Türkmənistanda Azərbaycan mədəniyyəti günləri keçirilib
10.11.2009 [09:38]
Azərbaycan və Türkmənistan xalqlarının mədəni əlaqələrinin böyük tarixi vardır. Müştərək ədəbi abidələrimiz olan dastanlar ədəbiyyatımızda məşhurdur. ötən əsrin müxtəlif illərində türkmən səhnəsində ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettaları, “Aşıq Qərib” operası, M.Maqomayevin “Şah İsmayıl” operası və digər Azərbaycan bəstəkarlarının əsərləri tamaşaya qoyulub. Türkmənistanda teatr sənətinin inkişafında Azərbaycan teatr xadimləri və dramaturqlarının böyük rolu olub. 1907-ci ildə Mərvdə “Müsibəti-Fəxrəddin” faciəsi tamaşaya qoyulub. 1911-ci ildə Aşqabadda H.Ərəblinski, S.Ruhulla, Ə.Təmərlinski və yerli həvəskarların iştirakı ilə N.Nərimanovun “Nadir şah”, Ə.B.Haqverdiyevin “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar” pyesləri oynanılıb, 1915-1916-cı illərdə Azərbaycanın görkəmli aktyorları burada müxtəlif tamaşalarda iştirak edib, ötən əsrin ortalarında Türkmənistanda Aşqabad Dövlət Azərbaycan Musiqili Teatrı uzun illər uğurla fəaliyyət göstərib. Bu gün Türkmənistanda təhsil, elm, memarlıq, musiqi sahəsində çalışan azərbaycanlı mütəxəssislər hörmətlə yad edilir, bu sahələrin inkişafında onların xidmətləri təqdir olunur. Bu və digər amillər xalqlarımız arasındakı mədəni, iqtisadi əlaqələrdə mühüm yer tutur. Bu əlaqələr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm ideyalarını ləyaqətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Türkmənistan Respublikasının prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2008-ci ilin may ayında Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfəri zamanı mühüm sənədlərin imzalanması Azərbaycanla Türkmənistan respublikaları arasında bütün sahələrin inkişafı istiqamətində atılan mühüm addım və iki dost, qardaş respublikanın böyük gələcəyi üçün qoyulan təməldir. Məhz iki ölkənin prezidentlərinin böyük təşəbbüsü dost və qardaş xalqların qarşılıqlı anlaşmasına və Türkmənistan və Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi işinə son illər böyük təkan verib. Bu günlərdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri iki qardaş ölkə arasında mövcud olan mədəni əlaqələrin inkişafında və güclənməsində önəmli rol oynayıb.
Xəbər verdiyimiz kimi, 2009-cu ilin 3-6 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilib və ölkəmizi həmin tədbirdə Muxtar Respublikanın mədəniyyət və incəsənət xadimləri təmsil ediblər. Mədəniyyət günlərinin proqramına uyğun olaraq noyabr ayının 4-də Naxçıvandan getmiş nümayəndə heyəti Türkmənistanın birinci Prezidenti Saparmurad Türkmənbaşının və ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət etmək üçün Axal vilayətinin qıpçaq obasına gəlib. Nümayəndə heyətinə məlumat verilib ki, məqbərədə S.Türkmənbaşı, valideynləri və iki qardaşı dəfn olunub. S.Türkmənbaşının atası İkinci Dünya müharibəsində, anası və iki qardaşı isə 1948-ci ildə Aşqabadda baş vermiş güclü zəlzələ zamanı həlak olublar. Sonra nümayəndə heyəti “Türkmənbaşının ruhu” məscidi ilə tanış olub. Məqbərə və məscid fəvvarələrlə əhatə edilib. Burada su təmizlik və paklıq rəmzi kimi nəzərdə tutulub. Mərkəzi Asiyada ən böyük künbəzi olan bu məscidin hər biri 91 metr hündürlüyündə dörd minarəsi vardır. Məscidin inşası 2004-cü ildə tamamlanıb. İnşaat işlərini Fransa şirkəti həyata keçirib.
Türkmənistanın Azərbaycanla ilə mədəni əlaqələrinin böyük inkişafını Aşqabad şəhərindəki Milli Mədəniyyət Mərkəzinin Muğam sarayındakı Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinin açılış mərasimi bir daha sübut etdi. Tədbir başlamazdan əvvəl sarayın geniş foyesində Naxçıvan rəssamlarının əsərlərindən ibarət sərgi nümayiş olunub. Sərgidə Naxçıvan rəssamlarından Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyevin, Azərbaycan Respublikasının Əməkdar rəssamı T.Abdinovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı S.Bayramovun, digər rəssamlardan M.Ələkbərov, Q.Bağırov, R.Qədimov, H.Sadiqov, S.Məmmədov, Ə.Səfərli, H.Qurbanov, gənc rəssamlardan T.Həsənov, ü.Həmzəyeva, H.Allahverdiyeva və başqalarının əsərləri nümayiş etdirilib. Sərginin və tədbirin açılışından əvvəl milli geyimli qızlar tərəfindən Azərbaycan milli mətbəxinə məxsus şirniyyatın paylanması tədbirə gələnlərdə səmimi duyğular yaradıb.
Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinin keçirildiyi sarayda Türkmənistanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, tələbə gənclər, alimlər, yazıçılar, universitet müəllimləri, Türkmənistanda akkreditə olunmuş ölkələrin səfirləri və ailə üzvləri toplaşmışdılar. Tədbir Türkmənistan Respublikasının prezidenti Q.Berdiməhəmmədovun iştirakçılara ünvanladığı təbrik məktubunun oxunuşu ilə başlayıb.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri S.İbrahimov çıxış edərək nümayəndə heyəti adından səmimi qəbula və qonaqpərvərliyə görə dərin minnətdarlığını və təşəkkürünü bildirib. Qeyd olunub ki, türkmən xalqı bütün türk dünyasında özünün ən gözəl və nəcib xüsusiyyətləri ilə tanınır və təqdir olunur. Türkmənistan isə öz inkişafının sürətinə görə dünya ölkələri sırasında önəmli yerlərdən birini tutur. Abadlıq, yenidənqurma işləri, tərəqqi ölkənin hər yerində böyük vüsət alıb. Bu bizi də qəlbən sevindirir və dili, dini, adət və ənənələri bir olan qardaşlarımızın uğurlarını qəlbən alqışlayırıq.
Tədbirin rəsmi hissəsində nümayəndə heyəti adından Türkmənistanın mədəniyyət və teleradioyayım naziri Q.Muradova Azərbaycan Respublikasının Əməkdar rəssamı T.Abdinov tərəfindən çəkilmiş “Haçadağ” əsəri, Muxtar Respublikada istehsal olunan müxtəlif məhsullardan ibarət hədiyyələr, kitab və bukletlər təqdim olunub. Tədbirin bədii hissəsi böyük təntənə ilə keçib. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri - bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti çingiz Axundov olan kamera orkestrinin, bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev olan instrumental ansamblın və rəqslərin quruluşçusu, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov olan mahnı və rəqs ansamblının çıxışları alqışlarla qarşılanıb.
Azərbaycan Respublikasının Xalq artisti Ə.Məmmədovun, Azərbaycan Respublikasının Əməkdar artisti V.İsmayılovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri G.Fərzəliyevanın, M.Əsgərovun, A.Səfərlinin, solistlərdən Q.Həsənovanın, N.Hüseynlinin, Z.Mahmudovun, çalğıçılardan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçiləri Ə.Rzayevin, V.Heydərovun, A.Qulamovun, F.Əsədovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ə.Babayevin və digər musiqiçilər və rəqsçilərin ifasında səslənən mahnılar, göstərilən rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Proqramda ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından, “Arşın mal alan” operettasından parçalar, Q.Qarayevin “İldırımlı yollarla” baletindən rəqs, T.Quliyevin mahnılarından ibarət popuri, F.Əmirovun “Azərbaycan elləri” mahnısı və “Sevil” operasından Dilbərin ariyası, S.Rüstəmovun “Bakının maralısan”, B.Nəsibovun “Qarabağ”, A.Səmədzadənin “Azərbaycan” və digər mahnılar musiqi kollektivləri tərəfindən məharətlə ifa olunub. Q.Həsənovanın türkmən dilində oxuduğu “Nazlım uz mana” mahnısı da tamaşaçıların alqışlarına səbəb olub.
Noyabr ayının 5-də Naxçıvandan gəlmiş nümayəndə heyəti proqrama uyğun olaraq Türkmənistanın Milli Muzeyi ilə tanış olub. Qeyd edək ki, muzey Türmənistanın milli mədəniyyət xəzinəsi adlanır. Buraya arxeologiya, etnoqrafiya və Türkmənistanın təbiətinə aid eksponatlar toplanıb. Muzeyə dünyanın bir çox ölkələrindən qonaqlar gəlir. Muzeyə olan böyük marağa və Türkmənistanda olan böyük dəyişikliklərə görə və milli-mədəni sərvətləri daha yaxşı qorumaq məqsədi ilə Türkmənistanı prezidenti Q.Berdiməhəmmədovun sərəncamı ilə əlavə olaraq daha iki muzey: Türkmənistan Prezidentinin Muzeyi, Türkmənistanın etnoqrafiya və diyarşünaslıq muzeyi yaradılıb və Türkmənistanın Milli Muzeyi Türkmənistanın Baş Milli Muzeyinə çevrilib. Naxçıvandan gəlmiş nümayəndə heyəti muzeylə yaxından tanış olub və muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
Həmin gün axşam saat 18-də Muğamlar Köşkündə Azərbaycan mədəniyyəti günlərinin təntənəli bağlanış mərasimi keçirilib, mərasimdə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova müraciət qəbul edilib. Türkmənistanın Əməkdar artisti Eneş Recebovanın ifasında “Abad dünyam”, Türkmənistanın Xalq artisti Kerimberdi Qurbanaliyevin ifasında “Vətən yerləri”, Türkmənistanın Xalq artisti Cemal Sarapovanın ifasında “Qara göz gəlin” mahnıları və “Dokmaçılar” folklor rəqs qrupunun ifasında göstərilən rəqslər, Naxçıvan Filarmoniyasının solisti Z.Mahmudovun və Türkmənistanın Əməkdar artisti Eneş Recebovanın birgə oxuduqları “Azərbaycan maralı” xalq mahnısı tədbirə əlvanlıq gətirib. Bir sözlə, Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi iki dost və qardaş xalqın mədəni əlaqələrinin bundan sonra daha da inkişaf edərək möhkəmlənəcəyinə böyük əminlik yaradır.
Sara ƏZİMOVA
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
