Avropanı geyimlə yox, səslə təəccübləndirmək olar
04.03.2010 [11:21]
Nəhayət ki, çoxdandı gözlənilən məqam yetişdi. Azərbaycanı bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı yarışmasında kimin təmsil edəcəyi bəlli oldu. Milli final konserti səhnə tərtibatı və proqamı ilə böyük maraq doğura bildi. Beləcə, Buta Palace-da düzənlənən milli seçim turunun finalını geridə qoyub, daha həyəcanlı və məsuliyyətli mərhələyə qədəm qoyduq. İndi bizləri təmsilçimizin təbliğat kampaniyası, yarışmada oxunacaq mahnının təyin olunması, iştirakçımızın müxtəlif ölkələrdə çıxışlarının təşkili, geyim seçimi və bir sıra texniki işlərin həlli gözləyir. ötən ilə nəzər saldıqda deyə bilərik ki, bu işlərin də uğurla həyata keçməsi gözlənilir və ölkəmiz bu dəfə də ilk pillələrdə dayanmağı bacaracaq.
Qayıdaq milli final konsertinə. Konsert proqramına Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in sədaları ilə başlanıldı. Gecədə iştirak etmək üçün ölkəmizə dəvət olunan xüsusi qonaqlar, Rusiyanın “Fabrika zvezd” layihəsindən tanınan Dakota və Gürcüstanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Sofo Niajardzenin çıxışları reallaşdı. Qeyd edək ki, Gürcüstan təmsilçisi Osloda ifa edəcəyi “Shine” mahnısını səsləndirdi və onun çıxışı alqışlarla qarşılandı. Sonra Azərbaycanı Osloda təmsil etmək uğrunda yarışan finalçıların çıxışlarına start verildi. İlk olaraq çıxış edən Səfurə Əlizadə əcnəbi bəstəkarlar tərəfindən təqdim olunan “Drip Drop” və “Under my Skin” mahnılarını səsləndirdi. “Milk&Kisses” qrupu da məhz Azərbaycan təmsilçisi üçün yazılan beş mahnıdan üçünü oxudu. Qrup üzvləri Fəridə Nelsonla Dilarə Kazımovanın ifaları zaldakı tamaşaçıların və “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə rəsmi fan-klubu olan “OGAE Azerbaijan”ın alqışları ilə qarşılandı. üçüncü iddialı namizəd Məryəm Şabanova da həmkarlarının səsləndirdiyi “Under my skin”, “Drip drop” və “Soulless” adlı mahnıları oxudu. Gecədə namizədlərə dəstək üçün ölkəmizi sözügedən müsabiqədə təmsil edən Aysel Teymurzadə də çıxış etdi.
Sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl ömərov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, M.Maqomayev adına Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Murad Adıgözəlzadə, həmçinin, Beynəlxalq Musiqi Şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti Lalə Kazımova, dirijor, Xalq artisti Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevdən ibarət münsiflər heyəti mötəbər yarışmada Azərbaycanı təmsil edəcək şəxsi təyin etdi. Xeyli fikir mübadiləsi aparıldıqdan sonra alınan qərar zaldakı bir qrup azarkeş tərəfindən etirazla qarşılandı. Amma bütün bunlara baxmayaraq, 17 yaşlı finalçı Səfurə Əlizadə “Telenor Arena”da çıxış edərək Azərbaycanın qalibiyyəti uğrunda yarışacaq. Yeri gəlmişkən, bildirək ki, Azərbaycan mayın 27-də keçiriləcək II yarımfinalda 16 ölkə ilə birlikdə mübarizə aparacaq.
Bir məsələni də xüsusilə qeyd etmək istərdik. Hələ milli yarımfinal mərhələsində tamaşaçıların və KİV nümayəndələrinin diqqətini qəribə bir məqam cəlb etmişdi. Nədənsə xanım təmsilçilərimiz səhnəyə həddindən artıq açıq-saçıq geyimlərdə çıxmışdılar. Qiyafətlərin əksəriyyəti “Eurovision-2009”da ölkəmizi təmsil edən Aysel Teymurzadənin səhnə geyiminin müxtəlif variantlarda təkrarı idi.
Lakin bir həqiqəti bilmək lazımdır ki, bütün açıq-saçıq geyim tərzlərinin meydana gəldiyi və istifadəyə buraxıldığı Avropanı soyunmaqla təəccübləndirmək mümkün deyil. Adından da göründüyü kimi, “Eurovision” nə model podiumudur, nə də gözəllik yarışması. Bu, sadəcə, ən yaxşı mahnıların müxtəlif din və irqdən olan insanlar tərəfindən bəyənilməsi üçün, ortaq zövqün təyin olunmasına xidmət edən bir mahnı yarışmasıdır. Onu da unutmaq lazım deyil ki, bu yarışmaya qatılan hər bir millət öz milli koloritini əks etdirən mahnılarla da qalibiyyət əldə edə bilər. Bunu təcrübə də göstərir. Doğrudur, qulağa yatımlı səs ilə, insanın duyğularını riqqətə gətirəcək mahnılarla yanaşı, göz oxşayan görünüş də olmalıdır. Amma bu o demək deyil ki, əsrlər boyu mərdlik, qəhrəmanlıq, sədaqət rəmzi kimi əfsanələrdə və nağıllarda nümunə göstərilən Azərbaycan xanımı avropalılar qarşısında heç avropalıların özlərinin də qəbul etmədiyi geyimlərdə çıxmalıdırlar.
Lakin bu da son deyil. Məsələ burasındadır ki, builki yarışmada əcnəbi bəstəkarlar tərəfindən təmsilçilərimiz üçün təqdim olunan, ifaçılar tərəfindən səslənən mahnılarda milli koloritlərimizə də rast gəlmədik. Bu kimi çatışmazlıqların aradan qaldırılması arzusu ilə Azərbaycan təmsilçisinə belə məsuliyyətli işdə bol-bol uğurlar arzu edirik.
Milli final seçimi ilə bağlı onu da xatırladaq ki, İctimai Teleradionun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan layihə Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə yanaşı, Türkiyənin TRT və Gürcüstanın İctimai Televiziyası ilə də canlı yayımlanıb.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxXəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38

