/ / UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində istiqamətləndirici iclas keçirilib
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində istiqamətləndirici iclas keçirilib
02.07.2019 [09:49]
İyunun 30-da Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində komitə üzvlərinin istiqamətləndirici iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, komitənin iclaslarının və açılış mərasiminin keçiriləcəyi məkanlarla bağlı məlumat verib.
Nazir vurğulayıb ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasiminin keçiriləcəyi Heydər Əliyev Mərkəzində Azərbaycanın mədəni zənginliyini nümayiş etdirən sərgi, həmçinin müxtəlif mövzularda təqdimatlar və mədəni proqram nümayiş olunacaq.
İclası UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler davam etdirərək bildirib ki, 43-cü sessiya çərçivəsində Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumu yüksək səviyyədə təşkil edilib. İyulun 1-də keçiriləcək sessiyalara hazırlıqla bağlı məlumat verən xanım Rossler diqqətə çatdırıb ki, sessiyaların və plenar iclasların keçiriləcəyi zallar iştirakçıların istifadəsinə tam hazırdır. O tövsiyə edib ki, təqdim olunacaq faylların nominasiyası prosesi ilə bağlı əlavə məlumatları təşkilat komitəsinə təqdim etsinlər. Həmçinin vurğulayıb ki, plenar sessiyalarla yanaşı, paralel olaraq panel və büro sessiyaları da keçiriləcək. Sessiyalara katiblik, məşvərət şurası və hüquq müşavirləri nəzarət edəcəklər. Sessiyaya hazırlıqla bağlı bütün məlumatlar komitənin veb-saytında əks olunub. Bütün sənədlər bu saytda öz əksini tapıb, hər kəs sessiyaya aid sənədi onlayn rejimdə işləyən bu internet resursundan əldə edə bilər. Diqqətə çatdırılıb ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyi iyulun 1-də hamıya açıqlanacaq. Gündəliyə büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər. Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət, daha sonra mədəni obyektlər üzrə nominasiyalar müzakirə ediləcək. Vurğulanıb ki, sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgilər keçiriləcək.
Daha sonra prosedur məsələlərlə bağlı görüləcək işlər diqqətə çatdırılıb. İstiqamətləndirici iclas iştirakçı dövlətlərin nümayəndələrinin fikir və təklifləri ilə davam edib.
Qeyd edək ki, Bakıda işə başlayan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dən artıq ölkəsindən 2500-dən çox nümayəndə iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

