Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı öz hədəfləri var
05.07.2016 [10:19]
Eldar İbrahimov: Məqsədimiz yaxın illər ərzində ərzaq ehtiyaclarımızı tamamilə yerli məhsul hesabına ödəməkdən ibarətdir
Məlum olduğu kimi, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev iyunun 29-dan iyulun 1-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Krans Montana Forumunun 27-ci sessiyasında iştirak ediblər. “Modern.az” saytının əməkdaşı səfərlə bağlı Eldar İbrahimovla söhbətləşib. Müsahibəni təqdim edirik:
- Eldar müəllim, Krans Montana Forumunun 27-ci sessiyasında hansı məsələlərə toxunuldu?
- Öncə onu qeyd edim ki, bu Forumda ilk dəfə idi ki, iştirak edirdim. Beynəlxalq əhəmiyyətli toplantı qloballaşan müasir dünyada ölkələr arasında iqtisadi, siyasi, sosial və dini məsələlərin həllində əməkdaşlığın genişlənməsinin vacibliyini önə çəkir. Budəfəki sessiya da istisna olmadı. Forumda bəzi ölkə başçıları, hazırkı və keçmiş baş nazirlər, tanınmış dövlət və ictimai-siyasi xadimlər iştirak edirdilər.
- Bildiyimizə görə, tədbirdə məruzə etmisiniz. Mümkünsə, bu haqda geniş məlumat verərdiniz...
- Bəli, mən “Ərzaq təhlükəsizliyinin təmin edilməsində Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış etdim. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün Prezident İlham Əliyevin bu məsələyə diqqət və qayğısı nəticəsində həyata keçirilən tədbirlərdən və əldə edilən nailiyyətlərdən, habelə bu istiqamətdə görüləcək mühüm işlərdən ətraflı danışdım.
Qeyd etməliyəm ki, forumda Azərbaycana maraq böyük idi və təsadüfi deyil ki, mənim etdiyim məruzə iştirakçılar tərəfindən maraqla dinlənildi. Müzakirələrdə çıxış edənlər bütün dünya dövlətlərində əsas problemlərdən olan ərzaq təhlükəsizliyinin təmin edilməsində ölkəmizin qısa müddət ərzində əldə etdiyi nəticələri yüksək qiymətləndirdilər.
- Ərzaq təhlükəsizliyi ilə bağlı məsələ bütün dünyanın problemidir. Azərbaycanın yeri bu problemlə bağlı hansı sıradadır?
- Məlum olduğu kimi, ərzaq çatışmazlığı bəşəriyyəti bütün tarix boyu izləyib. XIV-XV əsrlərə qədər milyonlarla insan aclığın qurbanı olub. Lakin XX əsrin əvvəllərindən başlayaraq, aclıq beynəlxalq və qlobal problemə çevrildi. Bununla bağlı, bir çox ölkələrdə sammitlər və iclaslar keçirilirdi. Və nəhayət, 1996-cı ilin noyabrında Romada keçirilən ümumdünya sammitində razılaşdırıldı ki, inkişaf etmiş ölkələr ehtiyacı olan ölkələrə ərzaq yardımı etsin.
Roma sammitinin iştirakçıları həmçinin davamlı inkişafın, yoxsulluqla mübarizənin və ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli hökumətlərin öhdəliyi olduğunu müəyyənləşdirdilər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təsnifatı əsasında, keçmiş Sovet İttifaqının bir çox ölkələri kimi, Azərbaycan da ərzaq təminatı baxımından sıxıntı çəkən ölkələrin risk qrupuna daxil edilmişdi.
- Bəs Azərbaycan risk qrupundan çıxmaq üçün hansı addımlar atdı?
- Azərbaycan hökuməti əhalinin rifahını və ölkənin iqtisadi inkişafını yüksəltmək, işsizliyin və yoxsulluğun azaldılması üçün bir sıra tədbirlər həyata keçirdi. Ulu öndər Heydər Əliyevin torpaq islahatı nəticəsində bütün kolxozlar və sovxozlar ləğv edildi, onların mülkiyyəti və torpaqları isə təmənnasız olaraq kəndlilərə verildi. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergi verməkdən azad edildi, hər il onlara subsidiyalar və güzəştli kreditlər verilməklə dövlət dəstəyi təmin olundu. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu gün aqrar sektor qeyri-neft sektorunun prioritet sahəsi elan olunub və yoxsulluqla mübarizə, regionların inkişafı, əhalinin ərzaq təminatı və s. sahələrdə uğurla icra edilən Dövlət proqramları qəbul edilib. İqtisadi, o cümlədən aqrar sahədə islahatlar sürətləndirilib.
Görülən tədbirlər nəticəsində yoxsulluq və işsizlik səviyyəsi 5 faiz səviyyəsində stabilləşdi, son 10 ildə əmək haqları 4 dəfə, kənd təsərrüfatı məhsulunun istehsalı isə 3 dəfə artırılıb. Bütün bunlar əhalinin əsas ərzaq məhsulları ilə təmin olunmasını asanlaşdırdı və Azərbaycanın ərzaq təminatına görə riskli ölkələr qrupundan çıxmasına təsir göstərdi.
Hazırda Azərbaycan yerli istehsal hesabına bir çox məhsullarla özünü 85-110 faiz arasında təmin edir. Ölkəmiz xarici dövlətlərə kartof, tərəvəz, şəkər və s. məhsullar ixrac edir. Lakin ölkənin taxıla, südə və bitki yağlarına olan tələbatının 25-30 faizi idxal hesabına ödənilir. Ölkə əhalisinin bu məhsullara tələbatını tam ödəmək üçün taxıl və süd istehsalı ilə məşğul olacaq iri təsərrüfatların yaradılması prosesi gedir. Azərbaycan parlamenti bu yaxınlarda “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun qəbul edərək, aqrar sektorun inkişafı üçün yeni impuls vermiş oldu. Dövlət fondundan iş adamlarına torpaq və kreditlər ayrılır, onlara lizinq yolu ilə yüksək produktivli mal-qara, xarici ölkələrdən alınmış müasir texnika və texnologiyalar verilir.
- Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı hədəfi nədir?
- Bizim hədəfimiz və məqsədimiz yaxın illər ərzində ərzaq ehtiyaclarımızı 100 faiz, tamamilə yerli məhsul hesabına ödəməkdən ibarətdir.
Hazırda xarici ölkələrdən gətirilən inqredientlərin yerli məhsulların istifadəsində azaldılması üçün də tədbirlər görülür. İldən-ilə kənd təsərrüfatı məhsullarının ixracı artır və Azərbaycan ekoloji təmiz məhsulların istehsalı üçün böyük potensial qazanır. Respublikamız aqrar sahənin inkişafı ilə əlaqədar digər dövlətlərlə qarşılıqlı əməkdaşlığa hazırdır və bu əməkdaşlığı edir.
Xəbər lenti
Hamısına baxİdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

