“Türkiyə-Ermənistan münasibətlərinin qurulması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır”
28.03.2013 [16:08]
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Publika.Az”-a eksklüziv müsahibəsi:
- Əli müəllim, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilərə hazırlıq işi necə gedir?
- Hələ ki biz seçkilərə bilavasitə hazırlaşmırıq. Amma ümumiyyətlə, Azərbaycan hakimiyyəti olaraq biz ilk seçkilər bitəndən indiyə qədər Prezident İlham Əliyevin seçicilər qarşısında verdiyi vədləri, Azərbaycan vətəndaşlarının sosial-iqtisadi, mədəni və mənəvi sahədəki istəklərinin təmin olunması, seçicilərin arzu və istəklərinin həyata keçirilməsi istiqamətində addımlarımızı bir gün də olsun dayandırmamışıq. Yəni, faktiki olaraq bütövlükdə seçkilərə hazırlıq mərhələsi kimi Azərbaycan vətəndaşlarının problemlərinin həlli istiqamətində xeyli işlər görülür. Hazırda biz 2013-cü il prezident seçkilərinə hazırlaşmasaq da, ötən 5 ildə görülən işlərin ümumi yekunlaşması və qarşıda duran vəzifələrə dair müəyyən işlər görülür.
- Bildiyiniz kimi martın 22-də İsrailin baş naziri Benyamin Netanyahu türk həmkarı Rəcəb Təyyib Ərdoğana zəng vuraraq 3 il əvvəl “Mavi Mərmərə” gəmisində baş vermiş insident zamanı 9 nəfərin ölümünə görə üzr istəyib. Hələ Türkiyə-İsrail münasibətləri gərgin olan vaxtı Azərbaycan hakimiyəti bu gərginliyin aradan qaldırılması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bəyan edirdi. Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması geosiyasi baxımdan Azərbaycan üçün nə vəd edir?
- Türkiyə və İsrail Azərbaycan ilə strateji münasibətlərə malik dövlətlərdir. Bu baxımdan da biz hər zaman arzu etmişik ki, Türkiyə-İsrail münasibətləri yaxşı olsun. Türkiyə-İsrail dostluq münasibətlərinin pozulması istər-istəməz Azərbaycanın bölgədəki vəziyyətinə və bölgə dövlətləri ilə münasibətlərinə mənfi təsir göstərirdi. Hazırda isə Türkiyə ilə İsrail arasından münasibətlərin normallaşmağa doğru inkişaf etməsi Azərbaycan dövlətinin maraqlarına tam cavab verir. Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması istiqamətində əlindən gələni indiyədək etdiyi kimi, bundan sonra da etməyə hazırdır. Hər iki dövlətin bir-biri ilə münasibətlərinin yaxşılaşması, əvvəlki strateji əməkdaşlıq əlaqələrinin bərqərar olması nəinki Azərbaycanın bu dövlətlərlə münasibətlərinə, o cümlədən bütövlükdə bölgədə, Yaxın və Orta Şərqdə, Avrasiyada sülh və tərəfdaşlıq münasibətlərinin inkişafına təsir göstərəcək. Həm İsrail, həm də Türkiyə bölgədə xüsusi təsiri olan dövlətlərdir. Onlar arasında münasibətlərin yaxşılaşması bölgədəki münasibətlərin də yaxşılaşması işinə müsbət təsirini göstərəcək.
- Aprelin 3-də İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılacağı məsələsi də gündəmə gəlib. Türkiyə hökumətinin bu cür addımlara “göz yumma”sı iki ölkə arasında mövcud olan münasibətlərə necə təsir göstərə bilər?
- Əlbəttə, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana kimi, Azərbaycan ərazilərindən işğalçı Ermənistanın qoşunları çıxarılmayana qədər, bölgədə bu münaqişə ətrafında mövcud olan problemlər tam həllini tapmayana kimi, Ermənistan ilə hər hansı dövlətin münasibət yaratmasına Azərbaycan hər zaman qısqanc yanaşır. Xüsusilə də, həmin dövlət Azərbaycan ilə dost-strateji müttəfiq olan zaman bu daha artıq nəzərə çarpır.
Biz indiki şəraitdə Ermənistan ilə bu cür normallaşmanı arzu etmirik. Çünki Türkiyə ilə Ermənistan arasında münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır və asılı olaraq da qalacaq. Bunu Türkiyənin rəsmi dairələri və rəsmiləri də dəfələrlə Türkiyə və Azərbaycan ictimaiyyəti qarşısında bəyan ediblər. Nə vaxta kimi işğalçı Ermənistan ordusu Azərbaycan ərazilərini tərk etməyib və bu məsələ ətrafında nəzarət yaranmayıb, o zaman işğalçı dövlətlə heç bir əlaqə olmamalıdır və düşünürük ki, olmayacaq da.
- Qarşıdan 31 mart ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyırımın növbəti ildönümü gəlir. Bununla əlaqədar hansı tədbirlər təşkil olunacaq?
- Bildiyiniz kimi, hər il olduğu kimi, bu il də fevralın 26-dan başlayaraq martın 31-ə qədər və bundan sonra da bir sıra anım tədbirləri həyata keçiririk. Bilirsiz ki, 31 mart soyqırım günü Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə təsis edilib. Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımların ümumiləşmiş günü 31 mart tarixi götürülüb. 31 martda ermənilər və onların daşnak silahlı dəstələri Bakı şəhəri və digər bölgələrdə 10 minlərlə günahsız insanı qətlə yetiriblər. Azərbaycanlılara qarşı soyıqırımlar təkcə Bakı şəhəri ilə kifayətlənməyib, ermənilər Azərbaycanın digər bölgələrində, o cümlədən Qubada, Naxçıvanda, Zəngəzurda, Göyçayda və digər ərazilərdə soyqırımlar törədiblər. Ümumiyyətlə, 31 mart tarix boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımların ümumiləşmiş günüdür. Bununla bağlı biz bütün strukturlara, o cümlədən Azərbaycanı xaricdə təmsil edən diplomatik nümayəndəliklərə, xaricdə yaşayan Azərbaycan təşkilatlarına, Azərbaycan ilə əlaqəsi olan bir sıra hökumətlərarası və qeyri-hökumət təşkilatlarına müvafiq tapşırıq və tövsiyələr vermişik ki, sözügedən soyqırımların dünya ictimaiyyətinə çatdırılması istiqamətində müvafiq işlər həyata keçirilsin. Bundan əlavə, Azərbaycanın daxilində müxtəlif strukturlar çərçivəsində də 31 mart günü qeyd olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20

