Rənglər dünyasının hökmdarı...
29.11.2023 [11:22]
Tahir Salahovun doğum günüdür
Yeganə BAYRAMOVA
Bəzən bir tablo önündə saatlarla xəyala dalıb insan zəkasının gücünə, ağlın iti təsir dairəsinə heyran qalırsan. Düşünürsən, hər gün bəlkə də dəfələrlə laqeydcəsinə yanından ötdüyümüz mənzərələr burada necə də füsunkar, cazibədar və ecazkardır. Yenə də düşünürsən, axı, sənətkar bu günəşli rəng çalarlarını, qammaları haradan alır? Bəs təsvir etdiyi gözlərdəki məhəbbəti, çöhrələrdəki işığı? Onlarıdamı günəşin boyalarından götürür? Sonra bir səs eşidirsən: günəş elə həmin günəş, dəniz elə həmin dənizdir. Ancaq onlardakı çalarları tapmağı, qammaları seçməyi, istiliyi, şirinliyi, işığı hiss etməyi bacarasan gərək. Sənətkarın gözü də, qəlbi də, fırçası da möcüzə yarada bilmək gücündə olmalıdır. Rənglərdən ilham alan sənətkar, xalq rəssamı Tahir Salahov kimi...
Əslində, onu tanıtmağa ehtiyac yoxdur, çünki yarım əsrdən çoxdur ki, bu ad dünyanın bütün məmləkətlərində dolaşır. Onun barmaqlarından, fırçasından çıxan sənət əsərləri insanları heyran edir, düşündürür. Düşündürə bilirsə, deməli, yaratdıqları əsl sənət nümunələridir. Tahir Salahovun bənzərsiz yaradıcılıq üslubunu dünyanın ən məşhur sənətşünasları yüksək qiymətləndirib, dəyərli fikirlər söyləyib, hətta onu rənglər dünyasının hökmdarı kimi görüblər. Bir əsrə yaxın yaradıcılıq yolu keçmiş böyük sənətkarın doğum günüdür. O, 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub.
Tahir Salahov dünya miqyasında tanınan görkəmli rəssam olmaqla yanaşı, həm də əsl ziyalıdır. Mübaliğəsiz demək olar ki, Tahir Salahov Azərbaycan incəsənətinin ən böyük ustalarından biri və rəngkarlıqda “sərt üslub”un banisidir. Dünya şöhrətli rəssamın Azərbaycan rəngkarlığının inkişafında bütöv bir dövrü təşkil edən əsərləri bu gün dünyanın mötəbər muzeylərində sərgilənir. Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasında qərarlaşır. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək olar.
Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib. Böyük sənətkar haqlı olaraq təsviri incəsənətin klassiki və bütöv bir üslubun banilərindən biri hesab edilir. Onun əsərləri dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin qızıl fonduna daxildir.
Böyük sənətkarın yaradıcılığında portret ən çox müraciət etdiyi janrdır. “Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox”, - deyə etirafı ilə ürəklərə yol tapan T.Salahovun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası Sona xanımın və həyat yoldaşının silsilə portretləri mehribanlığı və isti münasibəti təcəssüm etdirir.
Şöhrəti dünyanı dolaşan görkəmli rəssam Vətəninə çox bağlı idi. “Xəzər - onun mavi gözəlliyi həmişə mənimlədir”, - söyləyən Tahir Salahov hər fürsətdə yurdunun gözoxşayan guşələrini tablolarında canlandırırdı. Rəssam xüsusilə boya-başa çatdığı doğma Abşeronunu böyük məhəbbətlə təsvir edirdi. Neft hopmuş torpaq, mavi səma fonunda fırlanan əlvan yel dəyirmanları, köhnə tikililər, tərk edilmiş bağ evləri rəssamın fırçasında yeni həyat qazanmışdı.
Məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən ulu öndər “Heydər Əliyevin portreti”ni, “Mstislav Rostropoviçin portreti”ni, “Odlar yurdu” triptixini, “Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.
2018-ci ildə 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar, Fotoneqativ və Sənədli mənbələr fondlarında ona (1928-2021) məxsus materiallar qorunur.
Xalq rəssamı 2021-ci il mayın 21-də vəfat edib. I Fəxri xiyabanda torpağa tapşırılıb. Görkəmli sənətkarın işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq...
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

