Şahmar Ələkbərov: Kinomuzun şah damarı
23.08.2023 [12:17]
M.BAYRAMLI
Bu gün Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür. Onun ilk aktyor karyerası "Dağlarda döyüş" filmindən başlayıb. “Yeddi oğul istərəm” filmindəki Qəqənin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə hayqırtısı izləyicilərin yaddaşına iz salıb. Ölüm anında belə tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurmağı bacarmışdı. Cəmi yarım əsr ömür yaşadı. Bir kinonu, bir də ailəsini canından çox sevdi. İzulət və Ləman adlı əkiz qızları oldu. Eyni gündə anadan olan iki balasına elə eyni gündə də toy çaldırdı.
Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib. Bir müddət burada assistent işləyən Ş.Ələkbərov sonralar aktyor sənətindən dərs deyib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərən sənətkar burada da maraqlı obrazlar qalereyası yaradıb. Görkəmli aktyor kinoya 1967-ci ildən çəkilib, 30-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. Onun kinoda ilk rolu “Dağlarda döyüş” filmindəki Fərrux obrazıdır. Bundan sonra aktyor bir-birinin ardınca “Mən ki gözəl deyildim”, “İntizar”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. Onun yaratdığı obrazlar sırasında "Yeddi oğul istərəm" filmindəki Qəzənfər xüsusilə seçilir və sevilirdi. Deyilənə görə, bu rol məhz Şahmar Ələkbərov üçün hazırlanmışdı.
Artıq zaman yetişmişdi. Şahmar müəllim kinoda rejissor kimi də sözünü demək istəyirdi. Sərbəst film çəkmək arzusu onu rahat buraxmırdı. Bir az da xəstələnmişdi. Səhhətində baş verən problemlər ona aktyor kimi işləmək imkanı vermirdi. Bu məqsədlə də studiyanın direktoru Adil İsgəndərovun yanına bir ssenari apardı. Bacarıq və istedadını rejissorluq sahəsində də sınadı.
Eləcə də rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verdi. Daha sonra müstəqil olaraq “Sahilsiz gecə”ni çəkdi. O vaxt Şahmar müəllimə dəhşətli xəstəlik əzab versə də, işləyirdi. Cərrahiyyə əməliyyatı üçün Almaniyaya getdi. Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu məşhur qəzəlxan Vahidin ekran obrazını yaratmaqdan ibarət idi. Burada Bakı kəndlərinin adət-ənənələri, XX əsr ədəbi mühiti çox real əks olunmuşdu. Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini izləyə bilmədi. Ömür vəfa etmədi. Görkəmli sənətkar 1992-ci il avqustun 12-də cəmi 49 yaşında dünyasını dəyişdi. Yaşasaydı bu gün 80 yaşı tamam olacaqdı. O tarixə çevrilməyi seçdi, bizə isə neçə-neçə miras, sərvət buraxdı.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

