Rəngli personajlı filmlər...
28.10.2023 [12:15]
Beynəlxalq Animasiya Günüdür
Y.BAYRAMOVA
Asan başa düşülən ssenarilər və rəngli personajlı animasiya filmləri azyaşlılar tərəfindən çox sevilir. Məhz bu filmlər uşaqları əyləndirir, öyrədir və xəyal dünyalarına aparır. Lakin həmin filmlərin yalnız uşaqlar üçün olduğunu düşünənlər yanılırlar. Elə animasiya filmləri var ki, nəinki uşaqları, böyükləri də özünə cəlb edir.
28 oktyabr bütün dünyada Beynəlxalq Animasiya günü kimi qeyd olunur. Fransız rəssam və ixtiraçı Emil Raynaud Greven Muzeyində bir araya gələn Paris ictimaiyyətinə ekranda təkrarlanan hərəkətli şəkilləri nümayiş etdirib. Həmin şəkillər bir müddət unudulsa da, sonralar hərəkətli rəsmlər ideyası kinematoqrafiyanın baniləri - Lui Lümyer və Ogüst Lümyer qardaşlarının ixtirası ilə birləşərək populyarlıq qazanır.
Sonralar kompüterlərin meydana gəlməsilə kompüter animasiyası da yaranır. Hətta hazırda bu texnologiyalar o qədər inkişaf edib ki, bir mütəxəssis üçün ekranda nə gördüyünü müəyyənləşdirmək bəzən çətinləşir və belə bir sual yaranır: Bu canlı filmdir və ya cizgi filmi?
Dünyanın 104 ölkəsində...
Beynəlxalq Animasiya Kino Assosiasiyası (ASİFA) 2002-ci ildə animasiya günü Emil Renonun ixtirasının ilk kütləvi nümayişinin 110 illiyi şərəfinə təsis edilib. Bu baxımdan da Beynəlxalq Animasiya günündə dünyanın hər yerindən Animator Sənətçilər filmlərinin proqramlarını dəyişdirərək yaradıcılıq premyeraları təşkil edirlər. Hazırda bu cür cizgi film nümayişləri eyni vaxtda Rusiya Federasiyası da daxil olmaqla dünyanın 104 ölkəsində keçirilir.
Azərbaycan animasiyası...
Azərbaycanda bu tarix 20-ci əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının bir qrup işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri apararaq Moskvadan lazımi materialları alıb gətirib. Həmin il “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə ediblər. “Cat” təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunub. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilib. Bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara alır və film üçün mövzu Azərbaycan xalq nağıllarından götürülür.
1968-ci ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov cizgi filmləri sexini bərpa etdirirək cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda, cizgi filmlərinin istehsalı prosesinə diqqəti artırır. Uzun fasilədən sonra məhz həmin ildə yeni milli multiplikasiya filminin çəkilməsi qərara alınır.
1969-cu ildə fevralın 28-də Nazim Məmmədovun təklifi ilə “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filminin istehsalına başlanılır. 1980-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər “Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” - Azərbaycan animasiya filmləri deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

