Azərbaycanda iki Kinematoqrafiya İttifaqı: ikisi birinin yerini verirmi?
24.06.2022 [10:38]
Baxımlı filmlər yoxdur...
Y.SAHİB
Hər il film sektorumuzun inkişafı üçün dövlət tərəfindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Ancaq bu sahədə problemlər bitmir. Həmin vəsait hazırda Azərbaycan teleməkanını zəbt edən qeyri-ciddi filmlərə sərf edilir. Ölkəmizdə mədəniyyət və kino sahəsində ciddi islahatlara ehtiyac olması ilə bağlı dəfələrlə fikirlər səsləndirilib. Bu məsələ bir neçə dəfə parlamentdə də qaldırılıb. Millət vəkilləri qonşu ölkələrlə müqayisədə Azərbaycanda kino sənayesinin pis vəziyyətdə olduğunu dilə gətiriblər. Kino sənayemizin bugünkü vəziyyətindən narazı olan deputatların əksəriyyəti “Kino haqqında” qanunun üzərində işləməyin lazım olduğunu bildirirlər.
Ölkəmizdə iki ictimai kinematoqrafiya təşkilatı fəaliyyət göstərir. Biri 1963-cü ildə yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), digəri isə 2012-ci ildə təsis edilən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır (ARKİ). Azərbaycan Kinematoqrafçılar İttifaqına hazırda Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına isə digər Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir.
Qeyd edək ki, bir-birinə bənzər iki qurumla bağlı zaman-zaman müəyyən müzakirələr yaranır. Durğunluq dövrü yaşayan Azərbaycan kinosunun daha da keyfiyyətli ərsəyə gətirilməsi lazımkən, bu sahədə niyə vahid orqan yaradılmır?
AKİ VƏ ARKİ kino istehsal etmir
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bildirib ki, kinematoqrafiya sahəsində iki oxşar qurumun fəaliyyət göstərməsi problem olmalı deyil: “ARKİ yaradılandan bir müddət sonra anladıq ki, ölkəmizdə kino sahəsində ciddi islahatlar aparmaq lazımdır. Yeni qanun layihəsi və yeni Milli Mərkəzin yaradılması, kino məktəbini qoruyan “Azərbaycanfilm” kinostudiyası və özəl studiyalar arasında əlaqələrin düzgün qurulması baxımından addımlar atılıb. Hazırda kino sahəsində yeni islahat konsepsiyası hazırlanır. Hər iki kinematoqrafiya ittifaqı kinonun istehsalına yox, ümumilikdə kinematoqrafçıların hüquqlarının qorunması, dünya kinosunda baş verən yeniliklərlə bağlı tövsiyələrin verilməsi, gənclərin üzə çıxarılması, müsabiqələrin elan edilməsi ilə məşğuldur. Bir sözlə, hər iki qurumun kino istehsalına aidiyyəti yoxdur. AKİ və ARKİ-nin olması bəzi adamları qıcıqlandırır, lakin işlək mexanizm qurulandan sonra hər bir məsələ həllini tapacaq. Müəyyən kompleks problemlər var ki, yaxın gələcəkdə bunlar da həll olunacaq”.
Məsələni şişirtmək düzgün deyil
M.Hətəmov 1963-cü ildə yaradılan AKİ-nin fəaliyyətini də dəyərləndirib: “Yaradıcı adamlar fərqli və estetik zövqə malik olduğu kimi, hər iki ittifaqda yaradıcı adamlar toplaşıb və baxışlar fərqlidir. İki qurumun olması o qədər də ziyanlı deyil və burada təhlükəli bir məqam yoxdur. Ona görə də məsələni şişirtmək düzgün deyil. Əsas işimiz istedadlı gəncləri üzə çıxarmaq və yeni ideyalara dəstək verməkdir. Ən əsas odur ki, hər birimiz kinomuzun inkişafına təkan verək”.
Əsas odur ki, dünya kinosuna inteqrasiya edək
Katib hazırda ölkəmizdə çəkilən filmlərdən də söz açdı: “Kino ilə bağlı müvafiq fəaliyyətimizi qurmuşduq və işlər öz yoluna düşürdü. Lakin araya pandemiya düşdü və bəzi ləngimələr baş verdi. Əlbəttə, bu sahədə islahatlar aparılmalıdır, kinonun istehsalı dayandırılmamalı idi, ancaq bu da pandemiya ilə əlaqədar olmuşdu. İnanıram ki, bu məsələlərin hamısı aradan qalxacaq. İstedadlı kadrlarımız var, əsas odur ki, industriya düzgün qurulsun. Belə olduğu halda və çəkilən kinolar günümüzün tələblərinə cavab verərsə, mövcud problemlər aradan qaldırılacaq. Əsas odur ki, bu gün Azərbaycanda kino sahəsində güclü istehsalat və prinsipləri həyata keçirən, müasir dövrün tələblərinə cavab verən sturuktur formalaşsın. Ən əsas isə dünya kinosuna inteqrasiya etməkdir. İnanıram ki, yaxın gələcəkdə bu olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

