Aydın Quliyev: Yazılı mətbuat bir sivilizasiyadır. Sivilizasiyada isə qırğınlıq, fasilə olmaz
15.07.2025 [09:32]
Müsahibimiz "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevdir.
- Aydın müəllim, Milli Mətbuatımızın 150 yaşı tamam olur. 150 illik yol haqqında “nağıl dili yüyrək olar” prizmasından yanaşsaq, nələri demək olar?
- 150 ildə bir neçə jurnalistlər nəsli gəlib getdi. Çoxlu qəzetlər yarandı. Mətbuatımız çox fərqli siyasi rejimlərdən keçdi. Neçə - neçə qəzet və jurnallar qurban verildi. Jurnalistlər həlak oldu. Çox istedadlı jurnalistlər yetişdi. Ancaq milli mətbuatçılıq yaşadı. Günlərimizə qədər gəlib çıxdı.
- Müstəqillik dövründə milli mətbuatımız fərqli inkişaf mərhələləri keçdi. Bəzən “sarı mətbuat” adlanan nəsnələr meydana çıxdı - bəzən dezinformasiyalar dövrü yaşandı, bəzən isə “reket jurnalistikası” kimi xoşagəlməz dövr ilə üz-üzə qaldıq. Amma bütün hallarda bu mərhələlər başa vuruldu. Bu gün mətbuat hansı inkişaf mərhələsini yaşayır?
- Bu gün mətbuatımız özünün ən rahat dövrlərindən birini yaşayır. Peşənin öz xarakterindən doğan çətinliklərdən başqa qondarma və ya törəmə bir çətinlik yoxdur. Bu mərhələyə sarı mətbuat, reket mətbuat, dezinformasiya mətbuatı deyilən kiçik pillələrdən keçərək gəldik. Bunlar müstəqilliyimizin ilk dövrlərinə xas olan siyasi xaos dövrünün təzahürləri idi. Məncə, mətbuatda bu xaos dövrü olmaya bilməzdi. Çarizm və bolşevizm dövründə mətbuatımız ideoloji basqı altında yaşayırdı. Dövlət müstəqilliyimizlə qapı-pəncərələr açıldı.1875 - ci ildən 1991- ci ilədək 116 il basqı altında yaşamış mətbuat və jurnalistlər birdən birə azadlığa çıxandan özünü necə aparmalı idi?! Çaş - başlıq, özünütəsdiq üsullarının axtarışı, qaydasız rəqabət- bütün bunlar təbii ki olmalı idi. Ancaq hazırda əvvəlki iki tarixi dövrdən, yəni çarizm və bolşevizm dövrlərindən fərqli səviyyədəyik. İndi dövlətlə mətbuatın qarşıdurması yox, bir- birini tamamladığı, həmahəng fəaliyyəti dövründəyik. Bu tarixi əhəmiyyətli məqamdır. Mətbuat heç vaxt indiki kimi dövlət və dövlətçiliyin yanında olmayıb. Dövlət isə heç vaxt indiki kimi mətbuatı himayə etməyib. Dövlət - mətbuat münasibətləri heç vaxt görmədiyimiz “sistemli dövrünü” yaşayır. Burada xaos, “sarılıq”, “reketçilik “ çiçəklənə bilməz. Prezident İlham Əliyevin sözləri çox şey deyir: “Ölkədə vəziyyətlə bağlı əsas məlumatları həm də gündəlik olaraq mətbuatdan alıram. Obyektiv jurnalistlər idarəçilikdə mənim ən yaxşı müttəfiqlərimdir”. Mətbuatın hazırda hansı mərhələdə olduğunu bu sözlərdən daha məzmunlu ifadə etmək mümkün deyil.
- Çap, ənənəvi, yazılı mətbuat kimi xarakterizə olunan qəzetçiliyi dünənimizin, bu günümüzün və sabahımızın mətbu həyatında necə görürsüz?
- Qəzet tək dünənin və bu günün hadisəsi deyil. Qəzet sabah da olacaq və olmalıdır. Qəzet özünəməxsus sivilizasiyadır. Həm də 150 il yaşı olan bu sivilizasiya heç də bütün xalqlara nəsib olmayıb. Ədəbi- bədii və publisistik yaradıcı dilimiz ancaq yazılı mətbuatda yaşayır. Onun yaşamaq üçün başqa alternativi yoxdur. Gündəlik tarixi salnaməmiz ən etibarlı şəkildə məhz yazılı mətbuatda yazılır. Heç kim inciməsin, peşəkarlıq baxımından ideal səviyyəli jurnalist anlayışı təbii ki yoxdur. Ancaq yazılı mətbuatdan yolu keçməyən jurnalistin peşəkarlıq qüsurları nisbətən daha çox olar, nəinki yazılı mətbuatda formalaşanlar... Ümumən, milli media bütün seqmentləri ilə - qəzetlər, saytlar, tv-lər, dövlətçi sosial şəbəkə səhifələri birlikdə mükəmməldir. Ayrılıqda, təklikdə hamısı zəifdir. Onu parçalamaq, ayrı-seçkilik etmək, aşağı- yuxarıda tutmaq, bir- birinə qarşı qoymaq olmaz. Yazılı mətbuat bir sivilizasiyadır. Sivilizasiyada isə qırğınlıq, fasilə olmaz.
- Həqiqətənmi artıq qəzet kağızının mürəkkəbi əli çirkləndirir?
- Qəzet kağızının əl çirkləndirməsi böyük fəlakət deyil. İnkişaf etdikcə hətta göz oxşayan fotokağıza keçəcəyik. Böyük bəla odur ki, media ürək bulandırsın. Necə ki, ürək bulandıranlar həm mətbuatda, həm onlayn, həm də sosial şəbəkələrdə var.
- Onlayn media günümüzün mətbu aurasını özündə əks etdirə bilirmi?
- Onlayn media da milli sivilizasiyanın bir nailiyyətidir Doğrudur, onu özümüz yaratmamışıq, başqalarından götürmüşük və hazırda onlayn mediamız özünün milliləşmə mərhələsini keçir. Onlayn media daha güclü silah olduğu üçün onun milliləşməsinə daxildən və xaricdən maneçiliklər var. Onlayn medianın daha qüsursuz şəkildə milliləşməsi və dövlətləşməsi hamımızın qayğısı olmalıdır. Azərbaycanda ilk mərhələdə çap orqanları dövlətin himayəsinə alındı. Bu, hörmətli Prezident İlham Əliyevin perspektivə uyğunluq baxımından ən həssas qərarlarından biri oldu. Sonra onlayn medianın da dövlətin qanuni himayəsinə alınması Prezident İlham Əliyevin növbəti həssas qərarı oldu. Onlayn medianın milliləşməsinə və dövlətləşməsinə dəstək Prezidentin media siyasətinin strateji xətlərindən biridir.
- Qəzet ömrünü başa vurub deyirlər - amma ortada paradoks var. Onlayn mediada yer alan hansısa xəbəri və ya başlığı, hətta informasiyanın özünü belə nələrinsə qarşılığında dəyişmək və ya silmək mümkündür. Amma qəzetdə bu mümkün deyil - demək olarmı ki, tarixi qəzet yaşadır və ya onlayn media ilə yazılan tarix bir az şübhəlidir?
- Qardaş Türkiyədə, Avropa və Amerika ölkələrində “Qəzet bitdi” demirlər. Təəssüf ki, bizdə deyənlər var. Başqa ölkələrdə onlayn və çap media mənsublarının arasında ümumi peşə həmrəyliyi var. Biri o birinə demir ki, “sənin dövrün keçdi”. Əksinə, hər kəs öz resursunun imkanlarından - qəzetçi qəzetin, sayt və tv rəhbəri öz resursunun gücündən cəmiyyətin informasiya tələbatını maksimum dolğun ödəmək üçün istifadə etməyə çalışır. Nəticədə bütün media növləri həmrəy şəkildə yanaşı, fəaliyyət göstərirlər. Bir- birinin üstünlüklərini inkar etmirlər. Qəzetçilər heç vaxt onlayn medianın üstün operativliyini danmır, izləyici ilə canlı ünsiyyətin əhəmiyyətini inkar etmirlər və sair.Onlayn media da qəbul edir ki, çap mediada dəqiqlik imkanları üstündür, publisist və ədəbi- bədii üslubun formalaşma mühiti daha yaxşıdır, çap medianın arxivi üçün risk dərəcəsi daha azdır... Ömründə bir gün qəzet çıxarmamış adamların (?) “ qəzet bağlansın” deməsi sadəcə, uyğunsuzluqdur. Qəzet yaradıb - yaşadan bir çox adamlar var ki, qəzetin bazasında özünün onlayn resursunu da yaradıb. Saytı və sosial şəbəkə kanalları var, pis də işləmirlər. Onlayn medianı indi ideallaşdıran hər hansı bir sayt sahibi buyurub saytın eyniadlı qəzetini də yaratsın və qəzet rəhbərlərinə “qəzet belə olar” deyə nümunə göstərsinlər. Ancaq ən asan üsul olan “qəzetin vaxtı keçdi” deməsinlər. Çünki qəzetin vaxtı keçməyib, Türkiyə, Avropa və Amerika hələ bu yolla gedir. Qısası, müxtəlif növ media orqanlarının həmrəyliyindən məqbul yol yoxdur.
- 150 illik yolun neçə ilin mətbuatla yanaşı, addımlamısınız?
- Mətbuatda gəaliyyətə baş redaktor kimi başlamışam. 25 ildir baş redaktoram.
- Bu il Sizin də yubiley yaşınızdır. Həyatınızı bağladığınız mətbuat sizə nələri verdi, nələri aldı? Bəs siz nələri istəyirdiniz?
- Bir vaxtlar hər günümün mətbuatda son iş günüm olacağını düşünürdüm. Ömürlük mətbuatda qalmaq fikrim yox idi. Ömürlük mətbuatda qalmaq taleyin mənə sürprizidir. Mətbuat həm də karyeramdır. Jurnalistikanı və jurnalistləri sevdim. Həsən bəy Zərdabinin 150 yaşlı mətbuatına “ Bakı xəbəri “ bəxş etdik. Halal xoşu olsun. Mətbuatda 25 ili məzmunlu keçirdim. Mətbuata daha çox töhfə verməyə çalışdım, nəinki ondan almaq. Təbii aldıqlarım da var. Çoxlu dostlar, həmkarlar və əlbəttə ki, jurnalist xarizması qazandım. Bunlar əvəzsiz dəyərlərdir.
- Mətbuatın gələcəyinə arzularınız nədir - başqa sözlə, özünüzə nə arzulayırsınız?
- Mətbuata və dövlətçiliyimizə bundan sonra da töhfələr vermək imkanım olsun, yetər. Gənc deyiləm. Ancaq yaşlı da deyiləm... Hələ uzun illər ictimai yük daşımaq gücündə olduğuma əminəm. İlham Əliyevin dövründə mətbuatda dövlət təəsübkeşliyinin ənənəyə çevrilməsi müstəsna tarixi əhəmiyyətlidir. Bütün jurnalistlər heç bir qarşılıq, təmənna gözləmədən peşəkar dövlətçi olmağı bacarmalıdır.
Söhbətləşdi: P.İsmayılov
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

