/ / Referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiyini bir daha təsdiqlədi
Referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiyini bir daha təsdiqlədi
04.10.2016 [09:35]
Milli Məclisin deputatı Zahid Oruc www.yap.org.az saytına müsahibə verib:
- Zahid müəllim, hazırda cəmiyyətimizdə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin - referendumun nəticələri geniş müzakirə olunmaqdadır. Bu barədə sizin fikirlərinizi də bilmək istərdik...
- Qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə hakimiyyətin həyata keçirdiyi siyasətin, mövcud idarəetmə mexanizmi və prinsiplərinin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, sosial rifahın yaxşılaşdırılmasını və iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün idarəetmə mexanizminin formalaşdırılmasıdır. Məhz Konstitusiya islahatlarının əsasında dayanan amillərdən biri də bu məsələdir.
Ölkəmizdə həyata keçirilən institusional islahatların əsasında güclü siyasi iradə dayanır. Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin olunması, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin edilməsi və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Təbii ki, Konstitusiya islahatlarından sonra bu proses daha da sürətlənəcək.
Bütövlükdə isə referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiyini təsdiqlədi. Məhz bu amil bundan sonrakı dövrdə ölkəmizin inkişaf siyasətinin daha böyük əzmlə, qətiyyətlə həyata keçirilməsini şərtləndirir.
- Bildiyimiz kimi, hazırda ölkəmizdə iqtisadi islahatların yeni mərhələsi həyata keçirilir. Konstitusiya dəyişikliklərinin bu islahatların sürətləndirilməsi baxımından əhəmiyyəti nədən ibarətdir?
- Ölkəmizdə yeni iqtisadi şəraitdə qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar, ilk növbədə, iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir.
Dövlət başçısının siyasi iradəsi əsasında start verilən yeni nəsil iqtisadi islahatlara uyğun olaraq istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunda mühüm sağlamlaşdırma tədbirləri görülür.
- Konstitusiya dəyişikliklərində sosial məsələlər də xüsusi yer tutur...
- Bütövlükdə, islahatların paralel şəkildə aparılması iqtisadi-siyasi inkişafın təməlini təşkil edir. Son illərdə qlobal miqyasda müşahidə edilən kataklizmlərin fonunda sosial məsələlər xüsusi aktuallıq kəsb etməyə başlayıb. Hazırda bütün dünya miqyasında meydana çıxan yeni çağırışlardan biri ondan ibarətdir ki, yaranmış vəziyyətdə milli dövlətlər öz siyasətlərində insanların gündəlik həyatı ilə bağlı məsələlərin həllinə, onların məşğulluğunun təmin edilməsinə, gəlirlərinin artırılmasına daha artıq dərəcədə diqqət yetirməli və daha təsirli tədbirlər görməlidirlər. Bu baxımdan Azərbaycanda həyata keçirilən genişmiqyaslı tədbirlər diqqətəlayiqdir. O cümlədən islahatların sosial sferanı da əhatə etməsi Azərbaycan dövlətinin yeni iqtisadi şəraitdə də özünün sosial siyasətinə sadiq qaldığını təsdiqləyir. Bütövlükdə, həyata keçirilən sosialyönümlü siyasətin hüquqi əsaslarının gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər reallaşdırılır.
- Zahid müəllim, bu islahatlar idarəetmə mexanizminin, siyasi sistemin daha da təkmilləşdirilməsi baxımından nə dərəcədə əhəmiyyət kəsb edir?
- Ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar ötən ildən başlayaraq yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub. Azərbaycanda həyata keçirilən institusional islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan idarəetmə sisteminin tamlığını təmin edib.
Sadalananları sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Qeyd etmək lazımdır ki, ölkəmizdə hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52

