmiş qanun bu tələblərə cavab verir. Bu qanun hazırlanması uzun vaxt aparsa da, deyə bilərəm ki, gözləməyə də dəyib. Amma biz elə düşünməməliyik ki, bu qanun qəbul olunan kimi təhsil sahəsində problemlər həll olunacaq. Eyni zamanda, o demək deyil ki, qanun qəbul olunandan sonra heç zaman dəyişməyəcək. Xeyr, vaxtında qanun təkmilləşdiriləcək. çünki təhsil yüksək templə inkişaf edir. Digər tərəfdən, qanunun qəbul olunması təhsil sistemimizin qarşısında yeni məqsədlər qoyub, onlara nail olmaq yollarını müəyyən edəcək. Əminəm ki, bu qanun təhsilimizdə inkişafa aparan yeni bir mərhələ olacaq.
Azərbaycanın Boloniya prosesinə qoşulması təsdiq edir ki, biz də avropalılar kimi vahid Avropa təhsil sisteminə qoşuluruq və Avropa dəyərlərini ölkəmizdə inkişaf etdiririk. Qeyd etmək istərdim ki, Avropa dəyərləri coğrafi və yaxud fiziki anlayış deyil. Avropa dəyərləri bir düşüncə tərzidir. Biz də bu düşüncə tərzinə nail olmalıyıq, Avropa ailəsinə daxil olub yüksək inkişafı ölkəmizə gətirmək niyyətindəyik.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
