/ / Üçtərəfli tarixi Zirvə görüşü regionun təhlükəsizliyi üçün yeni tərəfdaşlıq platforması yaratmış oldu
Üçtərəfli tarixi Zirvə görüşü regionun təhlükəsizliyi üçün yeni tərəfdaşlıq platforması yaratmış oldu
10.08.2016 [10:15]
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu www.yap.org.az saytına müsahibə verib:
- Hikmət müəllim, avqustun 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirildi. Bu görüşün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Avqustun 8-də Bakıda keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü bölgədə təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir. Əvvəla qeyd edim ki, bu görüş regionun aparıcı dövlətlərindən biri olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezident İlham Əliyev bu görüşü tarixi hadisə kimi səciyyələndirdi. Doğrudan da, son 200 illik bir dövrdə üç ölkənin dövlət başçılarının iştirakı ilə belə bir görüş keçirilməmişdir. Görüşün tarixiliyini şərtləndirən səbəblər onun formatı ilə yanaşı, həm də müzakirə olunan məsələlərin məzmunu ilə bağlı idi. Bu görüş, əslində, hər üç ölkənin və bütövlükdə, regionun iqtisadi, siyasi, mədəni və humanitar həyatında yeni bir mərhələnin başlanğıcının əsaslarını qoydu. Bu həmçinin region dövlətlərinin Avrasiya məkanında təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni bir müzakirə platforması yaratdı.
- Görüş çərçivəsində müzakirə olunan başlıca məsələlərdən biri də təhlükəsizliklə bağlı idi. Bu kontekstdə səsləndirilən fikirləri və mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
- Əslində, müasir mərhələdə beynəlxalq münasibətlər sistemində hər bir milli dövlətin təhlükəsizliyi olduqca vacib məsələlərdən biridir. Çünki dövlətlərin təhlükəsizliyi müasir beynəlxalq münasibətlərə, ölkələrarası əlaqələrə ciddi təsir edən bir amildir. Təhlükəsizliyin təmin olunmaması terror hadisələrinə və digər təhdidlərə səbəb ola bilər. Üçtərəfli Zirvə görüşündən bir gün öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 8-də biz iqtisadiyyatdan və humanitar əlaqələrdən başlamış, təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərinə qədər ən müxtəlif sahələrdə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə etmək üçün ilk dəfə üç dövlət başçısı səviyyəsində Bakıda toplaşacağıq. Görüş çərçivəsində təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu və hesab edirəm ki, bu istiqamətdə səmərəli fikir mübadiləsi aparıldı.
Doğrudan da, bu gün terrorizmə və digər təhdidlərə qarşı ciddi mübarizə mexanizminin formalaşdırılması olduqca aktualdır. Terrordan uzun müddət əziyyət çəkən, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycan da təhlükəsizlik məsələsinə çox ciddi diqqət yetirir, bu istiqamətdə sistemli və ardıcıl işlər görür. Azərbaycan, eyni zamanda, öz ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli mövqe sərgiləyir. Bütün bunlar İran və Rusiyanın gözü qarşısında baş verir. Aprel hadisələrindən sonra yaranmış yeni şərait çərçivəsində belə bir görüşün keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi ilə bağlı müstəsna əhəmiyyət kəsb edir. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd etdi ki, Rusiya problemin qısa müddətdə həllinə çalışacaqdır. Bəllidir ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya və qonşumuz İran İslam Respublikası bu prosesdə iştirak etməyə imkan verən siyasi nüfuza və real iqtisadi, siyasi və hərbi mexanizmlərə sahib olan ölkələrdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan Zirvə görüşünün Birgə Bəyannaməsində də əks olundu ki, həll olunmamış münaqişələr regionda təhlükəsizliyi təhdid edir. Bu, bir daha problemin qısa müddətdə həll olunması üçün siyasi iradənin bəyan olunması idi.
Bundan başqa, görüş çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinə dair konkret fikirlər səsləndirildi ki, bu da iki ölkə arasındakı münasibətlərin gələcəyini şəkilləndirən əlamətdar haldır.
- Transmilli layihə olan “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı ifadə edilən fikirlər bu layihənin həm hər üç ölkə, həm də daha geniş coğrafiya üçün strateji əhəmiyyətini bir daha aşkar etdi. Bu layihə hansı perspektivlər vəd edir?
- Azərbaycanın coğrafi mövqeyi həm Şərq-Qərb, həm də “Şimal-Cənub” dəhlizi üçün olduqca münasib bir koridordur. Şərq-Qərb dəhlizi istiqamətində reallaşdırılan layihələr artıq yekunlaşmaq üzrədir: Bakı-Tbilisi-Qars dəmir yolu və oradan Avropaya uzanan Böyük İpək Yolu həlqəsi bitmək üzrədir ki, bu da Azərbaycana böyük dividendlər gətirəcək. Eyni zamanda, buna paralel olaraq başqa bir tranzit məkanı - kommunikasiya yolu var ki, bu da dünya iqtisadiyyatına əhəmiyyətli dividendlər gətirə bilər. Bu, “Şimal-Cənub” dəhlizi kimi xarakterizə olunan yeni dəhlizdir. Bu dəhliz Norveçdən başlayaraq Hindistana, oradan isə Cənubi-Şərqi Asiya və Latın Amerikası ölkələrinə qədər böyük bir iqtisadi-siyasi coğrafiyanı əhatə edir. Burada əsas olan məqam böyük miqdarda və intensiv yükdaşımaların həyata keçirilməsinin mümkün olmasıdır. Bu, bütövlükdə, həm rentabelli kommunikasiya vasitəsidir, həm də əhəmiyyətli təhlükəsizlik kəməridir. Süveyş kanalı və onun ətrafında yükdaşımaları üçün müəyyən problemlər yarandığı üçün yeni və daha təhlükəsiz bir marşrutun yaradılması həm Rusiya, həm İran, həm də Azərbaycanın mənafeyinə uyğundur, eyni zamanda, bu kommunikasiya xəttinin əhatə etdiyi ölkələr üçün də cəlbedici layihədir.
Üçtərəfli Zirvə görüşündən sonra bəlli oldu ki, bu proses ənənə halını alacaq. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani növbəti üçtərəfli Zirvə görüşünün İranda keçirilməsini təklif etdi. Bu formatın daha dinamik və effektiv olması üçün İşçi Qrupunun yaradılması baş tutdu. Bütövlükdə, bu görüş real infrastruktur layihələrini həyata keçirmək üçün mexanizmlərin formalaşdırıldığı, regionun təhlükəsizlik problemlərinin müzakirə edildiyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün yeni siyasi bəyanatın qəbul edildiyi görüş kimi yadda qaldı. Ən əhəmiyyətli məsələlərdən biri isə gələcəkdə regionun digər aparıcı aktorlarının da bu platformaya qoşulması imkanlarının yaranması oldu.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

