Novruz Məmmədov: Qanunun aliliyindən danışanların özlərinin bir beynəlxalq öhdəliyi varmı?
03.09.2015 [10:14]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun AZƏRTAC-a müsahibəsi:
- Hörmətli Novruz müəllim, Xədicə İsmayılovanın məhkəməsinin nəticəsi ilə bağlı Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqton çox narahat olduğunu bildirib və Azərbaycana bir neçə çağırış yönəldib. Bununla bağlı siz nə deyə bilərsiniz?
- Bəli, belə bir bəyanat nazir tərəfindən səsləndirilib. Hər şeydən əvvəl onu demək istəyirəm ki, bu, David Lidinqtonun Azərbaycanla bağlı ilk mövqeyi deyil. O, Avropa üzrə nazir olmasına baxmayaraq, Azərbaycanla bağlı hər dəfə bir qərəzli bəyanat vermək üçün sanki fürsət axtarır və dəfələrlə bunu edib. Avropa işləri üzrə nazir olsa da, görünür, Azərbaycandakı proseslər cənab naziri nə üçünsə ən çox maraqlandıran məsələdir. Bu sahədə həmişə birinci olmaq istəyir. Elə buna görə də Avropa İttifaqının digər rəsmilərini qabaqlamağı qərara alıb və buna nail olub.
Öz bəyanatında cənab nazir Azərbaycanı qanunun aliliyinə əməl etməyə çağırır. Lakin David Lidinqtonun özü isə beynəlxalq hüquq və öhdəliklər barədə susmağı üstün tutur. Ona sual ola bilər ki, qanunun aliliyindən danışanların özlərinin bir beynəlxalq öhdəliyi varmı? Nə üçün Birləşmiş Krallığın adından, fürsət düşən kimi, Azərbaycanla bağlı subyektiv bəyanatlar verir və mövqe bildirir, lakin beynəlxalq hüququ bu illər ərzində heç olmasa bir dəfə yada salıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qaçqınlarla bağlı mövqe bildirmir.
Cənab Lidinqton Avropa üzrə nazirdir və Avropada gedən proseslərlə bağlı mövqe bildirsə daha yaxşı olardı. Üç ildən artıqdır bütün hüquqlarından məhrum olmuş, həbs şəraitində sığınacaq tapmış Julyen Asanjla bağlı insan hüquqları baxımından bir bəyanat versəydi, o, doğrudan da qərəzli olmadığını nümayiş etdirərdi.
Azərbaycandakı proseslər isə həm Azərbaycan qanunları, həm də beynəlxalq hüquqa uyğun aparılır. David Lidinqtonun haqqında bəyanat verdiyi şəxs cinayət əməlinə görə məsuliyyətə cəlb olunub. Yaxşı olardı ki, cənab Lidinqton Avropada media ilə bağlı baş verən proseslərə münasibət bildirsin.
Araşdırmalar göstərir ki, media mənsubları ilə bağlı qanun pozuntuları Avropada başqa ölkələrdən daha çoxdur. Belə ki, yalnız 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 23-ü İngiltərənin, 55-i Fransanın, 61-i Almaniyanın, 28-i İspaniyanın, 6-sı Portuqaliyanın, 7-si Avstriyanın, 73-ü İtaliyanın, qalanları isə digər ölkələrin payına düşür. Hadisələrin mahiyyətinə gəlincə isə onlardan 7-si ölüm hadisəsi olub, 126-sı fiziki cəza, 80-i həbs, 181-i isə senzura ilə bağlı olub. Görün, bunlarla bağlı cənab Lidinqton bir dəfə bəyanat veribmi?
Son vaxtlar miqrantlarla bağlı proseslərin yaranmasının, indiki böhran həddinə çatmasının, onların çoxlu sayda həlak olmasının məsuliyyəti Aİ-nin üzərinə düşür. Bu hadisənin həm siyasi, həm insan hüquqları baxımından təhlil edilib nəticə çıxarılması Aİ strukturlarının bir nömrəli vəzifəsidir. Cənab Lidinqton və digər məsul rəsmilər bu məsələ ilə məşğul olsalar daha yaxşı olar.
Təəssüflə deməliyik ki, özlərini media azadlığının carçısı sayan Aİ strukturlarının nümayəndələri, eləcə də cənab David Lidinqton bir dəfə də olsun bu hadisələrdən danışmırlar. Belə olan halda öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaranların niyyəti, məqsədi nədir?
Bütün bunlar Azərbaycana qarşı qərəzli və məkrli niyyətlərin göstəricisindən başqa bir şey deyil. Bir də onu bildirmək yerinə düşər ki, Azərbaycan müstəqil daxili və xarici siyasəti olan dövlətdir, onun daxili işlərinə qarışaraq qərəzli bəyanatlar verməyə heç kimin hüququ yoxdur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

