Azərbaycanın Avropa üçün önəmi böyükdür
20.02.2014 [13:48]
Müsahibimiz Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasının Enerji təhlukəsizliyi komitəsinin həmsədri Fuad Muradovdur
- Fuad müəllim, siz Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədrisniz. Milli maraqlarımızın qorunması baxımından Azərbaycanın bu təşkilatdakı movqeyi necədir?
- Azərbaycanın Avropa üçün önəmi böyükdür. Avropa təsisatları ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir. Vurğulamaq istərdim ki, avrointeqrasiya Azərbaycanın öz seçimidir və Azərbaycan Avropa İttifaqı ölkələrinin inkişaf modelinə üstünlük verir. Son 20 ildə dövlətçiliyimizin əsaslarının qurulması üçün Avropa təcrübəsi xeyli kömək edib. Bu baxımdan Avropa təsisatları ilə əməkdaşlıq qarşılıqlı hörmət və etimad əsasında qurulur. Prezident İlham Əliyevin apardığı bu siyasi kürs beynəlxalq təşkilatlarda ölkəmizin nufuzunu artması ilə yanaşı dövlətimizi ciddi tərəfdaş ölkə kimi tanıdır. Bu təsistalardan biri də Avronest PA-dır.
Avronest çərçivəsində fəaliyyət Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı daha da gücləndirib. Burada keçmiş sovet respublikaları ilə Avropa İttifaqına üzv dövlətlər arasında əməkdaşlıq qurulub və onlar vahid heyət kimi işləyirlər. Azərbaycanın qurumda təmsil edən nümayəndə heyəti ölkəmizin maraqlarını layiqincə təmsil edə bilir. Deyə bilərəm ki, Bakı Avronestdəki aktiv işi ilə bu qurumun əsas tərəfdaşına çevrilə bilib. Avronestin 2012-ci ildə Bakıda keçirilmiş ikinci sessiyası, Enerji Təhlükəsizliyi Komitəsinin iclasları buna bariz nümunədir. Ölkəmizə maraq onun geostrateji baxımından mühüm nöqtədə yerləşməsindən irəli gəlir. Azərbaycan artıq böyük neft-qaz ölkəsi kimi özünü dünyada təsdiq edib. Avropa ölkəmizin enerji resurslarının bu məkana ixrac edilməsinə böyük maraq göstərir. Müxtəlif layihələr ətrafında müzakirələrin aparılması və Azərbaycanın bu prosesdə önəminin vurğulanması ölkəmizə verilən önəmin ifadəsidir. Avronestin kürsüsündən biz ölkəmizin üzləşdiyi işğal faktı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq imkanı qazanırıq. Azərbaycan həmişə bütün beynəlxalq təsisatlardakı toplantılarda Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərərfindən işğalı məsələsini qaldırır. Avronest PA-da bizim üçün bu baxımdan həqiqətləri paylaşmaq üçün yaxşı tribunadır.
- Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu danılmazdır. Bu rol Avropada necə qiymətləndirilir?
- Azərbaycanın enerji təhlükəsizliyi məsələsi ilə bağlı Avropa qitəsində rolu çox böyükdür. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəmizi Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevirib. Azərbaycan zəngin təbii sərvətlərini istifadə etmək haqqında strateji qərar qəbul etməklə, həm də Azərbaycanın Avropada enerji təhlükəsizlik tələbatlarına töhfə verməyə hazır olduğunu nümayiş etdirib. 2006-cı ilin noyabr ayında Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozunun Brüsseldə imzaladığı “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirib və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən edib. Enerji resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Ötən ilin dekabr ayında Bakıda imzalanmış “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi isə Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən “Cənub qaz dəhlizi”ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bu baxımdan, TANAP və TAP layihəsinin reallaşdırılması xüsusi əhəmiyyətə malikdir. Bu layihələrin reallaşması da dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.
Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır. Avropada bu siyasətin miqyasını başa düşürlər.
Amma sirr deyil ki, beynəlxalq təşkilatlarda ölkəmizə qarşı işləyən qruplar mövcuddur. Bu,danılmaz faktdır. Ermənistan özünün diaspor şəbəkəsindən istifadə edərək buna əl atır. Öz havadarlarının dəstəyi ilə diaspor bəzən müəyyən anti-Azərbaycan işlərini apara bilirlər. Amma biz onların cavablarını da layiqincə veririk. Biz bunu nəzərə almaqla bərabər işimizi də davam etdirməliyik.
- Avronest Parlament Assambleyası komitələrinin bu ay keçirilən iclaslarında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Rəhbəri olduğunuz komitədə hansı məsələlər müzakirə edildi?
- Fevralın 11-də Brüsseldə Avronest Parlament Assambleyasının üç komitəsinin iclası keçirildi. Siyasi Komitənin iclasında Şərq tərəfdaşlığı ölkələrində cari vəziyyət və komitədə hazırlanmış məruzə müzakirə olundu. Nümayəndə heyətimiz bir sıra təkliflərlə çıxış etdilər. Təklif etdik ki, komitənin məruzəsində Şərq tərəfdaşlığı məkanında separatizmin qeyri-məqbul olduğu bəyan edilsin. Mən çıxışımda təşkilata üzv ölkələrdə baş verən hadisələrə, o cümlədən Ukraynada olanlara Avropa İttifaqının gec mövqe bildirdiyini, gözləmə mövqeyini tutduğunu dedim. Bildirdim ki, yalnız digər qüvvələrin reaksiyasından sonra təşkilatın mövqe açıqlamasının heç də düzgün deyil. Avropa İttifaqını Şərq tərəfdaşları ilə paralel olaraq Mərkəzi Asiya regionuna da xüsusi diqqət yetirməyə çağırışımız avropalı həmkarlarımız tərəfindən dəstəkləndi.
Qurumun Enerji təhlükəsizliyi komitəsinin iclasında 2015-ci ildə Riqada keçirləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin növbəti sammitinə hazırlıqlar və “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində enerji ehtiyatlarının səmərəli istifadəsi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri” mövzusunda məruzə edildi. İclasda həmçinin Enerji komitəsinin hesabatı dinlənildi. İclasda mən çıxış edərək Azərbaycanın dəstək verdiyi TAP və TANAP enerji layihələri ilə bağlı ən son yenilikləri deputatların diqqətnə çatdırdım. Həmçinin, Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər barədə geniş məlumat verdim.
Qeyd edim ki, Ermənistana qarşı Avropa İttifaqında etimadsızlıq yaranıb.
Ermənilər bu iclasda da həmişə olduğu kimi sübut etməyə çalışdılar ki, guya Avropanın yanındadılar. Amma Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi onlara dedi ki, “Ermənistanın seçimi ortadadır”. O qeyd etdi ki, sənədlərin hazırlanmasına 200 gün itiriblər. Amma qəfildən Ermənistan Gömrük İttifaqına daxil olmaqla, Avropa İttifaqını fakt qarşısında qoydu. Ermənilər də iddia etdilər ki, onlara ciddi təzyiqlər olub. Amma bu inandırıcı olmadı.
Biz müzakirələr zamanı Xocalı soyqırımı ilə bağlı məsələni qaldırdıq və gələcəkdə bu cür halların bir daha baş verməməsi üçün yeni nəsillərin məlumatlandırılmasının vacibliyini vurğuladıq.
- Fuad müəllim, beynəlxalq tədbirlər çərçivəsində Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində nə kimi addımlar atılır?
- Sülh danışıqları prosesində Ermənistan bütün öhdəliklərininin yerinə yetirilməsindən boyun qaçırır. Bu, Ermənistanın gerçək siyasətidir. Bu ölkənin hakimiyyəti bütün danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir. Atəşkəs rejiminin pozulması isə hər dəfə ya xarici işlər nazirlərinin görüşü, ya da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı müşahidə olunur. İşğalçı dövlət rəhbərliyinin əsas məqsədi öz hakimiyyətini qorumaqdır. Bu danılmaz faktdır ki, Ermənistan separatizm üzərinə qurulan dövlətdir. Dövlətin mahiyyəti isə parçalamaq, öz insanlarını diaspor təşkilatları vasitəsi müxtəlif ölkələrdə yerləşdirməkdir. Amma belə siyasət uzun müddət davam edə bilməz. Beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi adımlar atmalıdır. Biz də öz tərəfimizdən iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti haqqında ətraflı məlumat veririk. Çalışırıq ki, dünya ictimaiyyəti Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətləri bilsin və erməni tərəfinin işğalçılıq siyasətinin mahiyyəti ilə tanış olsun.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyndə rolunun artması ölkəmizə marağı daha gücləndirib. Fikrimcə, bu əməkdaşlıq çərçivəsində Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu təşkilatın təsir etmək imkanları böyükdür.
Xəbər lenti
Hamısına baxGündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18

