Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Çexovun "Albalı bağı" Azərbaycan səhnəsində...

Çexovun "Albalı bağı" Azərbaycan səhnəsində...

30.01.2010 [08:47]

Yanvar ayının 26-da Dövlət Gənc Tamaşaçılar teatrının kiçik səhnəsinin açılış mərasimi keçirilib. Mərasimi teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Həmidov açaraq qeyd edib ki, bu gün teatr üçün əsl bayramdır: “Biz bu gün üç önəmli hadisəni qeyd edirik. Birinci, teatrımızın kiçik səhnəsində ilk tamaşanın nümayişidir. İkinci, kiçik səhnənin görkəmli yazıçı və dramaturq A.P.çexovun “Albalı bağı” əsəri əsasında hazırlanmış tamaşa ilə açılmasıdır ki, bu da təsadüfi deyil. çünki bütün teatrsevərlər və çexov pərəstişkarları yanvar ayında dramaturqun anadan olmasının 150 illiyini qeyd edir. Yaradıcı qurum olaraq bizim teatr da bu tarixi qeyd etməyi planlaşdırıb. Məhz elə ona görə də, kiçik səhnədə ilk olaraq müəllifin “Albalı bağı” tamaşası nümayiş olundu”.
Mübariz Həmidov üçüncü önəmli hadisə kimi teatrın baş rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın ad gününün olmasını önə çəkib və qocaman sənətkarı kollektiv adından təbrik edib.
Onu da qeyd edək ki, Cənnət Səlimova bu günlərdə İran İslam Respublikasında keçirilən “Fəcr” festivalında ən yaxşı rejissor işinə görə mükafata layiq görülüb. Festivalda Cənnət Səlimovanın Musiqili Komediya Teatrında quruluş verdiyi “Məşədi İbad” tamaşası nümayiş olunub.

Paylaş:
Baxılıb: 1327 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30