İki xalqın iftixarı
21.12.2018 [09:37]
Bakıda özbək ədəbiyyatının klassiki, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi qeyd edilib
Dekabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın “Kaspi” qəzeti və eyni adlı Təhsil Şirkətinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə ssenari müəllifi və rejissoru Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədov olan “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə Maqsud Şeyxzadənin ömür yolundan, zəngin yaradıcılığından, ana vətəni Azərbaycana bağlılığından danışılıb. Bildirilib ki, 1908-ci ildə Ağdaşda anadan olan Maqsud Şeyxzadə orta təhsilini bitirdikdən sonra Bakıda ali təhsil alıb. İlk şeirləri hələ 13 yaşında ikən “Kommunist” qəzetində dərc edilən şair 1928-ci ildən o dövrkü rejimin təzyiqi ilə Azərbaycandan sürgün olunub və həmin vaxtdan Özbəkistanı özünə ikinci Vətən seçən M.Şeyxzadə ömrünün sonunadək özbək ədəbiyyatını və elmini dərin məzmunlu əsərləri ilə zənginləşdirib.
Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışan natiqlər ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manquberdi, hökmdar Mirzə Uluqbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildiriblər. Onun “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” poemalarının oxucular tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib.
Özbək ədəbiyyatının “Şekspiri” adlandırılan Maqsud Şeyxzadənin qardaş xalqın ədəbiyyatının və ədəbiyyatşünaslığının inkişafındakı əvəzsiz xidmətləri vurğulanıb. Əlişir Nəvai haqqında ilk elmi məqalənin müəllifi olan Maqsud Şeyxzadənin bədii tərcümə işinin də yüksək bilicisi olduğunu deyən çıxışçılar onun yaradıcılığında Avropa və dünya klassiklərinin, eləcə də Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərlərinin özbək dilinə tərcümə edildiyini qeyd ediblər.
Xüsusi olaraq diqqətə çatdırılıb ki, Maqsud Şeyxzadə elə bir həyat, elə bir ömür yaşayıb ki, bu tale iki qardaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olub.
Öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan dahi dramaturq Maqsud Şeyxzadə yaradıcılığına nəzər salan natiqlər onun dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin əsas tədqiqatçısı olduğunu söyləyiblər.
Sonda bir qrup şəxsə hər iki xalqın ədəbiyyatına verdiyi töhfələrə görə Mətbuat Şurasının diplomları təqdim edilib.
Tədbirdə, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın “Kaspi” qəzeti və eyni adlı Təhsil Şirkətinin layihəsi əsasında dramaturgiyamızın tanınmış nümayəndəsi Hüseyn Cavidin özbək dilində çap olunmuş “Seçilmiş əsərlər”i iştirakçılara təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

