Bakı Media Mərkəzinin “Miras” bədii-sənədli filmi Kanadada Azərbaycanı təmsil edəcək
06.11.2020 [09:33]
Bakı Media Mərkəzi tərəfindən istehsal olunan, Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş “Miras” bədii-sənədli filmi Kanadada keçiriləcək 9-cu Kalqari Avropa Film Festivalında (Calgary European Film Festival) ölkəmizi təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 7-dən 15-dək davam edəcək film festivalı çərçivəsində ümumilikdə 20 Avropa ölkəsindən məşhur filmlərin izləyicilərə təqdim olunması nəzərdə tutulur. Festivalın rəsmi saytında “Miras” bədii-sənədli filmi haqqında ətraflı məlumat yerləşdirilib.
(https://calgaryeuropeanfilmfestival.ca/2020-films/miras/
Xatırladaq ki, Bakı Media Mərkəzinin istehsal etdiyi “Miras” filminin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir. Bakı Media Mərkəzinin əməkdaşı Zaur Qasımlının rejissoru olduğu ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən də bəhs olunur. Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından da danışılır. “Miras” filmində həmçinin Nobel qardaşları tərəfindən “qara qızıl”a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkənin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur. Filmlə əlaqədar Nobellər ailəsinin üzvləri Piter Nobel ( Robert Nobelin nəticəsi), Tomas Tiden (Lüdviq Nobelin nəticəsi, professor) və tanınmış ekspertlər Villiam Brays ( ABŞ Neft tarixçisi) və Brita Asbrink (İsveç yazıçısı, jurnalist) özəl müsahibələr alınaraq filmdə geniş istifadə olunub.
Məlumat üçün deyək ki, “Miras” bədii-sənədli filmi sərbəst baxış üçün Bakı Media Mərkəzinin rəsmi “YouTube” səhifəsində də geniş izləyici auditoriyasına təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19

