Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
20.11.2018 [09:25]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib
Noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.
Nəsiminin büstünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən “Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində baş tutub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təntənəli mərasimdə çıxış edərək deyib: “Biz bu gün böyük şair, filosof və mütəfəkkir Nəsimiyə həsr olunmuş tədbirə toplaşmışıq. Nəsimi XIV-XV əsrlərdə yaşayıb-yaradıb. O, Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, Azərbaycan poeziyasının şah əsərlərini yaradıb, Azərbaycan ədəbi dilinin əsasını qoyub. Nəsimi poeziyası müasir dövrümüzdə də yaşayır və aktualdır. Bu ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Festival çərçivəsində çoxlu sayda tədbirlər - poeziya, musiqi və rəqs gecələri, tamaşalar, sərgilər, videoinstalyasiyalar, yoqa və meditasiya təşkil olunub. Bütün bunlar ali şüurun dərinliyinə varmaq üçün edilib.
Tədbirlər Nəsiminin doğma yurdu Şamaxıda, “Qala”, “Atəşgah məbədi” qoruqlarında və əlbəttə, Bakıda keçirilib. Dörd gün ərzində ümumən 30 tədbir təşkil olunub. Nəsimi fəlsəfəsi o qədər dərindir ki, sonsuzluğu qavramağa, insan şüurunun ən dərin qatlarına nüfuz etməyə və bir çox hadisələri yozmağa qabildir. Biz son dərəcə minnətdarıq və şadıq ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında bu dahi insanın büstünü açırıq. Bu, bizim üçün də çox aktualdır. Çünki bizim vəzifələrimizdən və arzularımızdan biri budur ki, bu gün Nəsimini tanısınlar, onun poeziyasını oxusunlar və bu poeziya yaşasın. Həqiqət zamanın fövqündə dayanan anlayışdır. Nəsiminin tükənməz ilham mənbəyi gözəllik, məhəbbət və təbiətdir. Böyük şair hesab edirdi ki, həqiqətə çatmaq üçün insan qəlbinin dərinliyinə nüfuz edib, onun gözəlliyini və xeyirxahlığını görmək lazımdır.
Hamınıza “Çox sağ olun!” deyirəm. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunova, prorektor Artyom Malginə, institut kitabxanasının direktoru Marina Reşetnikovaya, Tarix Muzeyinin rəhbəri İqor Pavlenkoya və əlbəttə, bu gözəl əsərin müəllifi Mahmud Rüstəmova təşəkkür etmək istəyirəm”.
Sonra Leyla Əliyeva öz şeirini oxuyub.
MDBMİ-nin rektoru, akademik Anatoli Torkunov çıxış edərək bildirib ki, Nəsiminin büstünün qoyulması universitet üçün böyük şərəfdir. O deyib: “Bu gün biz Heydər Əliyev Fondundan olan çoxdankı fəxri, əziz və hörmətli dostlarımızı tamamilə qeyri-adi bir münasibətlə qəbul edirik. Belə ki, kitabxanamızda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünü açırıq. Nəsimi yaradıcılığı Azərbaycan və ərəb dillərində poeziyaya və bütövlükdə Yaxın Şərq regionunun mədəniyyətinə böyük təsir göstərib. Şərq problemlərinə və Şərq dillərinə böyük diqqət yetirən universitetimizdə dahi mütəfəkkirin büstünün açılışı dərin rəmzi məna daşıyır. Rusiya şərqşünaslığının şanlı ənənələrinin davamçısı olan MDBMİ bir çox baxımdan nadir olan və son dərəcə müvəffəqiyyətlə inkişaf edən, ölkənin tərəqqisinə rəvac verən yeni-yeni böyük ustadlar yetişdirən Azərbaycan mədəniyyətinə həmişə xüsusi diqqətlə yanaşıb”.
Anatoli Torkunov çıxışının sonunda deyib: “Öz böyük sələflərinin, o cümlədən İmadəddin Nəsiminin irsinə - bu çox güclü mədəni təbəqəyə söykənən Azərbaycan bu gün də mədəni inkişaf yolu ilə durmadan sürətlə irəliləyir. Azərbaycanda olan hər kəs bununla razılaşmaya bilməz. Mən görürəm ki, respublikada böyük dəyişikliklər, o cümlədən Azərbaycan xalqının topladığı tarixi irsə münasibətdə dəyişikliklər baş verir. Bizim üçün tamamilə aydın məsələdir ki, Nəsimi dünya poeziyasının ən mükəmməl nümunələri arasında yer tutmağa layiq olan əsərlərində həmişə, ilk növbədə, insanın böyüklüyünü, bəşəri sevgini və şəxsiyyət azadlığını tərənnüm edib. Nəsiminin xalqın mənəviyyatından qaynaqlanan parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və müxtəlifliyi ilə əks etdirib. Ustadın yaradıcılığı Azərbaycan xalqının və bir sıra digər xalqların bədii-ictimai təfəkkürünün inkişafına böyük təsir göstərib və göstərməkdədir”.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Leyla Əliyevaya və Anatoli Torkunova minnətdarlığını bildirərək deyib: “Bu iki parlaq çıxışdan sonra mənə burada böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofunun büstünü açmaq üçün yaradılan gözəl fürsətə görə, ilk növbədə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorluğuna təşəkkürümü ifadə etmək qalır. Anatoli Vasilyeviç çox doğru dedi ki, bu büst burada oxuyan tələbələrə həmişə xatırladacaq ki, onlar çox savadlı insanlar olmalıdırlar. Nəsimi fəlsəfəsinin dərinliyini başa düşmək onlar üçün də çox faydalı olacaq”.
Büstün yaradılmasına görə Heydər Əliyev Fonduna və heykəltəraşa təşəkkürünü bildirən səfir qeyd edib ki, Fondun təşkilatçılığı və köməyi olmadan bunu həyata keçirmək çox çətin olardı. Göstərdiyi dəstəyə və tez-tez Moskvaya səfər etdiyinə görə Leyla Əliyevaya təşəkkür edən Polad Bülbüloğlu deyib: “O, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə - RAGB-a başçılıq edir, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Budur, bu gün biz bu universiteti bitirən hörmətli Prezidentimizin alma-materinə toplaşmışıq. Mən xüsusi vurğulamaq istəyirəm ki, biz azərbaycanlılar üçün bu universitet çox dəyərlidir, çünki Ümummilli liderimiz, Azərbaycan siyasətinin patriarxı, böyük dövlət xadimi Heydər Əlirza oğlu Əliyev və indiki Prezidentimiz İlham Heydər oğlu Əliyev bu ali təhsil ocağının fəxri doktorlarıdır. Buna görə də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bizim üçün kənar ev deyil. Biz həmişə burada olmağa şadıq. Biz bunu yüksək qiymətləndiririk”.
Bugünkü tədbirin Azərbaycanla Rusiya arasında sarsılmaz dostluğun daha bir təsdiqi olduğunu vurğulayan Polad Bülbüloğlu universitetin rəhbərliyinə, müəllim və professor heyətinə uğurlar arzulayıb, tələbələrə müraciətlə deyib: “Yaxşı oxuyacaqsınız, bizim Prezidentimiz kimi, öz ölkənizdə prezident olacaqsınız. Sizə uğurlar diləyirəm”.
* * *
Açılış mərasimində Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının aktyoru Eldar Tramov tarzən Qorxmaz Axundovun müşayiəti ilə Nəsiminin şeirlərini oxuyub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Moskvada “Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı” dahi şairin yubileyinə həsr olunmuş tədbirlər planının bir hissəsidir. Festivalın məqsədi Şərqin ən böyük şair və mütəfəkkirlərindən birinin yaradıcılığını təbliğ etmək, habelə Azərbaycan və Rusiya arasında mədəni-ədəbi əlaqələri genişləndirməkdir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə “Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı” keçirilib. Festival çərçivəsində şairin anadan olduğu Şamaxı şəhərində və Bakıda müxtəlif incəsənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, habelə mühazirə, simpozium və seminarlar təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

