Avropanın bəzi dairələrində Azərbaycana qarşı qərəz və ikili standartlar özünü göstərir
13.02.2013 [03:43]
Mübariz Qurbanlı: Ayrı-ayrı şəxslərin fikirləri Azərbaycanın həyata keçirdiyi siyasətə təsir etmək imkanına malik deyil
Müsahibimiz Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıdır:
- Mübariz müəllim, məlum olduğu kimi, Avropa İttifaqının bəzi nümayəndələri İsmayıllı hadisələri ilə əlaqədar həbs olunmuş şəxslərlə bağlı fikir bildiriblər. Müxalifət mətbuatı iddia edir ki, bu hadisə Avropa İttifaqının Azərbaycana qarşı münasibətinin dəyişməsinə səbəb olacaq. Bu barədə nə deyə bilərsiniz?
- Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Fyulenin adından müxalifət mətbuatında dərc olunan məlumatlar heç də onların iddia etdiyi kimi deyil. Ştefan Fyule məxsusi olaraq Azərbaycandakı hadisələrlə əlaqədar bəyanat verməyib. Müxalifət mətbuatı ayrı-ayrı Avropa strukturlarında çalışan şəxslərin sosial şəbəkələrdə yazdıqları fikirləri siyasi şouya çevirməyə çalışır. Bu mənada Ş.Fyulenin sosial şəbəkələrdə yayılmış bir cümləsini qəzetlər götürərək manşetlərinə çıxarıblar. Bununla da, guya Avropa İttifaqının Azərbaycanla bağlı məsələlərlə əlaqədar mənfi fikirli olması iddiası ortaya qoyulur. Müxalifət düşərgəsinin nümayəndələri indiyədək bir sıra hadisələrin Aİ-də müzakirə obyekti olacağı iddiasını da irəli sürüblər.
Amma bütün bunlar onların uydurmasıdır. Bu gün Azərbaycanın Avropa İttifaqı, Avropa Şurası ilə çox normal münasibətləri var. Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi siyasət beynəlxalq strukturlarda, o cümlədən, Avropa İttifaqında dəstəklənməkdədir. Ona görə də, ayrı-ayrı şəxslərin fikirləri, münasibətlərimizə xələl gətirməməklə yanaşı, Azərbaycanın həyata keçirdiyi siyasətə təsir etmək imkanına malik deyil.
Qeyd edim ki, Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması və ölkədə həyata keçirilən sosial-iqtisadi proqramların reallaşması üçün kifayət qədər işlər görülməkdədir. Amma bəziləri çalışırlar ki, ölkəmizdə daxili ictimai-siyasi sabitliyi pozmağa yönələn cəhdlər etsinlər. Ona görə də, hesab edirəm ki, cənab Fyulenin “tvitter”də dediyi bir fikirdən istifadə edərək onu xüsusiləşdirməyə çalışanlar düzgün yolda deyillər. Əlbəttə, biz Aİ-nin nümayəndəsinin Azərbaycanla bağlı söylədiyi həmin fikirlərlə razı deyilik. Əslində, Ş.Fyulenin bu günə kimi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli barədə bir dəfə də olsun fikir səsləndirməməsi bizi daha çox narahat edir. Xocalı faciəsinin ildönümü yaxınlaşır. Çox istərdik ki, bu gün Azərbaycanda baş vermiş bu və ya digər hadisəni əllərində əsas tutaraq ölkəmizlə bağlı yanlış fikirlər səsləndirən şəxslər, o cümlədən, cənab Fyule Xocalı faciəsi, onu törədənlər, eyni zamanda, Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasətin bölgə üçün yaratdığı təhlükə barədə danışsınlar.
- Avropa ölkələrinin özündə insanların etiraz aksiyaları zorakılıqla dağıdılır. Beynəlxalq təşkilatların bu hadisələrə göz yummalarını necə izah edərdiniz?
- Biz Avropa məkanında baş verən hadisələri təhlil etsək, orada da insan hüquq və azadlıqlarının pozulması ilə bağlı bir sıra faktları ortaya qoya bilərik. Bu gün Avropanın özündə xeyli sayda insanların öz sosial hüquqları uğrunda apardığı mübarizənin zorakılıqla dağıdıldığını müşahidə etməkdəyik. Zamanında sabit olan Avropanın özündə insan hüquq və azadlıqlarının pozulması faktları ortadadır. Hətta bu faktları açıqlayanlara mane olan siyasi dairələr də mövcuddur. Azərbaycanda müxalifətin müəyyən hadisələrdən yararlanmaq cəhdi cəmiyyətimiz tərəfindən birmənalı şəkildə rədd edilir. Biz bilirik ki, bu gün Azərbaycan üçün ən vacib olanı sabitlikdir və bu sabitliyi qoruyub saxlamaq üçün də dövlətimizin başçısı tərəfindən mühüm siyasi xətt ardıcıllıqla həyata keçirilir.
Eləcə də, İsmayıllı hadisələri ilə bağlı müvafiq strukturlar araşdırmalarını davam etdirir. Məlumdur ki, bu cür hadisələr baş verdikdən sonra onun tədqiqatı, istintaqı aparılmalıdır və istintaqın aparılması zamanı da məsələ ilə bağlı müəyyən şəxslər saxlanılıb. Həmin şəxslərin saxlanılması tam hüquqi çərçivədə həyata keçirilib. Ona görə də, Avropa strukturlarından istintaqın getdiyi bir zamanda müəyyən fikirlərin səsləndirilməsi doğru deyil. Bir daha vurğulamaq istəyirəm ki, biz Avropa strukturlarında Azərbaycanla bağlı yanlış fikirlər səslənməsinə qarşıyıq və onu qəbul etmirik.
- Avropa İttifaqı Ermənistanda prezidentliyə namizədə qarşı törədilən sui-qəsd hadisəsinə də münasibət bildirməyib. Bu fakt təşkilatın ölkələrə qarşı ikili standartlardan yanaşmasının göstəricisi deyilmi?
- Biz bütövlükdə beynəlxalq təşkilatların bölgəmizdəki hadisələrlə əlaqədar mövqeyinə də diqqət yetirməliyik. Fikir verirsinizsə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlarda ikili standartlar mövcuddur. Bunu biz dəfələrlə vurğulamışıq. İnsan hüquq və azadlıqları ilə əlaqədar məsələlərə də yanaşmada ikili standartları görməkdəyik. Cənubi Qafqazın ən güclü dövləti Azərbaycandır. Həm iqtisadi, həm siyasi, həm də demokratik inkişaf baxımından Azərbaycan bölgəmizdə aparıcı rol oynayır.
Amma bir məsələni müşahidə edirik ki, Cənubi Qafqazın digər iki ölkəsində-Ermənistan və Gürcüstanda bu və digər hadisə baş verirsə, Avropa strukturları həmin hadisələrə reaksiya vermirlər. Yaxud həmin reaksiyalar Azərbaycanla müqayisədə çox zəif olur. Lakin Azərbaycanda ən xırda hadisəyə belə, dərhal kəskin münasibət bildirilir, özü də qərəzli şəkildə. Yəni, Avropanın bəzi dairələrində Azərbaycana qarşı qərəzli və ikili standartlar özünü göstərməkdədir. Biz Ermənistandakı vəziyyətə diqqət yetirək. Bu ölkədə prezidentliyə namizədə qarşı sui-qəsd edilir, lakin Avropa strukturları və bayaq adını çəkdiyimiz şəxslər ağızlarına su alıb susurlar. Onlar niyə susurlar? Deməli, burada məqsəd başqadır. Bütün bunlar onu göstərir ki, beynəlxalq təşkilatlar ölkələrə yanaşmada obyektiv deyillər.
- Mübariz müəllim, Rusiyada yaşayan Söyün Sadıqov isə iddia edir ki, Azərbaycan bir sıra məsələlərdə Rusiya ilə məsləhətləşməlidir. Buna münasibətiniz necədir?
- S.Sadıqovun bu fikirləri tamamilə əsassızdır. O Azərbaycanla bağlı açıqlamalar verməkdənsə, öz işi ilə məşğul olsun. S.Sadıqov kimdir ki? O heç Azərbaycan vətəndaşı deyil. Azərbaycan müstəqil şəkildə siyasət həyata keçirir. O cümlədən, ölkəmizdə seçkilər də hansısa xarici qüvvənin deyil, Azərbaycan xalqının iradəsi əsasında müəyyən olunur. Bu mənada ölkəmizdə növbəti prezident seçkiləri də azad, şəffaf və demokratik keçiriləcək. S.Sadıqov isə Azərbaycanla bağlı proqnoz vermək iqtidarında olmayan adamdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12

