Fikrət Əmirov - Azərbaycan musiqi tarixinin unudulmaz səhifəsi...
20.02.2024 [11:20]
Dahi bəstəkarın vəfatından 40 il ötür
Onun əsərləri peşəkarlar tərəfindən daim yüksək qiymətləndirilib və xalq tərəfindən daim böyük məhəbbətlə qarşılanıb. Yaradıcılığının ilk dövrlərindən uğurlara nail olan görkəmli bəstəkar üçün sevgi və məhəbbət məfhumu yaradıcılığı kimi əbədiyaşardır. Xalq öz müdrik sənətkarını əbədi məhəbbətlə sevir və onun əsərlərindən mənəvi güc alır. Söhbət SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dahi bəstəkar Fikrət Əmirovdan gedir. Bu gün mərhum bəstəkarın vəfatından 40 il ötür.
Fikrət Əmirov sənət yollarındakı ilk addımlarından başlayaraq öz mühitini tapa bilmiş görkəmli şəxsiyyətlərimizdən idi. Layiq görüldüyü adlar, titullar, müxtəlif illərdə daşıdığı vəzifələr Fokrət Əmirovun Azərbaycan mədəniyyəti tarixi üçün əvıəzedilməz şəxslərdən biri kimi yaddaşlarda qalmasının səbəbini və qənaətini əsaslı şəkildə formalaşdırır.
Görkəmli bəstəkar 1947-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1980-ci ildən Azərbaycan Ali Sovetinin IV-IX çağırış deputatı və Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub. Fəaliyyətindəki uğurlara görə 1949-cu ildə dövrün ən yüksək dövlət təltiflərindən olan II dərəcəli “Stalin” mükafatına, 1955-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına, iki dəfə “Lenin” ordeninə (1959, 1982), iki dəfə “Qırmızı əmək bayrağı” ordeninə (1967, 1971), 1958-ci ildə Azərbaycanın Xalq artisti, 1965-ci ildə SSRİ-nin Xalq artisti titullarına,
1967-ci ildə Lenin komsomolu, 1974-cü ildə Azərbaycanın Dövlət mükafatına, 1980-ci ildə SSRİ Dövlət mükafatına, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Bütün bunlar əslində təkcə Fikrət Əmirov yaradıcılığına verilmiş mükafatlar deyil, ümumən Azərbaycan mədəniyyətinin qazandığı dəyərdir. Fikrət Əmirov kimi ölməz şəxslərin yaradıcı irsi mədəniyyət tariximiz üçün böyük bir dəyəri özündə əks etdirir. F.Əmirov belə hesab edirdi ki, bir xalqın musiqisinin təkcə özünün deyil, digər xalqların da mənəvi sərvətinə çevrilməsi üçün onun məhz professional səviyyədə işlənməsi və zamanın tələbləri ilə səsləşməsi vacibdir. Onun fikrincə, muğam - “Şərq xalqlarının bu böyük neməti simfonik libas geyinərsə, öz gözəlliyi, öz incəliyi, ahəngi, təravəti, ritmik xüsusiyyətləri ilə dünya xalqlarının mənəvi xəzinəsinə daimi yol tapa bilər”. Bu düşüncələrində böyük bəstəkarımız haqlı idi.
F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları
G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın müəllifi olduğu yeni, simfonik muğam janrı “Şur” , “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub.
Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası ilə Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaradıb. F.Əmirovun məşhur baletləri olan “Min bir gecə” və “Nəsimi” dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.
Vokal-instrumental əsərlər də bəstəkarın yaradıcılığında mühüm yer tutur. “Fortepiano üçün 12 miniatür”, müxtəlif pyeslər, “Ulduz” , “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm gülsən”, “Mən səni araram” və digər romans və mahnıları bu gün də dinləyiciləri valeh edir. O, həmçinin dram tamaşalarına, “Səhər”, “Böyük dayaq”, “Mən ki, gözəl deyildim”, “Nəğmə dərsi” filmlərinə maraqlı musiqilər bəstələyib. Onun dram əsərlərinə bəstələdiyi musiqilər sırasında Hüseyn Cavidin “Şeyx Sənan” dramına yazılmış “Kor ərəbin mahnısı”nın xüsusi yeri var. Musiqi nəzəriyyəçiləri yazırlar ki, bəstəkarın özünün də bu dram əsəri əsasında opera yazmaq niyyəti vardı. Amma sonradan nədənsə bu niyyəti alınmamış, əvəzində “Kor ərəbin mahnısı” ilə Fikrət Əmirov Cavid irsinə sevginin mükəmməl örnəyini yaratmışdı.
Bütün bunlar Fikrət Əmirovun yaradıcılıq aləminin nə qədər zəngin, rəngarəng və çoxşaxəli olduğunu göstərir. Janrından, formasından, məzmunundan asılı olmayaraq bu aləmə aid nələr varsa, görkəmli bəstəkar tərəfindən ürəklə yaradılırdı. Fikrət Əmirov 1984-cü il fevralın 20-də dünyamızı tərk etsə də, onun musiqili qəlbi yenə də bizə əbədiyyət haqqında heç zaman bitməyəcək gözəl bir nəğmə oxuyur.
Dahi bəstəkar bu gün də sevilir, dərin hörmət və ehtiramla yad olunur. Onun musiqi tariximizə verdiyi töhfələr unudulmur. Adının əbədiləşdirilməsi üçün Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına, Bakı şəhərindəki küçələrdən birinə onun adı verilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01

