/ / Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 71 illiyinə həsr edilmiş sərgi açılıb
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 71 illiyinə həsr edilmiş sərgi açılıb
07.10.2010 [09:09]
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli 18 il bundan əvvəl dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolunda həm alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də qadın, ana, həyat yoldaşı kimi Azərbaycan xanımına örnək bir ömür yaşadığını qeyd edib. O, Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Aida İmanquliyevanın həyatı, elmi irsi və yaradıcılıq fəaliyyəti barədə geniş söz açıb.
Bildirib ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində Azərbaycan mətbuatının görkəmli nümayəndəsi Nəsir İmanquliyevin ailəsində anadan olub. Bakıda 132 nömrəli orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində ali təhsil alıb.
1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyaları müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olub. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri idi.
Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunub ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradıb.
üç monoqrafiya və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.
Aida xanımın doğulduğu, böyüdüyü ailənin və gəlin gəldiyi ocağın Azərbaycan xalqının ədəbi-mədəni fikrində öz yeri və sanbalı var. Belə bir mühit Aida xanım İmanquliyevanın ədəbi-elmi yaradıcılıqla gərəyincə məşğul olması üçün mənəvi zəmin yaradıb. Aida xanımın atası Nəsir İmanquliyev Azərbaycanın çox məşhur mətbuat nümayəndələrindən biri olub. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçüb. Boya-başa çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir ki, Aida xanım İmanquliyevanın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.
Aybəniz Əliyeva-Kəngərli diqqətə çatdırıb ki, Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru Aida xanım İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açmış, yeni bir məktəbin əsasını qoyub.
Sərgidə alimin əsərləri (“Yeni ərəb ədəbiyyatı korifeyləri”, “Qələmlər birliyi”, “Mixail Nüaymə”, “Cübran Xəlil Cübran” və s.), müxtəlif mövzularda məqalələri nümayiş etdirilib. Burada müxtəlif dillərə tərcümə edilmiş 30-a yaxın kitab, 40-dan çox məqalə və görkəmli alimin elmi irsinin təhlilinə həsr edilmiş ədəbiyyat sərgilənib. Həmçinin, iştirakçılara professor A.İmanquliyevanın həyat və fəaliyyətinə, elmi yaradıcılığına həsr edilmiş kitablar da təqdim olunub.
ümumilikdə 70-ə yaxın ədəbiyyat və fotomaterialın nümayiş etdirildiyi sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19

