Musiqilərdə yaşayan ömür
07.11.2023 [11:16]
Tofiq Quliyev - 106!
“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Ögey ana”, “Görüş”, “Bəxtiyar” filmləri müasir Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Hər dəfə bu filmləri seyr etdikcə İsmayılın və Kamilin mahnıları, neftçi Bəxtiyarın ifa etdiyi “Zübeydə”, “Bakı”, “Üzüyümün qaşı firuzədəndir” və digər mahnılar uzun müddət yaddaşlarımızdan silinmir. Bəs “Möcüzələr adası” filmindəki şanlı Bakı neftçilərinin fədakar əməyini tərənnüm edən “Neftçi mahnısı”nı dinləyib sevməyən var?! Bu mahnılar indi də yeni tərtibatda müasir Azərbaycan dinləyicisinə təqdim olunur, sevilir. Dərin ideya məzmunu, əlvanlığı və melodiya gözəlliyi ilə diqqəti cəlb edən bütün bu mahnıların müəllifi isə ötən əsrdə Azərbaycan bəstəkarlar pleyadasının görkəmli nümayəndələrindən olmuş Tofiq Quliyevdir.
Tofiq Quliyev mahnı janrında yaratdığı şedevr əsərləri ilə sadəcə olaraq bu sahədəki ənənələri davam etdirməklə kifayətlənməmiş, eyni zamanda, musiqisevərlərin çox sevdikləri bu janrı öz qəlbinin hərarəti ilə zənginləşdirmiş, yeni axtarışlardan, musiqi boyalarından cəsarətlə istifadə edib. Buna görə də görkəmli bəstəkarın yaratdığı istənilən mahnı canlı obraz və əsl həyat lövhəsi kimi nəzərimizdə canlanır.
Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. On yaşı olanda artıq özünün ilk mahnılarını bəstələməyə başlayır. 1931-ci ildə 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin “Uşaq və buz” şeirinə mahnı bəstələyir. Buna görə də məktəbi bitirdikdən sonra onun konservatoriyaya daxil olması gözlənilməz qarşılanmır. O eyni zamanda iki fakültədə - dirijorluq və fortepiano fakültələrində təhsil almağa başlayır.
Bəstəkar özünün çox sevdiyi mahnı janrına bütün yaradıcılığı boyu sadiq qalıb, bu sahədə məhsuldar fəaliyyət göstərib. 200-dən artıq mahnı yazan Tofiq Quliyevin mahnılarında poetik obraz hər zaman ön planda olub. O, publikanın mühakiməsinə verdiyi musiqilərində xalqımızın qədim və əbədiyaşar incəsənətini müasir dünyaya münasibət prizmasından keçirərək ikisini bir arada birləşdirməyi bacarıb. Bəstəkar hər bir mahnısında melodik və ritmik xallarla dinləyicilərin qəlbini oxşayır. Bu mahnılar uydurma hisslərdən uzaq olub, cəlbedici və səmimidir.
1966-cı ildə məşhur fransız bəstəkarı, şair və müğənnisi Fransis Lemark Bakıda qastrolda olarkən Tofiq Quliyevlə görüşür. Qonağı evinə dəvət edən Tofiq Quliyev öz əsərlərindən melodiyaları ona ifa edir. Bu melodiyalar fransalı qonağın o qədər xoşuna gəlir ki, F.Lemark həmin melodiyalara fransız dilində mətn yazmaq və onları fransalı dinləyicilərə təqdim etmək üçün özü ilə Fransaya aparmaq qərarına gəlir. Beləcə Tofiq Quliyevin altı mahnısı Xəzərin sahillərindən Senanın sularına qədər uzaq bir səfərə yollanır. Yarım ildən sonra isə bu mahnılar ikinci həyat qazanaraq və bu dəfə artıq fransız dilində vallarda Vətənə qayıdır.
İstedadlı bəstəkarın yaradıcılığında Azərbaycan xalq mahnı və melodiyalarını işləyib tərtib etmək və onları nota köçürmək işi də əhəmiyyətli yer tutur. Tofiq Quliyev bəstəkar Zakir Bağırovla birlikdə ilk dəfə 1936-cı ildə “Rast”, “Dügah”, “Segah zabil”muğamlarını məşhur tarzən Mirzə Mənsur Mənsurovun ifasında nota yazıb. Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyov o vaxt yazırdı: “Muğamların nota yazılması Azərbaycanın musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.
1990-cı ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və ömrünün sonuna kimi buvəzifədə çalışıb. Tofiq Quliyevin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi illərdə respublikanın musiqi sənətinininkişafında mühüm rol oynayan musiqi festivalları, Ümumittifaq və respublika müsabiqələri, “Musiqi baharı”, “Bakıpayızı” festivalları keçirilirdi. Bu tədbirlərdə Tofiq Quliyev həmişə münsiflər heyətinin üzvü, sədri olub.
1998-ci ildə Tofiq Quliyev Azərbaycanın yüksək dərəcəli ordenlərindən biri - “İstiqlal ordeni” ilə təltif olunub. Səhhəti ilə əlaqədar xəstəxanada olan bəstəkara bu ordeni Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev şəxsən özü təqdim edib.
İllər ötür, zaman, dövran dəyişir, yeni zövqlər, yeni tələblər meydana çıxır. Lakin Tofiq Quliyevin böyük ilham və yaradıcılıq eşqi ilə bəstələdiyi, Azərbaycan xalqının ən gözəl hiss və arzularını tərənnüm edən mahnıları hafizələrdən silinmir, yaddaşlarda əbədi məskən salır. Bu ecazkar könül mahnıları ilə bərabər dahi bəstəkarda unudulmur, gözəl pianoçu, təkrarsız mahnıların müəllifi kimi daim xalqımızın qəlbində yaşayır.
AYSU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40

