/ / 97 yaşlı Xalq artisti Roza Cəlilova: Elə bir ölkə yoxdur ki, milli rəqsimizə baxıb heyran qalmasın
97 yaşlı Xalq artisti Roza Cəlilova: Elə bir ölkə yoxdur ki, milli rəqsimizə baxıb heyran qalmasın
23.07.2025 [11:35]
Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib. Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub. Beləliklə, bu günk müsahibimiz “Şərəf” və “Şöhrət” ordenli xoreoqraf, xalq artisti Roza Cəlilovadır. Müsahibəmizi oxuculara təqdim edirik.
- Roza xanım, necəsiniz? Özünüzü necə hiss edirsiniz?
- 97 yaşım var. Yaş öz sözünü deyir. Bu yaşa gəlib çatdım, xalqımızın sevgisini, məhəbbətini hər zaman hiss elədim. Allah mənə ömür verib ki, rəqsimizi xalqımıza təqdim edim. Bu məni qürurlandırır. Yaxşı ki, sizlər varsınız və gəlib məndən tez-tez xəbər alırsınız.
- Necə oldu sırf milli rəqsə üstünlük verdiniz?
- Ailəmiz incəsənəti çox sevirdi. Atam mənim əlimdən tutub baletə apardı. Balet oynadım, lakin milli musiqini eşidəndə özümü daha çox orada görürdüm. Rəqsə bağlılıq ürəkdən gəlməlidir. Mən də ürəyimin səsinə qulaq asdım. O zamanlar xarici ölkələrə gedib Azərbaycan rəqsini nümayiş etdirmək çətin idi. Hara göndərdilərsə, bütün tədbirlərdə uğurla iştrak elədim. Bu, mənim üçün böyük fəxrdir.
- Necə düşünürsünüz, Sizcə hazırda milli rəqs o illərdəki qədər sevilir?
- Hiss edirəm ki, milli rəqsimizə insanların marağı böyük, sevgiləri çoxdur. Musiqi gözəl, avazı gözəl, geyimləri gözəldirsə, əlbətdə ki, seviləcək rəqsimiz var. Ulu öndər Heydər Əliyevin bir sözü var. Rəqs bizim güzgümüzdr. Elə bir ölkə yoxdur ki, milli rəqsimizə baxıb heyran qalmasın. Melodiya, rəqsin hərəkətləri, paltarın quruluşu hamısı bir biri ilə bağlı olmalıdır. Rəqs tarixi dəyərdir, təqdim etmək isə böyük xoşbəxtlikdir. İfa olunan musiqini eşitdikdə, təqdim olunan rəqsi gördükdə insanın ruhu oynayır. Gözəl bəstələrimiz, musiqiçilərimiz, rəqqaslarımız çoxdur.
- Roza xanım, rəqs insanın xarakterinə necə təsir göstərir?
- Rəqs insanın xarakterinə ancaq müsbət mənada təsir göstərə bilər. İnsanı ruhlandırır, ona sevgi gətirir.
- Bəs sizə daha çox yaxın olan hansı rəqsdir?
- Lirik rəqslərimiz bir tarixdir. “İnnabi”, “Uzundərə” və s ən gözəl süzmə rəqslərdir. Oğlanlar üçün “Qaytağı”, “Cəngi” rəqslərini misal gətirərdim. Hansı olmasından fərqli olmayaraq rəqsimizə böyük maraq və sevgi duyublar. Mən bunu getdiyim bütün ölkələrdə hiss eləmişəm. Hətta rəqsimizə aid kitablar belə yazıblar.
- Bildiyim qədər nəvəniz Lalə xanım Aslanur da yolunuzu davam etdirir...
- Bəli, Lalənin lap kiçik yaşlardan rəqsə marağı var. O, 2000-ci illərdə doğulub. Həmin ərəfələrdə zəlzələ olmuşdu. Hamımız zəlzələnin təsirində idik, lakin balaca Lalə əllərini qaldırıb özü üçün oynayırdı. Onun rəqs proyekti var. Keçən il Kanadada keçirilən mötəbər müsabiqədə 15 ölkə arasında Azərbaycan birinci yerə layiq görüldü və qızıl medal qazandı.
- Yaxın günlərdə də maraqlı bir tamaşa qurmuşdu...
- Bəli, bu il tamaşa quranda dahi şəxsiyyətlərə önəm verildi. Üzeyir Hacıbəyov, Xurşudbanu Natəvan, İbrahimxəlilxan kimi şəxsiyyətlərə müraciət etdilər. Səhnədə 30 rəqqasla işləmək böyük zəhmət tələb edir. Həmin təqdimatın sonunda cənab Prezident İlham Əliyevin Şuşa ilə bağlı çıxışı ekranlarda səsləndirildi.
- İştrak etdiniz həmin tədbirdə?
- Həmin gün özümü yaxşı hiss eləmirdim, lakin orada iştrak etməliydim. Çox gözəl bir tədbir oldu. İnsanların böyük sevgisini gördüm orada. Konsert ərəfəsində nəvəmi tanımadım. O, əsl Azərbaycan xanımı kimi milli paltarda səhnədə idi. Bir anlıq fəxr elədim. Bu rəqsi sevmək və xalqa sevdirmək lazımdır. Düşünürəm ki, mən bunu bacardım və nəvəmin də mənim qədər təqdim edəcəyinə inanıram. Bizim rəqs dünyada tarixə düşən bir rəqsdir.
- Bildiyim qədər 95 illiyiniz təntənəli şəkildə qeyd olunub.
- Bəli, möhtəşəm bir tədbir keçirildi, tədbir konsert proqramı ilə davam etdi. İnsanlar ayaq üstə məni alqışladı. Mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları yubilyar sənətkarı məni evimdə ziyarət ediblər. Bu mənim üçün böyük bir hədiyyədir.
- Stolun üstündə “Səhnəmizin ağ çiçəyi” adlı, Sizə həsr olunan kitab görürəm, istəyərdim bu kitabdan bəhs edəsiniz.
- Kitab Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dərc olunub. Müəllif bütün materialları arxivlərdən çıxarıb, heç bunlardan xəbərim olmayıb. 2017-ci ildə nəşr olunan kitabın müəllifi Mustafa Çəmənlidir. Kitabda fəaliyyətim, yaradıcılığım, qızıl fonda düşən bütün rəqslərim və həyatımda baş verən proseslər əks olunub. Hətta bütün rəqslərin tarixləri barədə də burada məlumat verilib. Onu demək istəyirəm ki, hər oxuyan Molla Pənah olmur, hər rəqs edən də sevilmir və barəsində bu cür gözəl kitab dərc edilmir.
Söhbətləşdi: Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18

